Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus ruletkası


Ukraynaya aid Krım yarımadası Maydanın güdazına getdi. Buna başqa cür ad vermək olmaz. Çünki de-fakto bu Qara dəniz incisi Kiyevin nəzarətindən çıxmış vəziyyətdədir


Maydanın qalibləri yeni hökumət formalaşdırarkən Sevastopoldakı Rusiya hərbi dəniz qüvvələrinə aid hərbi bazadan çıxan birliklər yarımadada nəzarəti ələ keçirdilər. Bundan əvvəlki təhlilimizdə regiondakı hadisələrin Qərbin, yəni ABŞ-ın diqqətindən kənar baş vermədiyini vurğulamışdıq. Avropanın göbəyində cərəyan edən bu qorxunc proseslərin elə həmin qitə üçün nə qədər təhlükəli olduğunu da qeyd etmişdik. İndi isə hadisələrin son bir sutkalıq ildırım sürətli inkişafı və daha da aydınlaşan istiqamətini şərh edəcəyik.

Çaşqın Avropa

Maydan hərəkatı başlayandan Ukraynadakı prosesləri diqqət mərkəzində saxlayan və V.Yanukoviç əlehdarlarına əllərindən gələn köməyi göstərən Avropa liderləri Krımda baş verənləri böyük çaşqınlıq içərisində və susqunluqla izləməkdədirlər. ABŞ-ın liderliyi ilə Rusiyanın öz maraq dairələrində möhkəmlənmək cəhdlərinə geosiyasi müstəvidə mane olmaq üçün hərəkətə keçən avropalılar artıq necə böyük bir təhlükə ilə üz-üzə qaldıqlarının fərqinə varıblar. İndi başda Almaniya kansleri A. Merkel olmaqla bütün Avropa liderləri sükut və dəhşət içində ABŞ rəsmilərinin bəyanatlarına qulaq asırlar. Sanki ABŞ-ın regiondan nə qədər uzaq, özlərinin isə bu potensial müharibə ocağına nə qədər yaxın olduqlarını anlamağa başlayıblar. Avropa əlacsız və çarəsiz Amerikanın nə edəcəyini gözləyir.

Qitələr müharibəsi

Hadisələr regionda Birinci və İkinci dünya müharibələri ərəfəsində baş verən hərbi-siyasi prosesləri xatırladır. Dünya iqtisadiyyatına total nəzarəti ələ almaq istəyən iri manapoliyalar, Yer kürəsinin ən zəngin təbii sərvətlərinə malik Avrasiya üzərində yeni oyunlar oynamağa başlayıblar. Neftin səbəb olduğu hər iki dünya müharibəsindən sonra artıq üçüncüsünün də məhz neft və qazın üstündə başlayacağı heç kəsdə şübhə doğurmur. SSRİ-nin süqutundan bir müddət sonra öz əvvəlki gücünü zəngin təbii sərvətlərinin hesabına bərpa edən Rusiya getdikcə qərb kapitalı üçün daha böyük təhlükəyə çevrilir. Rusiyanın artıq Karib hövzəsində möhkəmlənmək üçün addımlar atması Amerikanı idarə edən iri oliqarxiyanı hərəkətə keçməyə məcbur etdi.

Rusiyaya rəğbəti olan siyasi rejimlər yeni inqilab və şəbəkə müharibəsi texnologiyalarının köməyi ilə bir-birinin ardınca sıradan çıxarıldı. Yıxılan amerikanofob diktatorları qərbpərəst hakimiyyətlər əvəz etməyə başladı. Amerika oliqarxiyası dünya üzərində total hakimiyyətini bərqərar etmək üçün bütün yollardan və vasitələrdən istifadə edir. Tabe olmayan rejimlər və ölkələr üsyan, qiyam, vətəndaş müharibəsinin caynağına verilir. Dünya böyük biznesin bitməyən iştahasının oduna yanır. Artıq beynəlxalq siyasi terminologiyaya neologizm əlavə olunub, "Qitələr müharibəsi". Amerika, Avropa, Asiya...dünyamız çalxalanır...

Krım: yarımada üstündə oynanan ölümcül "rus ruletkası"

Yarımadanın tarixi: Miladdan əvvəl VI - V əsrlərdə əraziyə türkmənşəli skiflər və sarmatlar hakim olublar. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən yarımada yenidən skiflərin əlinə keçir. Eramızın III əsrində qotlar Krım üzərindəki skif hakimiyyətinə son qoyurlar. Qısa müddətdən sonar yarımada Asiyadan Avropaya yürüş edən hunların nəzarətinə keçir. VI əsrdə yarımada Bizans tərəfindən işğal olunur. VII-IX əsrlərdə isə Krımı Xəzər xaqanlığı öz torpaqlarına birləşdirir. XII-XIV əsrlərdə isə Krım Qızıl Orda torpaqlarına birləşdirilir.
Arayışdan gördüyümüz kimi Krım tarixi türk torpağıdır.

"Maydan sürprizi" ilə Soçi Olimpiadasını Putinin burnundan tökən ABŞ yatmış "rus ayısını" oyatdı. Olimpiadanın ləzzətini çıxara bilməyən Putin qış yuxusundan ayılmış ayı kimi pəncəsini onu narahat edənlərə doğru yönəldib, hirsini tökməyə yer axtarır. ABŞ uzaqdadır. Avropa isə qorxusundan tısbağa kimi qınına çəkilib. Krımı ölümcül rus oyunu olan "ruletka"ya çevirmiş Putin, silahın diyircəkli darağını fırladıb öz gicgahına bir dəfə tətiyi sıxdı. İndi növbə qarşı tərəfindir. Oyunçu isə okeanın o tayından, Manhettendəki göydələnin "pent-house"ında əyləşib, buzlu viskidən qurtumlayıb, siqarını tüstülədə-tüstülədə oyuna saldığı Avropanın "rus ruletkasına" tuş gələcəyini gözləyir.

P.S. Krımda baş verənlər sözün əsl mənasında ölümcül oyunu xatırladır. Bir vaxtlar çar Rusiyasında oynanılması qadağan edilmiş bu oyun indi Krımda bərpa edilir. Kor güllənin kimin gicgahına dəyəcəyini isə təsəvvür etmək çətin deyil. Hər iki dünya müharibəsinin nəticəsində xarabazara çevrilmiş Avropa, əgər başlasa, bu müharibədə də darmadağın olacaq. Rusiya ,sadəcə, zəifləyəcək və Avropa isə həmişə olduğu kimi yenə Amerikanın ayaqları altına səriləcək. "Woll street"dəki "kuklaoynadana" da elə bu lazımdır...(interpress.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar