Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus diplomatının anti-Azərbaycan mövqeyi kəskin etirazlar doğurdu


Mariya Zaxarovanın jurnalistləri təhqirinə rəsmi Bakıdan etirazlar


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın 27 aprel brifinqində Azərbaycan jurnalistlərini təhqir etməsi sərt etirazlara səbəb olub. 

Rusiyalı diplomatın diplomatiyaya və etik normalara sığmayan bir şəkildə APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsməsi, üstəlik, Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları “abırsızlıq” adlandırması Rusiya XİN-in təkcə Azərbaycan jurnalistlərinə deyil, ölkəmizə münasibətinin göstəricisi kimi qiymətləndirilir.


“APA-Holdinq”-in prezidenti Vüsalə Mahirqızı “Yeni Müsavat”a bildirdi ki, Zaxarova APA-ya deyil, ümumilikdə Azərbaycan mediasına qarşı ittiham səsləndirdi: “Hesab edirəm ki, bir mətbuat xidməti rəhbəri üçün bu peşəkar davranış deyil. Biz Rusiya XİN-dən müxbirimizin səsləndirdiyi suala cavab gözləyirik”.


Azərbaycan kütləvi informasiya vasitələrindəki materiallarla tanış olmuşam, onlar sadəcə ədəbsiz (işlənmə yerinə görə bu söz ”qanmazlıq, həyasız, abırsız “ kimi də tərcümə edilir - red.) məqalələrdir. Bu məqalələr analizsiz, araşdırmasız - fərq etməz konstruktiv və ya qeyri-konstruktiv olsun - həyasız məqalələrdir” deyə, M.Zaxarova Azərbaycan mediasına həqarət edib. Ardınca iddia edib ki, Azərbaycan KİV-ləri Rusiya XİN-nin cavablarını “olduqca ədəbsiz” göstərib. Bu, jurnalistika deyil. Bu həyasızlıqdır. Mən bunu başqa cür xarakterizə edə bilmərəm"deyə, təhqirin “doza”sını artıran diplomat iddia edib ki, hətta azərbaycanlı dostları ondan buna görə “üzr də istəyiblər”.


Artıq rəsmi Bakı da rus diplomatın davranışlarına reaksiya verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin musavat.com-a açıqlamasında deyilir: “Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür”.


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyri-adekvat, qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyub”.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, M. Zaxarova unutmamalıdır ki, onun vəzifəsi hər bir sualı sona qədər dinləmək və təmsil etdiyi qurumun mövqeyini açıqlamaqdır: “Həmin məqamda Mariya Zaxarovanın davranışı daşıdığı vəzifəyə qeyri-adekvat, qeyri-etikdir, peşəkarlıq baxımından kifayət qədər problemlidir. Mariya Zaxarova yaxşı bilir ki, jurnalist o sualı ona nə üçün ünvanlayıb, jurnalistin ünvanladığı sualda toxunduğu məqam bizim üçün nə dərəcədə əhəmiyyətlidir, o məqama Azərbaycan-Rusiya münasibətləri baxımından hansı prizmadan baxılır. Mariya Zaxarova yaxşı bilir ki, Dilqəm Əsgərovun da, Şahbaz Quliyevin də hərəkətlərində heç bir qeyri-qanuni məqam yoxdur. Onlar valideynlərinin qəbirlərini ziyarət etmək üçün öz doğma yurdlarında olublar. Eyni zamanda, Mariya Zaxarova onu da yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə hökmlərinin heç bir əsası yoxdur, oyuncaq bir rejimin heç bir beynəlxalq qanunvericiliyə söykənməyən qərarları nəticəsində ədalətsiz olaraq cəza çəkirlər ”. (APA)


MŞ sədri Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfər edən Aleksandr Lapşinlə bağlı Rusiya tərəfinin fəallığına da toxunub: “Biz arzulardıq ki, Dilqəm Əsgərovla bağlı məsələdə də Rusiya, Mariya Zaxarovanın özü bu qədər aktiv olsun. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həllinin gecikməsi, Azərbaycanın ədalətli mövqeyinin kifayət qədər diqqətdə saxlanılmaması jurnalistlərimizi, vətəndaşlarımızı hər zaman narahat edir. Mariya Zaxarova gərək o sayaq münasibət göstərərkən, jurnalistin təmsil etdiyi ölkənin mediası ilə bağlı əndazəyə sığmayan fikirlər söyləyərkən Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini nəzərə ala idi. Hazırda Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yüksək səviyyədə, istidir. Mariya Zaxarova da məsələyə bu aspektdən yanaşmalı idi. Mən hesab edirəm ki, bu, Mariya Zaxarovanın missiyasını düzgün yerinə yetirməməsi ilə əlaqədardır. Mariya Zaxarovanın bundan əvvəlki bir sıra çıxışlarını da nəzərə alsaq, bu, onda yaranmış müəyyən vərdişlərlə əlaqədardır”.


Azərbaycandakı media quruluşları da Rusiya diplomatına kəskin etirazlarını bildiriblər.


"Trend" agentliyinin baş direktor müavini Arzu Nağıyev: “Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin sözçüsüdür və istəməsə, mövqeyini bildirməz, heç kim də onu məcbur edə bilməz. Düşünürəm ki, Zaxarova qeyri-etik davranıb. Bu, nə onun təmsil etdiyi quruma başucalığı gətirmir, nə də ki, Rusiya-Azərbaycan münasibətlərində müsbət hal kimi dəyərləndirilə bilməz”.


“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, Rusiya XİN-in sözçüsü növbəti dəfə etikadan kənar davranışı onun təmsil etdiyi nazirlikdə Azərbaycana qarşı olan münasibəti ortaya qoyur: “Rusca “xam” və “xamit” sözlərinin verdiyi məna Rusiyada fərqli, Azərbaycanda isə fərqli təəssürat yaradır. Yaratdığı təəssürat baxımdan bu sözün Azərbaycan dilində nümunəsi yoxdur. Çünki sözlər millətin xarakterindən, həyat tərzindən, dünyagörüşündən qaynaqlanaraq yaranır. Bu baxımdan “xam” sözü rus mentalitetinə və münasibətlər sisteminə daha yaxındır. Azərbaycan dilində bu söz “tərbiyəsiz” kimi tərcümə olunur. Amma mən buna rəğmən mediamızın verdiyi reaksiyanın həddindən artıq mədəni olduğu qənaətindəyəm. Görünür, Zaxarovaya münasibətdə rus jarqonundan istifadə etmək və onu tez-tez alışdığı yerə “göndərmək” lazımdır. Digər tərəfdən, hesab edirəm ki, Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün Azərbaycan jurnalistlərinin ünvanına səsləndirdiyi aşağılayıcı ifadəyə diqqət yetirməkdənsə, sözlə kobud rəqs eləyən bu xanıma Azərbaycan mətbuatının xülasəsini göndərən və ondan üzr istəyən nüfuz müvəkkillərinin kimliyini araşdırmaq lazımdır".


“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev “Yeni Müsavat”a dedi ki, baş verənlər Rusiya XİN sözçüsünə yaraşmayan hərəkətdir: “Azərbaycan jurnalistlərini əzən, təhqir edən, təzyiq göstərən, hətta qətlə yetirən az imiş kimi biri də Rusiyadan çıxdı?! Bu cür tərbiyəsizlik həmin məmurun öz vəzifəsinin məsuliyyətini dərk etməməsindən irəli gəlir, eyni zamanda onu göstərir ki, həmin məmur xanımın jurnalistin normal sualına verməyə normal cavabı olmayıb. Düzü, Solovyov kimi jurnalistin Bakı səfərinə təriflər dediyimiz halda qarşı tərəfdən belə aşağılayıcı münasibətin olmasını da gözləmək lazım idi. Rusiyadan gələn media əhlinin ən yüksək səviyyədə qəbul edilməsinin siyasi və sair motivlərini anlaya bilirəm. Ancaq kaş ki, bu münasibətin heç olmasa onda biri öz jurnalistlərimizə göstəriləydi. Rusiyalı məmurun tərbiyəsizliyini qınayıram, ancaq eyni zamanda bunun müəyyən qədər də öz ölkəmizdə mediaya olan aşağılayıcı münasibətdən qaynaqlandığını da demədən keçə bilmərəm”.


Hələlik Rusiyadakı səfirliyimizdən reaksiya yoxdur. Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə hesab edir ki, bu mövzuda yazan bizim jurnalistlər bir araya gəlib bizim XİN-ə M.Zaxarovaya etiraz ünvanlaması üçün vahid bir məktubla muraciət etməlidirlər: “Həmçinin Azərbaycan XİN Zaxarovaya etiraz etməlidir. Jurnalistlərimiz də onun özünə bir izahat və etiraz məktubu yazmalıdır. Zaxarovanın davranışları sadəcə saymazlıqdir. Həm də orada onun əsəbiləri dözmədi və bizə yerimizi göstərmək istədi”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar