Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüşvətxor müəllim-rektorların adları açıqlandı


D-18 Gənclər hərəkatı sorğu nəticəsində təhsil sahəsindəki nominasiyaları müəyyən edib


"Turan"ın məlumatına görə, avtoritar, rüşvətxor müəllimlər nominasiyası üzrə qaliblər müəyyən edilib. “Dövlət Iqtisad Universitetində Tapdıq adında müəllim var, rüşvətxorluqda ad çıxarıb, ona görə də bütün universitet ona ”dollar Tapdıq" deyir”, deyə D-18-in rəhbəri Ruslan İzzətli bildirib.

Ən avtoritar rektor sırasında BDU rektoru Abel Məhərrəmov yer alıb. Daha bir rüşvətxor müəllim sırasında “Cavanşir Beydulla”nın adı çəkilir. C.Beydulla Dillər Universitetinin müəllimidir.

Bununla yanaşı, rüşvət almayan müəllimlər üzrə də nominasiya var. BDU-nun müəlliməsi Nüşabə Sadıxlı belə müəllimlərdən biridir. Tədbirə qatılan N.Sadıxlı “rüşvət almayan müəllimə” nominasiyasında qalib olub.

Bir sıra müəllimlər “rüşvət almayan müəllimlər” nominasiyasında qalib olsalar da, universitetlərin rəhbərliyinin qorxusundan mükafatlarını almağa gəlməyiblər.

Qeyd edək ki, D-18 Gənclər hərəkatı bir neçə il əvvəl yaradılıb və onun üzvləri gəncləri maraqlandıran aktual məsələlərin araşdırılması və həlli ilə məşğul olurlar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar