Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhani Cənubi Qafqazın geopolitikasını dəyişdirir?



Stanislav Tarasov

REGNUM İA, 26.12.2016


İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri təkcə iki ölkənin çoxyönlü, ikitərəfli əməkdaşlığını genişləndirən sənədlərin imzalanması ilə deyil, həm də bölgədə geopolitik təməlin düzənlənməsi baxımından da zəngin olub. Bu da hadisələrin sonrakı inkişafına bir çox baxımdan təsir etmək iqtidarındadır. Əlbəttə, Azərbaycan və Türkiyə tərəfdən blokadada olan Ermənistan üçün Qara dəniz hövzəsini Fars körfəzi ilə birləşdirən dəhlizin qurulması perspektivi iqtisadi inkişaf və yatırımlar cəlbi üçün ciddi təkan verəcək. İran üçün isə Ermənistan və Gürcüstan ərazisindən Qara dənizə və Avropaya çıxış əlamətdar hadisədir. Lakin bunu Azərbaycan ərazisindən də etmək olardı. Söhbət təkcə iqtisadiyyatdan getmir, amma bu da var, çünki İran Ermənistanla birgə müxtəlif layihələr həyata keçirməklə ticarət dövriyyəsinin həcmini artırmaq niyyəti sərgiləyib Avrasiya İqtisadi Birliyi ölkələrinə və KTMT üzvlərinə birbaşa çıxır. Lakin fikrimizcə, başlıcası başqa məsələdir.

İran prezidenti İrəvanda mühüm sözlər deyib: “Biz Ermənistan Respublikasını özümüzə dost ölkə sayırıq və ikitərəfli münasibətlərimizi daha hərarətli etmək və inkişaf etdirmək istəyirik. Biz – hər iki ölkə eyni mədəniyyət və sivilizasiyaya mənsubuq. İki ölkənin münasibətləri həmişə isti və dostcasına olub”.

İranErmənistanın eyni mədəniyyət və sivilizasiyaya mənsub olması tezisi özəl məna kəsb edir. İran tarixçilərində şübhə yoxdur ki, fars və ermənilər min illərlə olmasa da, yüz illər boyu yanaşı yaşayıb və əksər hallarda qarşılıqlı anlaşma və əməkdaşlığa rasional yanaşma tapıblar. Bəli, olub ki, Fars imperiyasında erməniləri başqa rayonlara köçürüb və kölə ediblər, lakin Osmanlı imperiyasındakı kimi qırğınlar (mətndə bu cürdür-tərc.) olmayıb. Həm də XIX əsrin başlanğıcına qədər indiki Ermənistan ərazisi də Azərbaycan kimi İran imperiyasının tərkibinə daxil idi.

Rusiyaya gəlincə, XIX əsrin başlanğıcında iki İran-Rusiya müharibəsindən sonra Qafqaz xanlıqları Azərbaycan və yaxud Ermənistanın deyil, məhz İran imperiyasının keçmiş əraziləri kimi Rusiyaya birləşdirilib (mətndə bu cürdür-tərc.). Lakin 1991-ci ildə müstəqillik əldə edildikdən sonra Bakıda dövlət doktrinası səviyyəsində versiya qəbul edilib ki, “ermənilər avtoxton (yerli xalq-tərc.) deyil, alloxtondur (gəlmə xalqdır-tərc.), yəni bu bölgəyə gəlmə etnosdur”.

Müasir dövrə qayıdıb daha bir mühüm məqamı qeyd etmək lazım gəlir: Tehran islam həmrəyliyi əsasında Bakı ilə qarşılıqlı fəaliyyətdən imtina edib və Ermənistanın blokadasına qoşulmayıb. Bununla bağlı Tehranın nüvə məsələsi üzrə “altılıq”la sazişdən sonra Cənubi Qafqazda siyasətini fəallaşdırıb Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə və ümumən Azərbaycan-Qərb alyanslarına qarşı tarazlıq yaratmağa başladığı haqda ideya yayılıb. Lakin Türkiyə mötərizədən kənara çıxarılsa, Ermənistan da Qərb tərəfdaşalrı ilə qarşılıqlı fəaliyyətdədir və İsraillə münasibətlərində ədavət üçün çıxış nöqtələri yoxdur. Erməni ekspertləri İrəvan və Təl-Əvivin “dostluq” edə biləcyi fikrində yekdildir, burada başlıca maneə Ermənistan-İran deyil, Ermənistan-Türkiyə və hətta Ermənistan-Azərbaycan münasibətləridir.

Tehran bilir ki, Ermənistan heç vaxt Qərbin ona qarşı təcavüzkar fəaliyyətində platsdarm olmayacaq, halbuki Azərbaycanla münasibətlərində təşviş və şübhələr saxlanır. Özü də bölgədə “üçbucaqlar”ın maraqlı kombinasiyası biçimlənir. Hələ bu yaxınlarda Rusiyanın bəzi, Azərbaycanın isə, demək olar, bütün ekspertəri Azərbaycan, Rusiyaİran rəhbərlərinin, əsasən, “Şimal-Cənub” nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi məsələsinin nəzərdən keçirildiyi Bakı sammitindən sonra şövqlə yazırdılar ki, “Ermənistanı çox önəmli iki strateji müttəfiqdən – Rusiyaİrandan məhrum edən” Rusiya-Azərbaycan-İran üçbucağı yaradılıb.

Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından sonra Moskva-Bakı-Ankara “qarşılıqlı fəlaiyyət” zəncirindən də yazmağa başladılar. Lakin Suriya istiqaməti başqa bir tərtibi müəyyən etdi: Moskva-Ankara-Tehran. Prezident Ruhaninin səfərindən sonra isə Tehran-İrəvan-Moskva alyansı yaranır.

Əsas nəticə: Cənubi Qafqazda Rusiyadan sonra daha bir baş oyunçu qismində artıq Türkiyə deyil, İran çıxış edir, Azərbaycanın Rusiyaİran üçün dəyəri isə Ermənistanınkı ilə, demək olar, bərabərləşir.

Hətta Moskva və Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə münasibətdə eyni dərəcədə sonraya saxlamaq mövqeyi tutursa, Ankara Bakını bütünlüklə dəstəkləyir. Rusiyaİran geopolitik yüksəlişdə, Türkiyə isə tənəzzüldədir. Moskvaİran “yaxın xaric”də, Ankara tarixi özgə meydanda oyun aparır. Bölgədəki qüvvələrin indiki ziddiyyətli tarazlığı bu cürdür: şiə İran xristian Ermənistanla, az qala, strateji səviyyədə münasibətlər qurur, halbuki Azərbaycan sünni Türkiyə ilə strateji alyans qurub. Eyni zamanda Bakı şimal və cənub istiqamətlərini nəzərdə tutan “Böyük Azərbaycan” yaradılması layihəsini səsləndirib. Deməli, Tehran potensialca indiki Azərbaycanla konfederativ dövlət yaratmaq layihəsinə çıxa bilər. Amma Ankara isə Bakı ilə münasibətlərdə bu cür perspektivdən məhrumdur. Moskva isə qismən taktiki təsəvvürlər üzündən İran və Türkiyə ilə fəal əməkdaşlıq edir və Ermənistanla hərbi-siyasi və iqtisadi ittifaqdadır.

Yekunda “3+1” (Cənubi Qafqaz+Rusiya) formulası üzrə Rusiyanın keçmiş təşəbbüsü əsasında bölgəsəl təhlükəsizlik sisteminin gerçəkləşıməsi üzrə perspektivlər açılır.

(Tərcümə Strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar