Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya, Azərbaycan və Ermənistanın dini liderləri birgə bəyanat qəbul ediblər - Mətn


Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub


APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II qareginin imzaladığı sənəddə deyilir: 

"Bu gün biz - AzərbaycanErmənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil.
 
Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vəsaitçəliyinə böyük önəm veririk.
 
Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür.

Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar.

Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq.

Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir.
 
Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir.

Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir.
 
Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar