Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya prezidentindən Qarabağ bəyanatı


“Postsovet məkanında bütün dondurulmuş münaqişələrin açarı Moskvanın əlindədir. O, öz maraqlarından asılı olaraq bu münaqişələri çox tezliklə həll də edə bilər, partlada da bilər - növbə ilə və ya hamısını birdən”


Virtualaz.org xəbər verir ki, bu bəyanatla Rumıniya prezidenti Trayan Basesku ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda Qara dənizdə olan “USS Donald Cook” esminetsinin göyərtəsində keçirdiyi mətbuat konfransında çıxış edib. Hərbi gəmi Rumıniyanın Konstanta limanında lövbər salıb.

T.Baseskunun sözlərinə görə, o, hətta Rusiyanı qəzəbləndirməklə risk etsə də deməyə bilməz ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyət daşıyır.

Rusiya Abxaziyanı, Cənubi Osetiyanı, Dnestryanı bölgəni işğal edib, indi də Krımı ilhaq edib. Lakin bu, o demək deyil ki, mən Rusiyanın düşməniyəm” - deyə Rumıniya prezidenti bildirib.

Trayan Basesku əlavə edib ki, əgər bu deyilənlər Moskvanı qəzəbləndirsə belə Rusiya onu düşmən kimi görməməlidir: “Mən təkcə dostluq xatirinə deməyə bilmərəm ki, Qara dəniz ətrafında oddan dairə yaradılır: Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, indi isə Krım. Hesab edirəm ki, biz coğrafiyanı eyni ölçüdə bilirik - həm biz Buxarestdə, həm də diplomatlar Moskvadan”.

T.Basesku deyib ki, Qara dənizə tamamilə Rusiya qüvvələri tərəfindən nəzarət olunur. O cümlədən Moskvanın idarə etdiyi dondurulmuş münaqişələr vasitəsilə.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar