Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhanidən Qüdslə bağlı islam dünyasına 7 təklif


“Biz hamımız səylərimizi birləşdirib, ABŞ-ın Qüdslə bağlı axmaq addımının qarşısını almalıyıq”


Axar.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbuldakı Zirvə toplantısında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani söyləyib. Onun sözlərinə görə, müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın niyə belə qərar verdiyini öyrənmək məcburiyyətindədir:

“Sionistlərin təhdidlərinə qarşı dayanmaq əvəzinə regionumuzun bəzi ölkələri ABŞ və sionistlərlə razılaşaraq Fələstinin taleyini həll edirlər. Əgər onların qərarı qəbul edilsə, sionistlər daimi olaraq fələstinlilər üzərində hökmran olacaqlar. Bu gün heç kimə sirr deyil ki, yəhudilərin düşməni müsəlmanlar və ərəblər yox, sionistlərin təhlükəli planlarıdır. Müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləridirlər. Sionistlər buraya yaddırlar. Son onilliklər ərzində sionist rejim fələstinlilərə qarşı cinayətlər törədib. Bütün cinayətləri və qətllərinə rəğmən sionistləri ABŞ hər zaman özünün BMT Təhlükəsizlik Şurasındakı veto hüququ sayəsində dəstəkləyib və onlara dağıdıcı silahlar vermək səylərindən əl çəkməyiblər. Təəssüf ki, ABŞ uzun illər ərzində danışıqlarda arbitr olub. ABŞ heç vaxt ədalətli vasitəçi olmayıb və olmayacaq. Amerika administrasiyasının son addımı insanlara bunu aydın etdi”.

O, həmçinin, çıxışı zamanı ABŞ-a qarşı mümkün addımları da səsləndirib. Onun təklifləri 7 bənddən ibarət olub:

1. Bu sammitdə ABŞ administrasiyasının Qüdsün sionist rejimin paytaxtı olaraq tanıması və öz səfirliyini Qüdsə köçürmə qərarı kəskin qınanılmalıdır;

2. Hazırkı şəraitdə islam aləmi sionist rejiminə qarşı birləşməlidir. Əgər biz öz aramızda müxtəlif məsələlərdə fərqliliklərdən əziyyət çəkiriksə, Qüds və Fələstin məsələsində bütün ayrılıqlardan qaçmalıyıq. İslam aləminin bütün problemləri dialoq vasitəsilə həll edilməlidir. Yalnız islam birliyi sayəsində biz Qüdsü və islam ümmətinin haqlarını müdafiə edə bilərik;

3. ABŞ administrasiyası anlamalıdır ki, islam aləmi Fələstinin və Qüdsün taleyinə laqeyd qalmayacaq, beynəlxalq normalara məhəl qoyulmamasının isə siyasi nəticələri olacaq;

4. Müsəlman dövlətləri tərəfdaşları ilə danışıqlarda ABŞ-ın bu qərarı ilə bağlı etirazlarını mütləq razılaşdırmalı və bu qərara qarşı müqavimət göstərəcəklərini qeyd etməlidirlər;

5. Fələstin məsələsi yeni islam dünyasının gündəminə daşınmalıdır. İŞİD-in İraqSuriyada məğlubiyyətindən sonra biz digər terror təşkilatları ilə mübarizəmizi davam etdirməklə bərabər, sionist rejimin təhlükəsi, onun nüvə başlıqlarına sahib olub, dünya üçün təhdid təşkil etdiyini unutmamalıyıq;

6. BMT xüsusilə, Təhlükəsizlik Şurası və Baş Assambleya belə şəraitdə aparıcı rol oynayıb, ABŞ-ın bir müddət öncəki qərarı ilə razılaşmadığını bildirməlidir. Müsəlman dövlətlərinin BMT-dəki missiyaları bu müzakirələrdə aktiv iştirak etməlidirlər;

7. Sionist rejimin addımları daimi olaraq nəzarətdə saxlanılmalı və İslam Əməkdaşlıq Təşkilatı nazir və dövlət başçıları səviyyəsində qərarların qəbul üçün ehtiyac olacağı təqdirdə iclas keçirməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar