Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya uzaqlaşdı, İsveç yaxınlaşdı - UEFA reytinqi

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, baş tutan 24 qarşılaşmadan sonra cədvəldə bir sıra dəyişikliklər baş verib.

Əksər ölkələrin xal hesabı dəyişsə də, bu artım yalnız 7-nin mövqeyinə təsir edib. Belçikanı arxada qoyan Ukrayna 8-ci sıraya yüksəlib.

Çexiya isə 13-cü yeri ələ keçirib. Onlar yunaıstanlıları arxada qoyub Daha bir dəyişiklik 24-26-cı yerlərdə qeydə alınıb. Bolqarıstan 26-cı pillədən 24-cüyə qalxıb. Bu da Belarusla Şotlandiyanın hərəyə 1 pillə geriləməsinə səbəb olub.

Avropa Liqasında təmsilçisi olmayan Azərbaycan cari mövsümdə 4,125 xal qazanıb. Bunun 2,375-i "Qarabağ"ın hesabındadı. "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xal qazandırıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,875-ə bərabərdi. Azərbaycan 22-ci pillədə qalsa da, qonşularla fərq dəyişib.

Ölkəmiz 1 addım gerisində olduğu Rumıniyadan artıq 0,975 xal geri qalır. Sonuncular fərqi Avropa Liqası hesabına artırıb. Ən yaxın izləyicimiz İsveç isə fərqi azaldıb. İndi skandinaviyalıları 0,150 xal qabaqlayırıq.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 93,998 xal.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar