Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ABŞ -ı Yaxın Şərqdən çıxarda bilərmi?


Rusiya ABŞ -ı Yaxın Şərqdən çıxarda bilərmi? – “ABŞ köməksiz nəhəngi xatırladır”


Keçən ilin sonunda Rusiya, İran və Türkiyə arasındakı razılaşma əsasında Suriyada əldə edilən atəşkəs, Moskvanın Yaxın Şərqdəki daha bir qələbəsiydi. Bu təşəbbüsün əvvəlki sülh razılamalarına görə daha uğurlu ola biləcəyi hələlik bəlli deyil. Çünki öncəki razılaşmalar uzun sürməyib.

Lakin bu diplomatik qambitin maraqlı aspekti danışıqlarda ABŞ və onun ərəb dünyasındakı ənənəvi tərəfdaşları Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qatarın iştirak etməməsidir. Bəzi ekspertlər Moskvanın Yaxın Şərqdəki hərbi və diplomatik uğurlarından və Rusiyanın regiondakı yeni üstünlük erasından danışırlar. Donald Tramp isə prezident debatları zamanı bildirmişdi ki, Rusiya indi Yaxın Şərqdə hökmranlıq edir.

Ancaq hər şey bu qədər sadə deyil. Rusiyanın Suriyadakı hərbi kampaniyası ilə bağlı bir çox proqnozlar özünü doğrultmayıb. Düzdür, Moskva Suriyada xeyli insan və material itkisi verməyib və bu müharibədəki “bataqlığa” girməyib. Kreml hesab edir ki, kampaniya uğurlu alınıb və şübhəsiz ki, o, ABŞ-ın yeni sülh danışıqlarından uzaqlaşmasından da çox məmnundur.

Soyuq müharibədən sonrakı illər ərzində Rusiya Yaxın Şərqdə yalnız müşahidəçi rolu ilə kifayətlənməli olub, Amerika isə İraqda döyüşüb, Muəmmar Qəddafini devirib, İŞİD-ə qarşı mübarizəyə rəhbərlik edib. Bundan başqa İranın nüvə proqramı məsələsinin həlli, İsrail-Fələstin münaqişəsi ilə məşğul olub. Lakin buna baxmayaraq, Suriya qəflətən Rusiyanın hərbi və diplomatik mənada böyük dövlət statusunu möhkəmləndirib. Hələ il yarım bundan əvvəl elə görünürdü ki, Bəşər Əsəd rejimi məhvin tam kənarına yuvarlanıb. Ancaq bu gün o, Suriyanın qərbindəki bütün iri şəhərlər üzərində nəzarəti bərpa etmək niyyətindədir. Putin eyni anda İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və İranla münasibətləri yaxşılaşdırmağa və liberal işğalçıların “rejimi dəyişmək” planına zərbə vurmağa müyəssər olub. Belə bir fonda ABŞ hansısa köməksiz nəhəngi xatırladır.

Şübhəsiz ki, Kreml Suriya kartını çox uğurla oynayıb. Lakin indi Rusiyanın Yaxın Şərqdəki aparıcı rolda ABŞ-ı əvəz edəcəyini təsəvvür etmək çətin ki, əsaslandırıla bilsin.

Birincisi - Moskva çox həvəslə silah ticarəti aparır və öz təsirini genişləndirmək naminə oportunistcəsinə hərəkət etməyə də hazırdır, amma regionun problemlərini və təhlükəsizlik sferasında Amerikanın öhdəliklərini öz üzərinə götürmək niyyətində deyil. Rusiya üçün böyük prioritet onun qərb və cənubdakı yaxın xarici və həmçinin də Sakit okean istiqamətidir.

İkincisi - hətta Moskvanın ambisiyası zamanla artsa da, Rusiyanın müdaxilə potensialı məhddudur. Əgər korrupsiyanı, ölkənin xammal ixracından asılılığını, aşağı demoqrafik vəziyyətini və əlverişsiz biznes mühitini nəzərə alsaq, onda görərik ki, Rusiyanın uzunmüddətli iqtisadi perspektivi kifayət qədər tutqundur. Rusiyanın ABŞ-ın hazırda Fars körfəzində hökmranlıq etdiyi beşinci donanması kimi okean donanması yoxdur. Tartusdakı dəniz bazası və Latakiyadakı aviabaza keçmiş SSRİ-nin hüdudlarından kənarda qalan yeganə hərbi bazasıdır. Həmin bazalar Rusiya üçün Aralıq dənizində mühüm dayaqdır, amma bu Amerikanın Aralıq dənizindəki üstünlüyünə təhlükə törədə bilməyəcək. Əgər nəzərə alsaq ki, Türkiyə NATO-nun tərkibində qalacaq, onda deməli ABŞ-ın altıncı donanması Aralıq dənizindəki portlarda yerləşə biləcək.

Üçüncüsü - Suriya nadir bir haldır. Orada Rusiya göstərdi ki, şəhərlərin dağıdılması üçün iri miqyaslı güc tətbiqinə hazırdır, ancaq bu taktikanı regionun digər ölkələri tətbiq etməyə çətin ki, hazır olsunlar. Hətta ən avtoritarları da. Digər yandan isə Moskva ilə Suriyanın əlaqələri demək olar ki, neçə on illiklərdir ki, formalaşıb. Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər monarxiyaları Moskva ilə dilxoşluq edərək, güman ki, Rusiyadan silah alacaqlar, ancaq buna baxmayaraq, Moskva Əsəd rejimini dəstəklədiyi və İranla münasibətlərinə görə Rusiyanın körfəz ölkələrinə təsiri məhdud olacaq. Suriyadakı maraqların tam üst-üstə düşmədiyini və həmçinin də enerji daşıyıcıları bazarındakı rəqabəti və neçə əsirlik qarşılıqlı rəqabəti nəzərə alsaq, Rusiya-İran əlaqələrinin ciddi şəkildə yaxşılaşacağı da az ehtimal ediləndir. İraqda güclü mövqe əldə etmək üçün Rusiyanın müttəfiqləri və təsiri kifayət qədər deyil. Moskvanın misirli hərbçilərlə münasibəti, onlara silah göndərilməsi ilə məhdudlaşa bilər. Çünki Qahirənin Vaşinqton ilə hərbi əməkdaşlığı güclüdür və Rusiyanın Misirin iqtisadi problemlərini həll etmək üçün resursları yoxdur.
Rusiyanın İsrail ilə yaxşı əlaqələri olmasına baxmayaraq, amma hər halda əgər Rusiyanın Suriya, İran və “Hezbolla” ilə əməkdaşlığı gələcəkdə də davam edəcəksə, onda bu möhkəmlənməyəcək. İsrail xüsusi xidmət orqanları və hərbçiləri Moskva ilə əlaqələri möhkəmləndirmək istəyirlər, lakin onların ABŞ-dan imtina etmək niyyətləri yoxdur.

Rusiya-Türkiyə əlaqələri hələlik yaxşılaşıb. Moskva və Ankara Suriyadakı fəaliyyətlərini koordinasiya edirlər. Türkiyə artıq əvvəlki kimi Əsədin devrilməsini inadla tələb etmir və yalnız müqavimət qüvvələrindən ibarət kiçik qrupları dəstəkləməklə kifayətlənir. Rusiya isə kürd silahlı dəstələrinin Suriyada irəliləməsinin qarşısını alıb. Amma Suriyada Türkiyə və Rusiyanın maraqları uyğun gəlmir. Belə ki, Ankara irəlidə də bir tərəfdən Moskva, digər tərəfdən isə ABŞ arasında kompromis axtarmalıdır.

Dördüncüsü - Rusiyanın Suriyadakı uğurlarının nə qədər uzunmüddətli olacağı hələ tam aydın deyil. Belə görünür ki, münaqişənin siyasi həll yolu olmadan Moskva buradakı çətinliklərdən çıxa bilməz. Amma bunları sürətlə həyata keçirmək çətin ki, mümkün olsun. İŞİD-in Palmiraya hücumu Suriya ordusunun xroniki səfərbərsizliyindən xəbər verir. Və əgər Bəşər Əsəd hansısa qələbə qazansa da, bu yalnız “Pirr qələbəsi” olacaq.
BMT tərəfindən təsdiq edilmiş siyasi həll olmadan, NATO üzvləri, Fars körfəzi ölkələri və beynəlxalq maliyyə institutlarının Suriyadakı bərpa işlərinə girişəcəklərini təsəvvür etmək çətindir. Əgər Suriyadakı bərpa işlərinin məsrəflərini Moskva öz üzərinə götürərsə, onda bu addım çətin ki, rusiyalı vətəndaşların ürəyincə olsun.

Nəhayət, belə bir risk vardır ki, Rusiyanın Yaxın Şərqdəki müdaxiləsi cavab reaksiyası doğuracaq. Hələbin alınması Kreml üçün nəinki böyük qələbə, əksinə, onun reputasiyasına zərbədir. ABŞ-ın Yaxın Şərqdə qurtarmaq bilməyən hərbi əməlyyatları Vaşinqtonu cihadçıların “uzaqdakı” başlıca düşmənlərinə çevirib. Hələbdəki kadrlar onu göstərir ki, cihadçıların Amerikaya qarşı yönəlmiş fikirləri istiqamətini Rusiyaya tərəf dəyişə bilər.

Rusiya əhalisinin 12-14%-i müsəlmandır və Rusiya xarici işlər naziri Sergey Lavrov keçən il bəyan etmişdi ki, iki min nəfərə yaxın Rusiya vətəndaşı Suriyada İŞİD sıralarında döyüşür. 2015-ci ilin oktyabrında İŞİD Sinay yarımadasında Rusyanın təyyarəsini vurmuşdu, 2016-cı ilin dekabrında isə Hələbdə baş verənlərin qısası kimi Rusiyanın Türkiyədəki səfiri öldürüldü. Bu yalnız başlanğıc ola bilər.

Artıq Rusiya Yaxın Şərqə qayıdıb və diplomatik uğurlar əldə etmək naminə hərbi gücdən istifadəyə hazırdır. Amerikanın yeni administrasiyası Moskvanın regiondakı fəaliyyətlərini daha dərindən öyrənməlidir. Lakin onu da deyə bilərik ki, Rusiyanın Yaxın Şərqdə hökmranlıq etməsi barəsindəki qorxular sadəcə olaraq güclü şəkildə şişirdilib.
(Azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar