Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranski haqda film çəkiləcək


Tanınmış aktyor və rejissor, "Dolu" filmindəki "Drakon" obrazı ilə yaddaşlarda iz qoymuş Rza Rzayev Rövşən Lənkəranski haqda çəkməyə hazırlaşdığı film barədə danışıb


PİA.AZ moderator.az-a istinadən bildirir ki, rejissorun dediyinə görə, filmin əsas məqsədi Rövşənin timsalında bir Azərbaycan kimliyini tanıtmaqdır.

"Əgər biz filmdə Azərbaycanın hər hansı bir Milli Qəhrəmanının təsvir ediriksə onun timsalında bütün Milli Qəhrəmanlarımızı  ifadə edirik. İzləyənlər də bilir ki, mənim kinolarımda rejissorun adı yerinə "Bir Azərbaycanlı filmi" yazılır. Bu o deməkdir ki, bu bir azərbaycanlı düşüncəsidir,  baxışıdır. Bu o deməkdir ki, filmin tək dialoqları deyil, kamera hərəkətlərindən  tutmuş montaj təfəkkürünə qədər Azərbaycana məxsusdur. Filmin səsini aldıqda izləyici bilməlidir ki, Azərbaycan filminə baxır", - o deyib.

R.Rzayev qeyd edib ki, film iki bölümdən ibarət olacaq - birinci bölüm Sovet dönəmində kriminal aləmdə baş verən hadisələri, ikinci bölümdə isə ölkəmiz müstəqillik əldə etdikdən sonrakı dövr əhatə olunacaq.

"Bu filmdə də biz onun bütün həyatını əvvəldən axıra kimi lentə almayacağıq. Bu heç mümkün də deyil. Bunun baş verməsi üçün biz gərək serial çəkək. Filmdə onun həyatından bir hissəni verməklə o insanın xarakterini, ifadə edəcəyik və o aləmə necə gəldiyini göstərəcəyik. Bildiyiniz kimi, qanuni oğru anlayışı keçmiş Sovetlər Birliyində olub. Dünyada bir mafiya anlayışı var , bir də qanuni oğru aləmi ki, bunlar da tamamilə ilə bir birindən fərqli anlayışlardır. Quruluş dəyişdiyi kimi, bu aləmdə də sifətlər dəyişilib. Sifətlər dəyişdiyi üçün dünya baxışları da dəyişib, onların qanunlarında da, hansısa dəyişikliklər baş verib. Bilirik ki, Rövşən Lənkəranskidən öncə bu aləmdə Azərbaycanın tanınmış simaları olub. Ancaq onların heç biri Rövşən qədər əks -səda salmayıb. Yəni  rejissor kimi, bir azərbaycanlının o aləmdəki düşüncəsi, həyat tərzi, o aləmə necə gəlişi maraqlıdır", - deyə o əlavə edib.

Kriminal avtoritetin həyatından danışan rejissor xatırladıb ki, Rövşən elə məhkəmə zalındaca öz atasının qatillərini qətlə yetirib:

"Bu bir azərbaycanlının ataya verdiyi dəyərdir. Biz digər qanuni oğruların həyatını araşdırsaq görərik ki, Rövşənin həyatı onlardan fərqli olub, yəni o bu dünyanı  fərqli yaşayıb. Onun ölümü belə onun haqqında əfsanələr yaradıb. Bu gün də insanlar onun ölümünə inanmırlar. Belə nəticəyə gəlmək olar ki, Rövşən Lənkəranski ölməyib. Əgər bir insanı bu qədər sevilirsə, ona bu qədər rəğbət bəslənirsə niyə də onun haqqında film çəkilməməlidir?! İnsanlar bəzən mənə irad bildirirlər ki, niyə bu haqda film çəkirsən? Mən onun haqqında film çəkməsəm də, biz bu aləmin varlığın inkar edə bilmərik. Kim deyə bilər ki, "Xaç atası" filmindən sonra Amerikada, İtaliyada cinayətlərin sayı artdı? Əksinə mən deyərdim ki, bəlkə də cinayətkarlığın sayı azaldı. Gənclər bu filmdə mafiyanın üzünü gördü və başa düşdülər ki, cinayət törətmək hər insan üçün deyil. Hər insan xarakter cəhətdən buna uyğun deyil. Sizə bir söz deyim ki, bu aləmdə, bu yolda olan insanlar özləri bilərəkdən gəlib bu aləmə düşməyiblər. Bu onların taleyidir. Onlar hamısı təsadüf nəticəsində bu aləmə düşüblər".

Rejissor qeyd edib ki, filmin maliyyə tərəfi onun özünə aiddir:

"Bunun da öhdəsindən özümüz gələcəyik. Hətta bizə bunun üçün kimsə hər hansı məbləğ təklif etsə qəbul etməyəcəyik. Belə şeylər xarakterimə yaddır. Film çəkildikdən sonra bu haqda açıqlama verəcəm. Rejissoram, peşəm budur, hər kəsin gördüyü iş həm də onun çörək qazandığı yerdir, amma mənim üçün Azərbaycandan üstün heç nə yoxdur, heç nə Azərbaycanın dəyərin üstələyə bilməz. Çəkəcəyim filmlər ancaq buna xidmət edir"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar