Xəbər xətti

24 FEVRAL

0:50 Putin özünü partladan pilotu təltif etdi

0:21 Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi

0:09 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 FEVRAL

23:57 İsveçrədə silahlı insident: 2 ölü

23:49 Ayaz Mütəllibov: “Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”

23:35 ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq

23:24 Bakıda İran kinosu günlərinin açılışı oldu

23:10 Ağdamda ev yanıb külə döndü

22:58 Qvardiolanın şəxsi təyyarəsində axtarış

22:45 “Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir”

22:34 Məşhur teleaparıcı prezident seçkilərində iştirakını təkzib etdi

22:20 Cəlilabadda üç uşaq anası intihar edib

22:01 Somalinin paytaxtında iki partlayış baş verib, ölən və yaralananlar var - Yenilənib

21:52 Stiven Mnuçin: “Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik”

21:41 Dəməşqdə xəstəxana raket atəşinə tutuldu

21:30 Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

21:18 Marneulidə bomba həyəcanı yaşanıb

21:10 Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

20:59 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

20:44 “Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim”

20:29 Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu

20:13 ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

19:54 Novosibirskdə maşın insan kütləsinin yığışdığı yerə girdi - Ölənlər var

19:45 Yaponiya qarışdı: 2 fəal konsulluq binasına atəş açdı

19:40 Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

19:26 Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

19:20 “Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək”

19:14 Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün çox “isti” olacaq

19:06 Cəbhədə erməni hərbçisi yaralandı

18:56 Şəhriyar Məmmədyarovdan iddialı sözlər: “Tam başqa olacam”

18:50 Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb

18:43 Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

18:37 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

18:30 Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

18:23 Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

18:15 “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

18:10 Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

18:04 “Azercell” insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görülüb

18:01 Moldova prezidenti Azərbaycana gələcək

18:00 Ağıllı telefon satışı azalıb

17:55 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

17:50 Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

17:44 İnək futbolçunu zədələdi

17:39 Rusiya 200-dən artıq yeni silah növünü sınaqdan keçirib

17:34 Özbəkistanda keçmiş baş prokuror həbs olunub

17:28 “Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir”

17:22 Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

17:12 Yaponiyada Şimali Koreya vətəndaşlarına hücum edildi

17:09 Vaşinqton: “Türkiyə ilə münasibətlərimizdən əminik”

17:04 Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

16:58 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:53 Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu:

16:48 Cavan qan qocalığı dayandırır

16:42 Axtarışda olan biznesmen həbs edilib

16:38 “Öz oyunu”nu oynayan Almanya - Təhlil

16:35 Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

16:32 Bakıda intihar etmək istəyən gənc komaya düşüb

16:27 Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

16:22 Kadir İnanır əməliyyata hazırlaşır

16:18 Deputat Universitetə torpaq ayrılmasını təklif edib

16:14 Qazaxıstanlı nazir: “İndi bizə bütün Azərbaycan borcludur”

16:10 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:06 Leyla Şıxlinskayanın işçisi: “Maaşı əllə alırdıq”

16:01 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

15:56 Tbilisidə Sorosun müqəvvası yandırılıb

15:54 “İdeal” mağazalar şəbəkəsinə 23 fevral sitəmi

15:52 Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

15:49 Rus polis azərbaycanlı qadını döydü

15:45 Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

15:42 Azərbaycanda tələbələrə təhsil kreditinin ayrılması mümkün olacaq?

15:41 Yaponiyada səfirliyə od vurdular

15:37 Bakıdakı həkimlər rayonlara ezam olunur - Səbəb

15:33 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

15:29 Nazir və generala ağır itki

15:24 Azərbaycanda yeni medal təsis edilib

15:18 “Bitcoin”lər pulsuz satıldı

15:15 Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

15:11 Hüsnü Mahalli: “Türkiyə Əsədlə razılığa gəlsə, hər şey həll olunar”

15:07 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

15:01 Tələbə ailəsinin qətlini sifariş verdi

14:56 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb

14:53 Tramp Koreyaya gedib

14:49 Bakıda 10 evi su basdı

14:45 Səbail rayonunda Xocalı faciəsinin ildönümü anılıb

14:42 “Vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır”

14:37 XİN-dən Niderland parlamentinə etiraz

14:33 Avroliqada irqçilik qalmaqalı

14:29 Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”

14:25 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan”

14:20 Sərnişin və yük daşımaları ilə bağlı dəyişikliklər təsdiq olundu

14:16 Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

14:11 Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

14:08 Deputat quzuların kəsilməsinə qarşı çıxdı

14:05 Şərqi Qutada Əsəd, Rusiya və İran terrorunun dəhşətləri öz zirvəsinə çatıb

14:02 Sabahın hava proqnozu

13:59 Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər

13:54 Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

13:49 Gömrükdə ov bıçağı müsadirə edildi

13:45 Nura Suri: “Qadın belə xəyanətkar olmaz”

13:42 Spiker: “Azərbaycanda böyük əfv gözlənilir”

13:38 Ermənilərin Xocalı faciəsi

13:34 “Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub”

13:30 Sabiri necə tənqid etməli?

13:26 Qaçırdığı maşınla arvadını və uşaqlarını yasa apardı

13:21 Səməd Səmədov: “24 yaşında oğlum dünyasını dəyişib”

13:17 Allahşükür Paşazadə Vyanaya gedir

13:13 Ayaz Mütəllibov: “Xocalını çəkməyi Çingizə mən tapşırdım”

13:11 Abid Şərifov: “Nazirlər Kabineti 25 nəfəri ölümdən xilas etdi”

13:08 Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

13:05 Anası ölən uşaqdan niyə utanırdım

13:01 Vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlanıb

12:58 “Neftçi”nin ermənisi: “Bakı üçün darıxıram”

12:54 Dünyanı qarşıdakı 10 ildə gözləyən təhlükələr

12:50 Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək

12:46 İlham Əliyev: “Ölkəmizdə yeddi yeni aeroport inşa edilib”

12:43 Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi

12:38 Tacir Şahmaloğlu Fədayə Laçından danışdı

12:35 Bakıda 1 yaşlı uşağın qarnına mil batdı

12:30 “Mehriban Əliyeva ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib”



ANALİZ

...

Rus faşizminin sırtıq demarşı

Tarix 26.01.15, 12:12

Font ölçüsü : - / +
bitmap-img6


Hitler ötən əsrin 30-cu illərində Avropa üçün nə qədər təhlükyə çevrilirdisə, bu gün Putin bütün dünya üçün həmin təhlükəyə çevrilir


Ukraynada baş verənlərlərdən sonra beynimdə hər zaman bir fikir dolaşır. Əgər Azərbaycan öz maraqları çərçivəsində Rusiyaya qarşı hər hansı bir addımı atsa, erməni hərbi geyimində olan rus ordusu Bakıya qədər gələr və böyük insan qırğını ilə müşaiyət olunan dəhşətli cinayətlərdən qətiyyən çəkinməz. 

Bu zaman əmin olun ki, rus televiziyaları bütün Azərbaycan xalqını faşist elan edər və Lavrov hər kəsin üzünə çox sırtıq bir şəkildə rus ordusunun Azərbaycanda olmadığını, Azərbaycanın regionda gərginliyi artırdığını, buna görə də erməni ordusunun özünü müdafiə etdiyini bildirər.

Bütün bunlar hamısı bu gün Ukraynada baş verdiyinə görə, demək olar ki, belə bir ssenarinin Azərbaycanla da baş verməsini ciddi şəkildə diqqətə almamız gərəkir. Amma ortada anlaşılmaz olan bir rus məntiqi var. Daha doğrusu bizlər üçün anlaşılmaz olan və ruslar üçün tam anlaşılan bir rus məntiqi. Bu məntiq deyir ki, ruslara və Rusiyaya qarşı olan hər şey və hər kəs faşistdir. Ortada olan həqiqət isə odur ki, bu gün dünya rus faşizmi ilə birbaşa üz-üzə qalıb və təhlükə Birinci və İkinci Dünya Savaşlarında baş verənlərdən daha böyükdür.

Onlara qarşı olan hər şeyin və hər bir xalqın faşist olması məntiqini ruslar bu il 70 illiyini qeyd edəcəkləri Böyük Vətən Müharibəsində qazandıqları qələbədən sonra əldə ediblər. Hansı ki, o qələbəninin qazanılmasında bizim hamımızın atalarının birbaşa böyük əməyi və inanılmaz zilləti var. O, cümlədən bu gün faşist elan etdiklər ukraynaların da. Putinin hakimiyyətə gəlməsindən sonra isə Rusiya ideoloji maşını bir qayda olaraq ruslara qarşı olan hər bir sistemi faşist sistemi olaraq görür. Bu zaman özlərinin nə qədər böyük faşistə çevrildiklərini və Hitler Almaniyasından daha çox dünya üçün təhlükəyə çevrildiklərinin fərqinə belə varmırlar. 

Adi bir misal çəkəcəm. Bu günlərdə Ermənistanda rus əsgəri iki körpə də daxil olmaqla, bütün bir ailəni qətl etdi. Bundan sonra isə baş verənlər doğurdan ağıla və məntiqə sığmadı. Ermənilərin etirazlarına qəzəblənən rus mətbuatı bir anda erməniləri faşist elan etdi və Rusiyanın erməniləri Azərbaycandan qorumasını önə çəkdilər. Ermənilərə faşist damğasını vuranlar dünənə qədər erməniləri göyə qaldıran və azərbaycanlıları aşağılamaq üçün hər fürsəti dəyərləndirənlər idi. Bir anda vəhşicəsinə həyata keçirilən bir qətliama görə Rusiyaya etiraz edən ermənilər onlar üçün faşistə çevrildi. Bu rusların nə qədər şovinist və ən azından alman faşistləri qədər «faşist» olmalarının göstəricisi idi.

Rusların məntiqindən yanaşarsaq, Macarıstanda erməni zabitini öldürən Ramil Səfərov da Azərbaycanda mühakimə olunmalıydı. Amma hamımız bilirik ki, həmin dönəmdə məhz rus mətbuatı bütün imkanları ilə bağıraraq bizi vəhşi elan edirdi.

Hətta bir çox rus ziyalıları sosial şəbəkədə səhifə açaraq iki yaşlı və altı aylıq uşağı süngü ilə öldürən əsgər Permyakovu vicdan məhbusu elan etdilər. Təsəvvür edə bilirsinizmi, bir ailəni dəhşətli bir şəkildə öldürən bir əsgər vicdan məhbusu elan edilir. Ancaq ona görə ki, həmin şəxs rus idi. Əgər həmin hərbiçi ukraynalı olsaydı nə olacaqdı? Ya da azərbaycanlı? 

Və bu yerdə doğurdan rusların özlərinin davamlı olaraq reklam edib öyündükləri «rus ruhu» özü-özünü ortaya çıxarmış oldu. Yəni rus ruhu doğurdan bir işğalçı və sözün həqiqi mənasında bir «faşist» ruhudur. Amma onlar bu ruhlarını dünyaya, daha doğrusu əzdikləri xalqlara «xilasedici» olaraq təqdim edirlər. Əslində «xilaskar» rus obrazı hər kəsdən bir şeyi tələb edir: «Mənim qulum olacaqsan, mənim istədiyim kimi olacaqsan».

Rus faşizminin Ukraynada etdiklərini bu gün bütün dünya görür. Donbasda insanlar ona görə ölürlər, ona görə bombardman olunurlar ki, bu Rusiyanın maraqlarına uyğundur. Ona görə dinc insanlar işlərini, evlərini, qazanclarnı, ailələrini və həyatlarını itirirlər ki, bunu Putinin maraqları tələb edir. Razılaşmalıyıq ki, bu dünyanın bir çox yerində baş verir. Tutaq ki, Əfqanıstanda, Suriyada, İraqda, filanda. Amma heç bir yerdə bir ordu bütöv şəhərlərdə milyonlarla insanları girov götürüb onların həyatları üzərində öz siyasi iddialarını reallaşdırmağa çalışmır. Bu gün rus rəsmiləri dayanmadan və həyasızcasına bildirirlər ki, Donbasda rus ordusu yoxdur. O, zaman Donbasdakı tanklar, raketlər, ən müasir silahlar hardandır. Və bir neçə başı pozuq dəstə Ukrayna ordusuna qarşı Ukrayna ərazilərini necə işğal edir? Bunun məntiqi varmı?

Bu gün rus faşizmi açıq şəkildə və sırtıqcasına «demarş» edir. Və Hitler ötən əsrin 30-cu illərində Avropa üçün nə qədər təhlükyə çevrilirdisə, bu gün Putin bütün dünya üçün təhlükəyə çevrilir. O,təhlükə bizə hər kəsdən yaxındır və Azərbaycanda Rusiya üçün arzuolunmaz bir vəziyyət yarandığı halda erməni hərbi geyimində olan rus əsgərlərinin Bakıya qədər gələ bilməsi ehtimalı ciddiyyətlə diqqətə alınmalıdır.

P. S. Rusların erməniləri faşist elan etmələrinə bizim sevinməyimizə dəyməz. Ən azından ona görə ki, ermənilər ruslara bizdən bir neçə köynək daha yaxındılar. Və nə olursa olsun rus psixologiyası bizləri avtomatik olaraq düşmən, erməniləri isə alət olaraq görür.

Azər QARAMANLI
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru