Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rubl sərhəddə “tıxac“ yaratdı (VİDEO)


Rublun dəyərdən düşməsi Rusiyaya alış-verişə gedənlərin sayını artırıb.


Ans Tv-nin məlumatına görə, ölkədə Rus rublunun dəyərinin aşağı düşməsilə əlaqədar Qusarın Rusiya- Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsindən Rusiyaya getmək istəyən sərnişinlərin sayı artıb və sıxlıq müşahidə olunur. Hazırda keçid məntəqəsinin girişində minik avtomobillərinin növbəsi müşahidə olunur.

Rus rublunun kəskin ucuzlaşması bu ölkədə sərfəli alış-veriş imkanı yaratdığından azərbaycanlılar ticarət etmək məqsədilə Rusiyaya üz tutur. Sərhədi keçən vətəndaşlar arasında apardığımız sorğu zamanı onlar Dağıstana əsasən ərzaq məhsulları gətirmək üçün getdiklərini bildirdi. 

Rusiyaya gedən Abbasəli Rzaxanov deyir ki, Rus rublunun düşməyi ilə əlaqədar insanlar özləri üçün ərzaq almağa gedirlər. 

Samur keçid məntəqəsində də son günlər burada sıxlıq yarandığını təsdiqlədilər. Məntəqədən həmçinin avtomobil və sərnişinlərin qonşu ölkəyə normal qaydada buraxıldığını dedilər. NK- nin 14 oktyabr 2013 cü il tarixli qərarına görə, isə ölkəyə idxal üçün hər vətəndaşa 10 kq qarışıq ərzaq məhsulları gətirməyə icazə verilir. 





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar