Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rusiya: “Britaniya RT-yə qadağa qoysa, cavabını alacaq”


Böyük Britaniyada fəaliyyət göstərən RT (Rusiya bu gün) telekanalının lizensiyasını ləğv edərsə, Rusiya bununla bağlı adekvat tədbirlər görəcək


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Kütləvi İnformasiya vasitələrinin, kommunikasiya texnologiyaların Nəzarət Qurumunun rəhbəri Aleksandr Jarov məlumat yayıb.

“Əgər Britaniya hökuməti RT-nin qadağan edilməsi ilə bağlı qərar qəbul edərsə, biz də Rusiya mediası ilə əlaqələri olan Britaniya KİV-lərinə qarşı əks-tədbirlər görəcəyik”, - Jarov bildirib.

Qeyd edək ki, Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsindən sonra Böyük Britaniya Baş naziri Tereza Meyə ölkə ərazisində fəaliyyət göstərən Rusiya KİV-lərinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı çağırış edilib.

pia.az
Etiket:
loading...