Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Azərbaycan-İsrail hərbi əməkdaşlığı Qarabağa nə vəd edir?

Üzeyir Cəfərov: “Son vaxtlar Rusiyanın qeyri-səmimi davranışı, yəni Ermənistanı silahlandırması Azərbaycan- İsrail hərbi əməkdaşlığını yenə də gündəmə gətirdi”


“Faktiki olaraq Rusiya beynəlxalq hüquq və normaları pozaraq işğalçıya həm işğalçılıq siyasətini davam etdirməkdə kömək edir, həm də işğalçını beynəlxalq konversiyaların tələbinə zidd olaraq silah-sursatla təmin edir”.

Bu sözləri PİA.AZ-a son zamanlar Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Azərbaycan-İsrail hərbi əməkdaşlığı barədə yayılan xəbərləri şərh edərkən Üzeyir Cəfərov deyib.

Xəbər verdiyimiz kimi Ermənistanın formal müstəqillik günündə keçirdiyi hərbi parad zamanı Rusiyaya məxsus “İsgəndər-M” operativ-taktiki raket sistemlərin nümayişi ciddi müzakirə predmetinə çevrildi. Əslində 21 sentyabr paradı ilə düşmən ölkə bir daha sübut etdi ki, Ermənistanın arxasında hər mənada Rusiya dayanmasa, o, ərazilərimizi bircə həftə də işğalda saxlaya bilməz. Son zamanlar isə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Azərbaycan-İsrail hərbi əməkdaşlığı barədə çox danışılır.

Bəs Azərbaycan-İsrail hərbi əməkdaşlığının perespektivləri nə vəd edir və bu əməkdaşlıq  Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketlərinə qarşı adekvat effekt verə bilərmi? Ümumiyyətlə sözü gedən Azərbaycan-İsrail hərbi əməkdaşlığı Rusiya ilə Azərbaycan arasında gərginliyə yol açarsa, Qarabağ prjbleminin həllində hansı prosseslər gedə bilər?

Bu mövzu ilə bağlə hərbi ekspert Üzeyir Cəfərov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Üzeyir Cəfərov: “Mən düşünmürəm ki, Azərbaycan-İsrail əməkdaşlığı sırf Ermənistan-Rusiya yaxınlaşması ilə bağlı ola bilər”.


Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı sırf Ermənistan-Rusiya yaxınlaşması ilə bağlı ola bilməz. Sadəcə Rusiyanın Ermənistana “İskəndər” raketlərini verməsi məsələsi ola bilsin ki, Azərbaycan-İsrail əməkdaşlığını daha da surətləndirsin:

“Uzun illərdi Azərbaycanla İsrail arasında çox sahələrdə əməkdaşlıq var, o cümlədən də hərbi sahədə əməkdaşlığımız mövcuddur. Hər zaman da İsrail Azərbaycanla hərbi əməkdaşlığımızın genişlənməsinin tərəfdarı olub. Son vaxtlar Rusiyanın qeyri-səmimi davranışı, yəni Ermənistanı silahlandırması yenə də bu mövzunu gündəmə gətirdi. Əslinə qalsa biz baş verən proseslərə görə siyasətimizi qurmuruq. Azərbaycana lazım olan bəzi silah-sursatları biz bundan əvvəl də İsraildən almışıq. İndi də əməkdaşlığımız davam edir və gələcək üçün də həm ikitərəfli, həm də birgə hərbi sənayə kompleksində bəzi məhsulların buraxılması gündəmdə idi. Buna görə də mən düşünmürəm ki, Azərbaycan-İsrail əməkdaşlığı sırf Ermənistan-Rusiya yaxınlaşması ilə bağlı ola bilər. Sadəcə Rusiyanın Ermənistana “İskəndər” raketlərini verməsi məsələsi ola bilsin ki, Azərbaycan-İsrail əməkdaşlığını daha da surətləndirsin. 

Çünki faktiki olaraq Rusiya beynəlxalq hüquq və normaları pozaraq işğalçıya həm işğalçılıq siyasətini davam etdirməkdə kömək edir, həm də işğalçını beynəlxalq konversiyaların tələbinə zidd olaraq silah-sursatla təmin edir. Buna görə də mən düşünürəm ki, Azərbaycan nəyinki İsraillə, hətta başqa ölkələrlə də hərbi əməkdaşlığını bir qədər də genişləndirməlidir. Normal məntiqlə başa düşmək lazımdır ki, Azərbaycan torpaqları işğal altındadı və Azərbaycan bu vəziyyətlə uzun müddət barışmaq fikrində deyil. Mən hesab edirəm ki, bu amillərə görə də Azərbaycanın başqa ölkələrlə hərbi əməkdaşlığına bütün ölkələr normal yanaşmalıdırlar və normal qarşılanmalıdırlar. Onsuzda Azərbaycan torpaqlar işğaldan azad olunandan sonra lazım olan miqdarda silah-sursatı saxlayacaq, lazım olmayanları isə yəqin ki, başqa ölkələrə təklif edəcək. Yəni torpaqlarımız işğaldan azad olunandan sonra ölkəmizin müdafiəsini və təhlükəsziliyini təmin edəcək miqdarda bizə silah-sursat bəs edəcək.

Üzeyir Cəfərov: “Rusiya üzdə Azərbaycanın üzünə gülsə də, amma faktiki olaraq sanki məqam axtarır ki, Azərbaycana xəyanət etsin”.


Qeyd edim ki, normal insanlar başa düşürlər ki, Rusiya Azərbaycana çox qeyri-səmimi münasibət bəsləyir. Rusiya üzdə Azərbaycanın üzünə gülsə də, amma faktiki olaraq sanki məqam axtarır ki, Azərbaycana xəyanət etsin. Bu xəyanət də edilir. Edilən xəyanətə bariz nümünə olaraq sentyabrın 21-də biz gördük ki, Rusiya silahları (hansılar ki, indiyə qədər Ermənsitanda yox idi) Ermənistanın dövlət atributları altında meydana çıxarıldı. Bundan sonra da Rusiya sanki bir qorxaq kimi kənara çəkilib susur. Rusiya ya normal dilnən deməlidir ki, mən o silahları satmışam, ya da etdiyi bu işə bir münasibət bildirməlidir. Rusiya fikirləşir ki, ərazisi, əhalisi bizdən böyükdür deyə Azərbaycana yuxarıdan aşağıya baxa bilər. Amma Rusiya unudur ki, Azərbaycanda Rusiya kimi BMT-in tam hüquqlu üzvudur. Biz bəzən özümüzü günahkar kimi aparırıq ki, Rusyanın xətrinə dəyməməliyik. 

Əvvəla onu qeyd edim ki, bizim mətbuat da, elə mən də böyük günah işlətmişik Rusiyaya böyük qardaş, böyük Rusiya, nüvə dövləti deməklə. Bu həmin nüvə dövlətidir ki, Şimali Qafqazda bir qayda-qanun yarada bilmir. Bu həmin Rusiyadır ki, çox narahatdır ata biləcəyi bir səhv addıma görə parçalana bilər. Məsələn atılan səhv addımlardam biri kimi Susiya mövzusudur. Bu gün də BMT-də Susiya ilə bağlı müzakirələrdə Rusiyanın erməni əsilli hiyləgər xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerrinin qarşısında necə boynu bükük vəziyyətdə dayanmışdır. Rusiyanın Ermənistanla da apardığı siyasət çox qeyri-səmimi, çox ədalətsiz bir mövqedir. 

Üzeyir Cəfərov: “Rusiyanın Ermənistanla da apardığı siyasət çox qeyri-səmimi, çox ədalətsiz bir mövqedir”.


Bu 20 ildə Rusiya Ermənistana bir dəfə də olsun işğalşı sözün deməyib. Halbuki, özləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Necə olur ki, beş daimi üzvlərədən biri, qəbul etdiyi dörd məlum qətnamə ilə bağlı bir kəlmə söz dilinə gətirmir? Ancaq ümumi sözlər deməklə kifayətlənirlər. O ümumi sözləri məktəbli də, siyasətdən uzaq olan insanlar da deyirlər. 

Buna görə mən yenə qeyd edirəm ki, Azərbaycan-İsrail əməkdaşlığının surətlənməsində Rusiyanın qıcıqlanması üçün heç bir əsası ola bilməz. Biz müstəqil siyasətimizi təkcə sözdə yox əməldə də yürüdüb, bu işin axırına qədər getməliyik. Nə qədər ki, torpaqlarımız azad olunmayıb, başqa dövlətlərlə də hərbi əməkdaşlığımız daha da güclənməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar