Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhi dispanserə düşən məşhur rejissorumuz


Onun ruhi xəstəxanaya düşdüyünü eşidəndə sarsıldım. Nədənsə Ədalət müəllimlə ruhi xəstəxana arasında heç cür əlaqə qura bilmədim


Hətta gedib gözümlə görəndə də inanmadım.
 
Çox dəyişmişdi.
 
Bu mənim tanıdığım rejissor, müəllim, aktyor deyildi.
 
O, kimdir
 
Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda - «Kubinka»da doğulub. Xəstələnənə qədər Bakı Bələdiyyə Teatrında rejissor kimi çalışıb. Əvvəllər ŞəkiAğdam teatrlarında, Musiqili Komediya Teatrında işləyib.
 
Bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor üçün teatr studiyasında çalışıb.
 
Biz onu daha çox Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyən müəllim kimi tanıyırdıq. Tələbələri onu çox sevirdilər. Bu gün də ən çox ziyarətinə gələn tələbələridir.
 
Səhnələşdirdiyi Aqşin Babayevin «Oğul» əsəri «Dərviş» mükafatına layiq görülüb. Tamaşalarının çoxu hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
 
Tamaşaları qızıl fondda, özü ruhu xəstəxanada...
 
Adamları tanımır
 
Yalnız otuz il əvvəli xatırlayır. Ona elə gəlir ki, oğlu orta məktəbdə oxuyur, anası sağdır. Əvvəllər deyirdi, qış qurtarsın, gedəcəm universitetə, dərslərə davam edəcəm.
 
Evdə qalması həyatı üçün təhlükəlidir. Qazı açıq qoya bilər, kibritlə evi yandırar...
 
Həkim evdə qalmasına icazə vermir. Bu ailə üçün də ən uyğunudur.
 
Fantastik sevgi
 
Ötən il həyat yoldaşı Solmaz xanım həkimi məcbur edti ki, bir həftəlik evə buraxsın. Həkim dilindən kağız alıb razılaşdı. Ancaq vəziyyətin çətin olduğunu görüb təkrar geri qaytarmalı oldular.
 
Ədalət müəllimin vəziyyəti getdikcə ağırlaşır. Ürəyində də problem var.
 
Onu ən ağır günündə axıracan tərk etməyən yeganə insan həyat yoldaşı Solmaz xanımdır. Həyatında çox qadınlar olsa da Solmaz xanımla böyük eşq yaşayıblar. Qadın indi də bu sevgisinə sadiqidir.
 
O, şəhərdəki evini satıb, Maştağadan ev alıb ki, xəstəxanaya gedib-gəlmək asan olsun. Özü də ağır astma xəstəsidir.  
 
Əvvəllər gizlədirdilər
 
Tələbələrinin dediyinə görə, ailəsi əvvəllər onun ruhi xəstəxanada yatdığını gizlədirmiş. İstəmirmişlər harda olduğunu bilsinlər. Jurnalistika ilə məşğul olan tələbələr onu axtarıb tapıblar və bir qrup sevimli tələbəsi onun görüşünə gedib. Heç birini yadına sala bilməyib. Tələbələr onlara qoyduğu ayamaları xatırladıblar. Yenə xatırlamayıb. Ancaq sevdiyi mahnıları telefonda qoyanda nələrisə xatırlayıb və ağlayıb, telefona işarə dərək, “Onu söndürün” deyib.  
 
Musiqini çox sevir. Vaxtıyla Akif İslamzadə ilə Brilliant Dadaşovanın oxuduğu məşhur duet onun tamaşası üçün yazılıb.  
 
“Payız gəldi” mahnısını da çox sevirdi. Həmişə bu mahnını eşidəndə duyğulanırdı.”
 
Tələbələrin sevimlisi
 
Haqsızlıqlara dözmürdü. Haqqı tapdanan tələbələrə görə dekanlarla, prorektorla mübahisə edirdi. Axırıncı dəfə savaşdığı üçün içməyini bəhanə edərək işdən çıxarıblar. Bundan sonra daha da çox içməyə başlayıb. Az keçməmiş infarkt keçirir.   
 
Amansız xəstəlik
 
Həkimlər içsən, yaddaşını tamam itirəcəksən deyirdilər, amma vecinə almırdı. Belə ağır günündə onun ən yaxın dostu olan “Çarli” adlı iti də ölür. Bu onu ikiqat depressiyaya salır. Halbuki institutdan çıxandan sonra mehrini ona salmışdı, hər səhər gəzməyə çıxarır, onunla söhbət edirdi. 
 
Oğlu atasını bağışlamır
 
İki övladı var: bir qız, bir oğlan. Qızı uşaq həkimidir. Uzun müddət Səudiyyə Ərəbistanının Kral xəstəxanasında işləyib. Sonra qayıdıb, ailə qurub. Ədalət müəllim nəvəsini xatırlamır. Oğlu özəl şirkətdə işləyir. Namaz əhlidir. Həkim qadağa qoyanda atasını aparıb məsciddə, and içdirib ki, içkini tərgitsin. O, and içir, ancaq özü ilə bacarmır. Buna görə oğlu ondan küsür və hələ də bağışlamayıb. Ancaq maddi baxımdan anasına kömək edir, xəstəxana xərclərini ödəyir.       
 
Qızı vaxtaşırı atasını ziyarət edir.
 
Solmaz xanımsa hər həftənin şənbə günü saat 10-dan 14-ə kimi ərinin yanındadır. 
 
Başqa qohumları da arabir gəlirlər.
 
İş yerindən, teatrlardan heç kim ziyarətinə getmir. 
 
Vəziyyəti getdikcə ağırlaşır.
 
Demək olar, quru nəfəsi gedib gəlir...(kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar