Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb


Xatırladaq ki, bu dövlət qurumunun yaradılmasına qədər maliyyə monitorinqinin həyata keçirilməsi üzrə funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirirdi.

 Bu Palatanın başçısı Rüfət Aslanlı son vaxtlar KİV və ekspertlər tərəfindən kəskin tənqidə məruz qalırdı, çünki kölgə iqtisadiyyatı adlandırılan əsas şərlə mübarizədə gücsüz olduğu göz önündə idi. Böyük hesabla, yeni dövlət qurumu həm də ölkədən kapital axınının və pul yuyulmasının qarşısını alacaq.

Beləliklə, belə qənaətə gəlmək olar ki, Rüfət Aslanlı öz birbaşa vəzifəsinin öhdəsindən gələ bilməyib və bu da sonda yeni dövlət qurumunun yaradılması ilə nəticələnib.

Yeri gəlmişkən, Prezidentin yuxarıda haqqında danışdığımız fərmanında bildirilir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Fərmanla həmçinin Nazirlər KabinetiƏmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək həvalə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar