Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ABŞ-a 103,9 mlrd. dollar borc verib


Rusiya sentyabr ayında ABŞ dövlət istiqrazlarına investisiya həcmini 1,5 mlrd. dollar və ya 1,4% azaldaraq 103,9 mlrd. dollara endirib


“Report” “Vestifinance.ru” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın ABŞ istiqrazlarına maksimal investisiyası 2013-cü ildə qeydə alınıb və 150 mlrd. dollar təşkil edib. 2017-ci ilin əvvəlindən isə Rusiyanın ABŞ-a verdiyi borcun həcmi 20,7% artım göstərib. Beləliklə, Rusiya ABŞ kreditorları siyahısında 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ABŞ-ın ən böyük kreditoru olan Çinin əlində 1,18 trln. dollarlıq dövlət istiqrazı var. İkinci sırada yerləşən Yaponiya 1,096 trln., İrlandiya 310,8 mlrd., Braziliya 272,8 mlrd. və Kayman adaları 267,6 mlrd. dollarlıq istiqraza sahibdir. İlk 10-luqda digər ölkələr sırası ilə İsveçrə, Britaniya, Lüksemburq, Honq-Konq və Tayvandır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar