Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Türkiyə əməkdaşlığı Suriya böhranında müsbət nəticələr verə bilərmi? - Ekspert rəyi

Natiq Miri: “Rusiya-Türkiyə əməkdaşlığı Suriyanın gələcəyinə dair müəyyən müsbət nəticələr vəd edir”


“İŞİD terror qruplaşmasının bitirilməsi məsələsində Rusiya-Türkiyə əməkdaşlığı çox vacibdir”.

Bu fikirləri PİA.AZ-a politoloq Natiq Miri Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Suriya böhranından çıxış yolunu tapmaq üçün Rusiya və Türkiyə birgə səylərini bərpa edəcəklər. Nəzərə alsaq ki, Türkiyə Bəşər Əsədin bir mənalı olaraq hakimiyyətdən getməsini tələb etdiyi, Rusiyanın isə əksinə bütün resursları ilə Bəşər Əsədin hakimiyyətini qoruduğu bir vəziyyətdə Suriyada Rusiya-Türkiyə əməkdaşlığı hansısa müsbət nəticələr verə bilərmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miriyə müraciət edib.



Natiq Miri: “Bugün ABŞ Suriyada kürd muxtariyyatı yaratmağa cəhd edir”.


Politoloqun fikrincə, Rusiya-Türkiyə əməkdaşlığı bölgədə problemlərin həllində çox ciddi inkişafa rəvac verəcək.  Ekspert inanır ki, həm Suriya böhranında Rusiya-Türkiyə əməkdaşlığı müsbət nəticə verəcək, həm də  bu əməkdaşlıq İŞİD qruplaşmasının bitirilməsinə  də xidmət edəcək:

“Bilirsiz ki ,Türkiyə Yaxın Şərqdə xüsusilə də Suriya prosesində açar ölkələrdən biridir.  Ayrıca Suriya prosesində təkcə Türkiyə , İran, Rusiya deyil, ABŞ başda olmaqla bütövlükdə bütün dünya həlledici  gücləri öz geosiyasi maraqları ilə bugün təmsil olunurlar. Təbii ki, bu da problemin həllində müəyyən çətinliklər yaradır. Bu baxımdan düşünürəm ki, Rusiya-Türkiyə əməkdaşlığı Suriyada böhranın müəyyən həllinə gətirib çıxara bilər. 

Natiq Miri: “Rusiya-Türkiyə əməkdaşlığı Suriyanın bütövlüyü nöqteyi-nəzərindən çox əhəmiyyətli olacaq”.


Aydındır ki, Suriyanın gələcəyi üçün Bəşər Əsədin hakimiyyətdə qalmasının perspektivi yoxdur. Ancaq buna baxmayaraq Rusiya-Türkiyə əməkdaşlığı Suriyanın bütövlüyü nöqteyi-nəzərindən çox əhəmiyyətli olacaq. Bugün ABŞ Suriyada kürd muxtariyyatı yaratmağa cəhd edir. ABŞ Aralıq dənizinə çıxışda bir kürd koridoru yaratmağa can atır və  koridoru bölgədə özünün geosiyasi təhlükəsizliyinin təmin edən bir faktor olaraq görür. Bu da Türkiyənin strateji maraqlarına zidd davranışdır. Ona görə də bütün bu parçalanmanın qarşısını ancaq Rusiya-Türkiyə əməkdaşlığı ala bilər. 

Düşünürəm ki, münasibətlər tam normallaşandan sonra geosiyasi planda Rusiya-Türkiyə əməkdaşlığı bölgədə problemlərin həllində çox ciddi inkişafa rəvac verəcək. Ayrıca İŞİD terror qruplaşmasının bitirilməsi məsələsində də bu əməkdaşlıq çox vacibdir. Əgər belə bir razılaşma olarsa Suriyanın gələcəyinə dair  müəyyən müsbət nəticələr əldə etmək mümkün olar”. 

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar