Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus analitikdən “ABŞ Azərbaycanı qarışdırmağa çalışacaq” xəbərdarlığı


Politoloq: “Cənubi Qafqaz, əsasən də Azərbaycan Qərb və ABŞ üçün xüsusi çəkiyə malik olan bir regiondur”


Rusiyalı ekspert Aleksandr Fomenkov “CA-IrNews”a açıqlamasında bildirib ki, İrandakı iğtişaşlardan sonra növbə RusiyaAzərbaycanındır.

 Bu barədə strateq.az yazıb ki, Fomenkov fikrini belə əsaslandırıb: “Şimal-Cənub” nəqliyyat dəhlizi Qərbi çox mühüm kapitallardan məhrum edə bilər. ABŞ buna yol verməmək üçün İranda kütləvi iğtişaşlar törətməyə cəhd edib.

Bu il AzərbaycanRusiyada seçkilərdir. ABŞ bu ölkələri də qarışdırmağa çalışacaq. Üç dövlətin-Rusiya, Azərbaycanİranın liderləri 2017-ci ilin axırında “Şimal-Cənub” əmtəə-nəqliyyat dəhlizini inşa etmək və işə salmaq razılığına gəlib. Bu cür dəhliz tədarükçü, alanlar və tranzitçilər üçün daha böyük mənfəətlə Hindistan, Pakistan, Çin və Asiya, Şərqi və Qərbi Avropanın bir çox başqa ölkələrini əlaqələndirəcək. Hindistandan Avropaya artıq bir neçə əsr işlək olan indiki dəniz yolu və İran, Azərbaycan və RF-nin bərpasına can atdığı əvvəlki quru İpək Yolu Qərbin “boğazındakı sümük” kimidir. Hindistandan Avropaya dəniz yolunda hansı kapitalların hərəkətləndiyini təsəvvür edə bilərsiniz? “Şimal-Cənub” layihəsinin gerçəkləşməsi Qərbin bir sıra ölkələrinə və indiki dəniz yoluna nəzarət edənlərə önəmli ziyan vura bilər. Köhnə və Yeni Dünyanın ilk xanədanlarının maddi rifahı bir çox baxımdan bu kapitallara söykənir.

Bu səbəb üzündən “Xanədanlar”ın sakinləri İran, RusiyaAzərbaycanın düşündüyü, Avropa xalqları üçün aşkarca əlverişli və bu gün Avropa-Asiya dəniz yollarına nəzarət edənlərin maddi gücünü sarsıdan nəqliyyat dəhlizinin inşaatını həyata keçirməyə mane olmaq üçün bütün resurslarını işə salarlar. İranda dekabrın axırında baş verən hadisələr bunun təsdiqidir. Qərbin pul kisələrinin niyyətinin ciddiliyini özündə ilk hiss edən İran oldu. Növbə RusiyaAzərbaycanındır. Bu il həm orada, həm də burada prezident seçkiləri baş tutacaq. Lakin mən zərrəcə şübhə etmirəm ki, Qərbin MoskvaBakını laxlatmaqcəhdləri hədər çıxacaq, lakin “Sem dayı” və ortaqları qanımızı kifayət qədər içəcəklər".

Bəs ABŞ doğrudanmı bölgəni qarışdırmaqda maraqlıdır? Azərbaycanın qarışması Vaşinqtona lazımdırmı? Yoxsa, rus siyasi ekspert ölkəsindəki konyukturaya uyğun olaraq ABŞ-ın üzərinə o bu şəkildə yüklənir? Yox əgər onun dediklərində həqiqət payı varsa, Amerikanın seçkidə Rusiyanı və Azərbaycanı qarışdırmaq imkanları varmı?



Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, İranda olan hadisələrdən sonra digər ölkələrdə, o cümlədən Rusiyada iğtişaşların ola bilməsi ehtimalı ilə bağlı söylənilənlər hansısa bir sirrin açılması deyil. Keçən il eyni vaxtda Rusiyanın 20-yə yaxın şəhərində etiraz aksiyalarının keçirilməsi bu ehtimalların hər zaman həyata keçə biləcəyindən xəbər verir. Etirazlar əsasən korrupsiya hallarına, qanunsuzluqlara, avtoritarizmə qarşı olur. Necə ki , İranda və Rusiyada bu faktor öndə idi.

Amma hər  zaman olduğu kimi hakimiyyətlər özlərinə qarşı olan ittihamlara cavab vermək, insanları qane edəcək islahatlara getmək əvəzinə iğtişaşların xarici dövlətlər-xüsusilə ABŞ tərəfindən təşkil olunduğunu bəyan edirlər: “Bu ittihamları öz üzərlərindən yayındırmaq anlamına gəlir. ABŞ-ın İrana da Rusiyaya da münasibəti bəllidir və onu hər zaman açıq söyləyib. Hər iki dövlətə tətbiq olunan sanksiyalar da hər şeyi deyir. Bu münasibətlərin kökündə isə daha ciddi səbəblər durur. Bu səbəblərin içində Fomenkovun söylədiyi Şimal-Cənub nəqliyyat dəhlizi sazişinin  olmasını hesab etmirəm. 2002-ci ildən qüvvəyə minən bu sazişə bir çox ölkələr, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulub. Böyük mənada bunun Qərbə, ABŞ-a heç bir ziyanı yoxdur. Adından da göründüyü kimi, bu sırf nəqliyyat dəhlizidir və Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya Federasiyası, Baltikyanı dövlətlər,  Avropa istiqamətində magistral nəqliyyat kommunikasiyalarının yaradılmasına hesablanıb. Bununla belə, ABŞ-n İranla, Rusiya ilə  bağlı planları var. Bu ölkələrin daxilində baş verəcək etirazlara müxtəlif şəkildə dəstək verilə bilər. Söhbət ancaq dəstəkdən gedir.  Baş verəcək hadisələri yaradan, həyata keçirdən  güclər ölkələrin öz insanları olur.  Ona görə də yaranacaq situasiyının kökünü ölkələrin özündə, əsas da hakimiyyətlərdə axtarmaq lazımdır. Öz  qüsurlarını başqasında axtarmaq isə çıxış yolu deyil, əksinə, problemi daha da inkişaf etdirməyə xidmət edən yoldur”.

Politoloq vurğuladı ki, ABŞ-n seçki ilində Azərbaycanı qarışdırmaq kimi niyyətinin olduğunu söyləmək üçün bu gün əsaslar yoxdur: “Cənubi Qafqaz, əsasən də Azərbaycan Qərb və ABŞ üçün xüsusi çəkiyə malik olan bir regiondur. Ölkədən insan haqları, siyasi, iqtisadi, mülkiyyət azadlıqları ilə bağlı ciddi tələblər olsa da, bu günə qədər regionda sabitliyin olması Qərb və ABŞ əsas üçün prioritet kimi qəbul olunub. Bundan sonrası  isə ölkə daxilindəki situasiyadan və bu situasiyaya hakimiyyətin necə yanaşması, onu necə  dəyərləndirməsindən asılı ola bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar