Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus xalqı Putinə qarşı müxalifətə keçir? - Ekspert rəyi

Natiq Miri: “Müəyyən zaman çərçivəsindən sonra Rusiyadakı sosial etirazlar, həm də siyasi tələblərlə ortaya çıxacaq”


Rusiyada siyasi xaosun yaranmasında Qərb dünyası o qədər maraqlı deyil. Çünki Rusiya bir daha parçalanarsa, əlində çoxlu sayda nüvə raketləri olan Kreml bütün dünya üçün, əsasən də Qərb üçün böyük təhdidlər yarada bilər. Elə Putinin Qərb qarşısında yürütdüyü siyasətdə bundan ibarətdir. Bu baxımdan hesab edirəm ki, Qərb Rusiyada daha çox idarə olunan bir prosesə maraqlı ola bilər”.

Bu sözləri politoloq Natiq Miri Belarusda və Rusiyanın bir çox şəhərlərində keçirilən etiraz aksiyalarının nəticəsin PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi srağagün Belarusda, dünən də Rusiyanın onlarla iri şəhərlərində korrupsiyaya qarşı əhalinin etiraz aksiyaları keçirilib. Rusiyanın Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri, rus müxalifətinin öndə gələn isimlərindən biri olan Aleksey Navalnının çağırışı və təşkilatçılığı ilə keçirilən mitinq-yürüşlərdə etirazçılar baş nazir Dmitri Medvedevin haqqında yayılan korrupsiya ittihamlarına cavab vermələrini tələb ediblər. Qeyd edək ki, daha əvvəl Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıy Rusiyanın baş naziri Dmitri Medvedyevin çox milyonluq əmlakları ilə film-araşdırma çəkərək nümayiş etdirmişdi. Rusiya hakimiyyətinin, xüsusən də Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedyevin ittihamlara sükutla reaksiya verməsindən sonra Aleksey Navalnıy bütün Rusiya miqyasında mitinq-yürüşlərin keçirilməsi üçün çağırışlar etmiş və dünən Rusiyanın bütün iri şəhərlərində mitinq yürüşlər keçirilmişdi. 

Təkcə onu demək kifayətdir ki, Moskvada icazəsiz aksiyada iştirakına görə 1000-ə qədər etirazçı saxlanılmışdı. Sant-Peterburq, Moskva kimi iri şəhərlərdə rəsmi məlumatlara görə 7-8 min nəfərə qədər etirazçı iştirak edib. Məlumatlara görə Rusiyanın bütün iri şəhərlərində böyük əksəriyyəti gənclərdən ibarət olan etirazçılar də Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedyevin istefasını tələb ediblər. Həmçinin dünən Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərdə etiraz nümayişlərinin təşkilatçısı Aleksey Navalnıy da saxlanılıb. O Moskvanın mərkəzində nümayişçilərə qatılmaq istərkən polislər tərəfindən tutulub və polis bölməsinə aparılıb. Ən son məlumata görə məhkəmə Rusiya müxalifətinin liderini polisə müqavimət göstərdiyinə görə 20 min rubl cərimələyib və 15 sutka müddətində həbs edib.

Xatırladaq ki, Aleksey Navalnıy Rusiyada 2018-ci ildə keçiriləcək olan prezident seçkilərində iştirak edəcəyini bəyan edib və hazırda rus blogger Putinin 2018-ci il seçkilərində əsas rəqibi hesab olunur.



Dünən keçirilən etiraz aksiyalarında böyük aksəriyyəti gənclərdən ibarət olan və Rusiyanın bütün regionlarını əhatə edən etiraz aksiyalarını Rusiyada Putin siyasətinin xalq tərəfindən dəstəklənməməsi kimi qiymətləndirmək mümkündürmü və hesab etmək olarmı ki, Rusiyada Putinə, Belarusda isə Lukaşenkoya qarşı ciddi sayılacaq müxalifət formalaşır? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Image result for natiq miri

Natiq Miri: “Rusiya Suriya bataqlığına elə ilişib ki, getdikcə bu bataqlıq Rusiyanı özünün dərinliklərinə daha da çəkməkdədir”.


Müəyyən zaman çərçivəsindən sonra Rusiyadakı sosial etirazlar, həm də siyasi tələblərlə ortaya çıxacağını qeyd edən Natiq Miri əməkdaşımıza bildirib ki, rus toplumu öz ehtiyaclarını təmin edə bilmədikcə, artıq ölkədəki hakimiyyətin idarəedilməsinə ciddi surətdə narazılıqla baxmağa başlayıb. Bu yöndə də rus xalqının müşahidə etdiyi ancaq korrupsiya və hakimiyyət daxili müəyyən çəkişmələr olduğuna görə sosial narazılıqlar rus cəmiyyətində sürətlə qabarmağa başlayıb:

“Artıq Rusiyada sosial etirazlar baş qaldırmağa başlayıb və bu da təbii ki, səbəbsiz deyil. Çünki Rusiyada getdikcə sosial ehtiyaclar artmağa başlayıb və insanların aylıq qazancları da kəskin şəkildə aşağı düşməyə başlayıb. Bunda sanksiyaların da müəyyən rolu var. Həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi rusların gəlirlərinə ciddi şəkildə təsir edib. Rus toplumu da öz ehtiyacların təmin edə bilmədikcə, artıq ölkədəki hakimiyyətin idarəedilməsinə ciddi narazlıqla baxmağa başlayıb.Bu yöndə də rus xalqının müşahidə etdiyi ancaq korrupsiya və hakimiyyət daxili müəyyən çəkişmələr olduğuna görə sosial narazılıqlar rus cəmiyyətində sürətlə qabarmağa başlayıb. Çünki doğurdan da sürətlə Qərbdən təcrid olunan rus xalq korrupsiya və hakimiyyət daxili müəyyən çəkişmələrdən başqa cəmiyyət inkişaf görə bilmir. Buna görə də artıq nəinki Rusiyanın mərkəzi şəhərlərində, hətta ucqar bölgələrdə belə çox ciddi sosial etirazlar başlayıb. Bildiyimiz kimi, hələlik bu etirazlar sosial etiyaclar fonundadır. Ancaq düşünürəm ki, müəyyən zaman çərçivəsindən sonra bu cür sosial etirazlar həm də siyasi tələblərlə ortaya çıxacaq. Yəni zamanla Putinin qarşısına Qərbin tələblərini yerinə yetirmək, xüsusən də Ukrayna məsələsində güzəştə getmək tələbləri qoyula bilər.

Düşünürəm ki, yaxın zamanda Rusiyada iqtisadiyyatı birmənalı olaraq dirçəltmək mümkün olmayacaq. Çünki Rusiyada çox ciddi iqtisadi islahatlara ehtiyac var və bu islahatlar hələ də keçirilmir. Həmçinin Rusiya Ukrayna və Suriya bataqlığına elə ilişib ki, getdikcə bu bataqlıq Rusiyanı özünün dərinliklərinə daha da çəkməkdədir. Ukrayna və Suriya Rusiyanı Qərbdən təcrid edən əsas faktora çevrilib. Bildiyimiz kimi Rusiya həm də Ukraynada ciddi maliyyə xərcləyir ki, (yəni Rusiya Donbasda mövcud olan separatistlərə maliyyə və hərbi cəhətdən yardım edir. Eyni zamanda Donbasın separatçı respublikalarının iqtisadi yükü də Rusiya büdcəsinin üzğrinə düşüb. Krımın infrastrukturunun yenidən qurulması da Rusiya iqtisadiyyatına ciddi ziyan vurmaqdadır. Bütün bu faktorlar da Rusiya iqtisadiyyatını müəyyən çətinliklər qarşısında qoyur. 

Ayrıca bu günlərdə Qərb dünyası ilə Rusiya arasında yenidən soyuq savaş başlayıb. Rusiya iqtisadiyyatı yeni texnologiyaları almaq imkanlarından məhrum edilib. Yəni yenidən dünya iki qütbə bölünür və silahlanma dövrü geri qayıdır. Bu yöndə də Rusiya ən azından Qərbdəki rəqiblərindən geri qalmamaq üçün büdcədən hərbi-sənaye kompleksinə daha çox vəsait ayırmağa başlayıb. Bu amil də təbii ki, Rusiya iqtisadiyyatını çökdürür. 

Putinin bu cür siyasəti davam etdikcə, Rusiyada bu cür siyasi və sosial etirazlar artan xətlə davam edəcək. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada baş verən bu cür etirazlar təkcə Rusiyanın daxilində baş verən proseslərlə əlaqəli deyil. Düşünürəm ki, Rusiyadakı proseslərə dəstək Qərb dünyasından və müəyyən qlobal şəbəklərdən gəlir. Yəni həm Qərb dünyası, həm də müəyyən qlobal şəbəkələr Rusiyadakı etiazları maliyyələşdirilər. Bütün bunlara görə hesab edirəm ki, bu cür etirazlar Rusiyada və Rusiyaya yaxın digər bölgələrdə bu cür etirazların qalxma ehtimalı böyükdür. 

Bildiyimiz kimi bu gün Rusiyada demokratik müxalifətin başında gənc siyasətci Aleksey Navalnıy dayanır. Navalnının da hələlik əsas hədəfi bilavasitə hakimiyyətdə olan korrupisya ilə bağlıdır. Bu da elə bir həssas nahiyədir ki, cəmiyyəti maraqlanıdırmaya bilməz. Çünki korrupsiya cəmiyyətdəki hər bir fərdin cibinə girir və cəmiyyətdə sosial ədalətsizliyin əsas göstəricisi olaraq çıxış edir. Bu da təbii ki, Rusiyadakı hər bir fərdin və onların ailəsinin vəziyyətin getdikcə mürəkkəbləşdirir. 

Natiq Miri: “Rusiya parçalanarsa, nüvə ölkəsi olan Rusiya dünya üçün böyük təhdidlər yarada bilər”.


Hələlik Navalnıy də bir gənc siyasətçi olaraq əsas korrupsiya modelindən istifadə edərək toplumu bir növ öz siyasi ideyaları ərtafında təmərküzəşləşdirmək istəyir. Son etirazlar da göstərdi ki, bu istiqamətdə ona artıq cəmiyyətdən ciddi dəstək var. Çünki qeyri-rəsmi məlumatlara görə təkcə Moskvada keçirilən etiraz aksiyasında 30.000-dən artıq insan iştirak edib. Həmçinin Rusiyanın ucqar bölgələrində də minlərlə etirazçılar küçəyə çıxıb. Bunu da nəzərə almaq lazımdır ki, bu etirazlar bilavasitə hakimiyyətlə razılaşdırılmayan etirazlardır. Əgər gələcəkdə hakimiyyətlə razılaşdırılan etirazlar olarsa, düşünürəm ki, etiraz edən insanların sayı daha çox olacaq. Buna görə də Navalnını Putinin əsas siyasi rəqib olaraq dəyərləndirmək olar. Nəzərə almaq lazımdır ki, 17 ildir ki, hakimiyyətdə olan Putinin heç vaxt belə güşlü və xarizmatik rəqibi olmayıb.

Onu da qeyd edim ki, əgər Rusiyada 90-cı illərdə olduğu kimi bir siyasi xaos yaşanarsa, bu mərkəzdənqaçma meyillərini gücləndirə bilər. Rusiyanın 85 bölgəsi var. Bunların da böyük əksəriyyəti artıq özünü təmin edə bilmir və Federasiya büdcəsindən maliyyələşirlər. Getdikcə də bu ucqar bölgələri maliyyələşdirmək və onlara dotasiya vermək daha da çətinləşir. Buna görə düşünürəm ki, müəyyən mənada mərkəzdən asılılıq yönündə ciddi etirazlar var. Ancaq yenə qeyd edim ki, Rusiyada siyasi xaosun yaranmasında Qərb dünyası o qədər maraqlı deyil. Çünki Rusiya bir daha parçalanarsa, əlində çoxlu sayda nüvə raketləri olan Kreml bütün dünya üçün, əsasən də Qərb üçün böyük təhdidlər yarada bilər. Elə Putinin Qərb qarşısında yürütdüyü siyasətdə bundan ibarətdir. Bu baxımdan hesab edirəm ki, Qərb Rusiyada daha çox idarə olunan bir prosesə maraqlı ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar