Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Türkiyə-İran alyansı Suriyada Amerika qüvvələrini oyundan qovur

Emre Öztürk

Akşam (Türkiyə), 18.10.2017


Astanada Türkiyə, Rusiyaİran arasında əldə edilmiş saziş ABŞSuriyada oyundan vurub çıxardıb. Ölkənin şimalında iştirakı Xalq özünümüdafiə dəstələri (YPG) ilə məhdudlaşan ABŞ  cənubda İordaniya sərhədlərindən də gedir.

Türkiyə, Rusiyaİranın iştirakı ilə gerçəkləşdirilən Astana prosesi nəticəsində nail olunan sazişlər və bunun döyüş meydanında uğurla həyata keçirilməsi ABŞSuriya oyunundan çıxdaş edib. İsrailin “Mossad” kəşfiyyat qurumuna yaxınlığı ilə ad çıxarmış DEBKA saytının xəbər verdiyi kimi, ABŞ-la Rusiya arasında bağlanmış sazişə əsasən amerikalılar və onlara loyal güclər Suriya-İraq-İordaniya sərhəd üçbucağından çəkiləcək və bu mühüm məntəqəni rejim qüvvələrinə verəcəklər. ABŞ bu bölgədə üç il müddətində qoşunlara təlim keçib.

Bu üçbucağın şərqində yerləşən ət-Tənfa şəhəri isə “Hizbullah” qüvvələrinə təhvil veriləcək. Rejim ABŞ-ı bu sərhəd zonasında saxlamamaq qətiyyətinə köklənib. Deməli, keçən cümə günü Dəməşqdən edilən xəbərdarlıqda vurğulanıb ki, ABŞ və onun Rakkada döyüş aparan gücləri əsla cənuba doğru İraq sərhədinə enməməlidir. Bu qayda ilə bu məqsəd izlənir ki, 600 km-lik Suriya-İraq sərhədi boyunca rejim qoşunları, “Hizbullah” və İranla bağlı birləşmələrdən savayı başqa heç bir qüvvə olmasın.

İdlibdə ikinci baza PKK-ı mühasirəyə alacaq

Türkiyə SQ-nin İdlibdə əməliyyatı davam edir. Stratejicə mühüm dağ bölgəsi Şeyx Bərəkəti çevrələmiş Türkiyə ordusu Təftənaz aerodromunda ikinci daimi baza yaratmağa hazırlaşır. Deməli, Şeyx Bərəkət bölgəsində PKK-nın Afrin tərəfdən mümkün hücumlarını müşahidə etmək və müdaxilə həyata keçirməyə imkan verən birinci baza yaradılıb.

“Demokratik Birlik” Paratiyası (PYD) terror təşkilatı ABŞ-ın dəstəkli  əməliyyatın gedişində İŞİD-in Suriyada dayaq məntəqəsi kimi tanınmış Rakkanı tam ələ keçirib. PYD keçən həftə İŞİD-lə anlaşma əldə edib və təşkilat döyüşçülərinin ailə üzvləri ilə birlikdə bu şəhərdən təxliyəsinə icazə verib. PYD-nin şəhərin mərkəzindəki əməliyyatı iyunun 6-dan bəri davam edib.

YPG-də çaxnaşma başlanıb

YPG-də Amerikanın qəyyumluğundan məhrum ola biləcəklərini  anlayaraq çaxnaşmaya düşüblər. Sentyabrın 25-də YPG-nin mülki strukturu “Suriya Demokratik Şurası” adı altında Deyr-əz-Zorda elan edib ki, bu şəhər muxtar idarəçilik istəyir. Üç gündən sonra Deyr-əz-Zorda YPG-nin silahlı qanadına başçılıq edən terrorçu Əhməd Əbu-Havladan daha bir bəyanat gəlib. Havla “Fərat” informasiya agentliyi üçün bəyanatda qeyd edib: “Deyr-əz-Zorda muxtar idarəçilik haqda qəbul edilmiş qərar düzgün qərardır və biz silahlı qanad kimi bunu bəyənirik. Biz şəhərin azad edilməsi üzərində işləyəcəyik”.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar