Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus-türk barışığı Ermənistanı yasa batırdı


Dostlar məmnun, düşmənlər üzüntü içində...; Barışıq iki ölkə ilə yanaşı, Qarabağ üçün də təzə səhifə aça bilər, Ərdoğan-Putin anlaşması münaqişənin həllində pozitiv gözlənti vəd edir; Ermənistan hava məkanını rəsmən Rusiyaya verdi – tezləşən qərarın pərdəarxası...

 
Türkiyə-Rusiya münasibətlərinin 7 aylıq fasilədən sonra böhrandan çıxması ilə region, nəhayət, rahat nəfəs aldı. 

Bu hadisə şübhə yox ki, böyük bir bölgədə pozitiv siyasi ab-hava yaradacaq, regionda çoxdan öz həllini gözləyən dondurulmuş və qaynar münaqişələrin yoluna qoyulması üçün daha əlverişli zəminin yaranmasına stimul verəcək.

Rusiya ilə Türkiyənin yenidən yaxınlaşması son günlərin, hətta ayların ən ciddi və önəmli hadisəsi sayıla bilər. Bu barışıq sözsüz ki, iki böyük dövlətin regional problemlərin həllində ortaq əməkdaşlığını təzədən gündəmə gətirəcək, iki və çoxtərəfli formatlarda iqtisadi, ticari, energetik, başqa sahələr üzrə əməkdaşlığı gücləndirəcək. 

Söhbət həm də Qarabağ məsələsi ətrafında yaranan və kifayət qədər yeni sayıla biləcək situasiyadan gedir...

*     *    *

Təsadüfi deyil ki, barışıq olayı ən çox Rusiyada, Türkiyədə və Azərbaycanda məmnunluq yaradıb, sevinc hissi ilə qarşılanıb. Ermənistan isə az qala, üzüntü içindədir. Bunu erməni mediası və cəmiyyətinin, elə həm də siyasilərinin Ərdoğan-Putin barışına verdiyi ehtiyatlı və ürkək reaksiyalardan sezməmək mümkün deyil. 



Səbəb aydındır. Çünki mənfur qonşular daima türk-rus işbirliyindən, bundan da çox isə Bakı-Moskva-Ankara işbirliyindən narahat olublar. Hətta ötən ilin noyabrına - “Su 24" insidentinədək erməni ictimai-siyasi dairələrində belə bir qənaət formalaşmışdı ki, Bakı-Moskva-Ankara ”üçbucağı" Qarabağa dair Ermənistanın ziyanına olan hansısa layihə üzərində işləyir, işbirliyi içindədir. 

Ermənistanın yeni təlaşı da əsassız deyil. İrəvanı məyus edən, qayğılandıran həm də odur ki, Moskva-Ankara barışığının baş tutmasında Azərbaycanın, onun prezident İlham Əliyevin məxsusi rolu olub ki, bu da ölkəmizin Kreml yanında nüfuz və önəmini təsdiqləyən amildir. 



Yeri gəlmişkən, “Yeni Müsavat”a çatan bilgilərə görə, Azərbaycan tərəfdən barışıq prosesində iştirak edən nüfuzlu şəxslər hələ də Türkiyədədir və öz missiyalarını davam etdirirlər. Aldığımız məlumatlarda deyilir ki, özü də söhbət təkcə Ərdoğanla Putinin şəxsi planda əlaqələrinin bərpasından deyil, iqtisadi, siyasi və digər sahələrdə qırılmış əlaqələrin tam həcmdə və sürətli bərpasından gedir. Bildyimiz qədər barışıq prosesi gözlənidiyindən də sürətli gedir və hətta Türkiyə-Rusiya münasibətlərinin Osmanlı dönəmindən bu yana heç vaxt belə isti olmadığı deyilir. 

Təbii ki, bütün bunlar işğalçı ölkəni və onun rəhbərliyini, toplumunu narahat edən gəlişmələrdir. Telefon danışığı zamanı Putinin Ərdoğana verdiyi mesajlar da şübhəsiz ki, ermənilərin ovqatını hələ uzun müddət təlx edəcək. Məsələn, Rusiya prezidenti türkiyəli həmkarına belə deyib: “Təkrar sizinlə danışmaqdan böyük məmnunluq duyuram”, “Mövcud vəziyyət hər iki ölkənin xeyrinə deyil, yeni səhifə açmalıyıq”, “Bölgənin iki böyük dövləti olaraq Türkiyə və Rusiyanın etməli olduğu işlər var”.

*     *    *

Maraqlıdır ki, Ərdoğan-Putin telefon zəngindən cəmi bir gün sonra Ermənistan parlamenti Rusiya ilə mübahisəli ortaq raketdən müdafiə regional sisteminin (HHM) yaradılması haqda ötən ilin dekabrında iki ölkə müdafiə nazirləri arasında imzalanmış müqaviləni ratifikasiya edib. Müqavilənin müddəti 5 ildir və bu müddətdən sonra tərəflərin razılığı ilə artırıla bilər.



Yada salaq ki, ratifikasiyaya qarşı neçə vaxtdır Ermənistanda etirazlar var idi. Bir sıra tanınmış ictimai-siyasi xadimlər də onun əleyhinə idilər. Narazılığın əsas motivi isə bu idi ki, İrəvan öz hava məkanını da Rusiyanın nəzarətinə verməklə özünün olan-qalan suverenliyini də itirəcək.

Bu üzdən ratifikasiyaya ilkin cəhdlər baş tutmamış, qeyri-müəyyən vaxta qədər, hətta iki aylığa təxirə salınmışdı. Bəzi iddialara görə, İrəvan ratifikasiya məsələsini əslində Rusiyanın ona 200 milyon dollarlıq kredit həcmində boyun olduğu silahların verilməsi ilə əlaqələndirməyə çalışır - yəni şərt məsələsi. Ancaq hələ ki silahlardan xəbər yoxdur. Amma ratifikasiya tezləşdi. 



Böyük ehtimalla, aparıcı səbəblərdən biri məhz Rusiya ilə Türkiyənin təzədən yaxınlaşmasından sonra yaranan və işğalçı ölkənin ziyanına olan situasiyadır. Sirr deyil ki, ermənilər ki, rus-türk barışığı və yaxınlaşmasından həmişə narahatlıq keçiriblər. Çünki Ankara-Moskva tərəfdaşlığını, deyildiyi kimi, Qarabağ məsələsi üçün daima neqativ amil, Azərbaycan üçünsə pozitiv faktor qismində qəbul ediblər. Mümkündür ki, Türkiyə-Rusiya əlaqələrinin bərpası Qarabağ ixtilafının həlli üçün yeni şans pəncərəsi də açsın. 



Belə bir fonda, yəni bölgədə Ermənistanın Rusiya üçün geosiyasi və hərbi əhəmiyyətinin azalması, Azərbaycanla Türkiyənin isə artması fonunda İrəvanın Kremli izafi qıcıqlandırması əlbəttə ki, məntiqsiz görünər, Qarabağa məsələsində Ermənistanın ziyanına işləyərdi. Odur ki, Ərdoğan-Putin anlaşmasının ardınca Ermənistanda anti- Rusiya isterikası və ovqatının səngiyəcəyini gözləmək olar. 

Bu isterika artıq hiss olunmur da. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar