rezonans

Xəbər xətti

23 İYUN

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

19:16 İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

19:10 Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

19:04 Yeni büdcə qaydaları müəyyənləşdirilir

18:59 Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

18:53 Prezident 9 milyon pul ayırdı

18:47 Yeltsinin kürəkəni Putinin müşaviri oldu

18:41 Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı

18:35 Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi

18:29 Ermənistan və Azərbaycan XİN başçıları görüşdü - Foto

18:23 Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

18:17 OPEC-in qərarı nefti kəskin bahalaşdırıb

18:11 Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib - Fotolar

18:05 Ərdoğan: “Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək”

18:00 “Təcili Almaniyaya həkimə getməliyəm” - Hacı Nuran

17:55 İranı sərhəddən tam uzaqlaşdırmaq mümkün olacaqmı?

17:48 Gürcüstan: iqtisadiyyat 5,3%, xarici ticarət 24,5% artıb

17:43 Səudiyyə Ərəbistanı suriyalıları Həcc ziyarətinə buraxmır

17:38 Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb

17:33 Bakıda 53 yaşlı kişi “Net” kimyəvi məhlulunu içərək intihar edib

17:28 Liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib

17:23 Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

17:16 “Boşananda 30 min dollarlıq içki içdim”

17:10 Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib

17:05 Putin Çeçenistanın sabiq hökumət başçısını özünə müşavir təyin edib

17:01 “Məişət zorakılığını törədən şəxslərin 95,7 faizi kişilərdir”

16:56 Əcnəbilərə tətbiq edilən qadağalardan biri ləğv olunur

16:50 Rusiya azərbaycanlıları Diaspora komitəsinin işindən razıdırlarmı?

16:43 Böyük fəlakət: Ümumdünya iqtisadi böhranı doğuracaq üç qara bulud

16:36 Vergi qanunvericiliyini pozanlar 46,6 mln. manat cərimələnib

16:30 Kənd Təsərrüfatı naziri Şəkidə vətəndaşlarla görüşüb

16:23 Bu universitetlər qəbul imtahanlarında ən yüksək nəticə göstərib - Siyahı

16:16 2019-cu ildə avtomobil açarları da rəqəmsal olacaq

16:11 Səfirin oğlu həbs edildi

16:06 Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

16:02 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

15:56 Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirildi

15:51 “Elçibəy - 80” müsabiqəsinin qalibləri bəlli oldu



SOSİAL

...

Rövşən Bağırov 3 kəndi susuz qoyur – Prezidentə müraciət

Tarix 10.06.18, 11:10

Font ölçüsü : - / +
bitmap-img6


“Bizə Kərbəla müsibəti yaşatmaq istəyirlər”


Lerik rayonun Şivlə, Biləvər və Geskön kəndləri yenidən ölkə başçısına müraciət ediblər.

Onlar prezidentə ünvanladıqları müraciətdə icra başçısı Rövşən Bağırovun zülmündən bezdiklərini deyirlər. Belə ki, məlum 17 milyonluq yol qalmaqalından sonra icra başçısı indi də kəndin ərazisindəki suyu qonşu kəndə aparmaq, bununla da adıçəkilən kəndləri susuz qoymaq istəyir.

Sakinlər Prezidentə və Birinci Vitse-prezidentə müraciətlərində xahiş ediblər ki, ya onları bu kəndlərdən köçürsünlər, ya da icra başçəsə bu zülmə son versinlər:

“Kəndimizin ərazisində Şüpək deyilən meşə massivində kiçik bir çeşmə axır. Yay aylarında demək olar ki, su tamamilə azalır. Güclə özümüzü təmin edirik. Dəfələrlə Şingədulan kənd sakinləri bu suyu aparmaq istəyiblər. Amma 90-ci illərdən bəri bir neçə icra başçısı o çeşməyə baş çəkib, suyun aparılmasının mümkün olmadığını deyiblər. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o vaxt rəy verib ki, bu çeşmədən su götürüləcəksə, 15 hektar meşə zolağı və 6 hektar yeni salnmış meşə massivi (əsasən qoz ağacları) məhv ola bilər. Həmin çeşmənin sahilində yeni meşə zolağının da salnması nəzərdə tutulub. Suyun mənbədən götürülməsi isə qadağan edilib. 

Amma icra başçısı deyir ki, zorla da olsa, bu suyu aparacağam. Baxmayaraq ki, Şingədulan kəndi ərazisində bir neçə bulaq və həmin Şüpəklə eyni istiqamətdə “Alaşa” çayında bir çeşmə axır. Amma həmin sualara toxunmayıb məhz bizim suyu aparmaq istəyirlər. Niyə oradan su götürmürlər? Bizim ərazidəki su aparılacaqsa, böyük bir meşə zolağı, üç kəndin sakinləri, təsərrüfat sahələri, mal-qara məhv olacaq. Bu isə icra başçısını qətiyyən narahat etmir. Bu suyun aparılması bir tərəfi diriltməkdirsə, digər tərəfi öldürməkdir. Bunun başqa adı yoxdur”.

Sakinlər müraciətlərində qeyd edirlər ki, icra başçısı onları “qara siyahı”ya salıb: 

“Cənab Prezident!

Siz Noda-Şingədulan-Xanagah yolunun çəkilməsi üçün ümumilikdə 17 milyon manat vəsait ayırdınız. Yol keyfiyyətli çəkilmədi və rəsmi açılışı olmadan dağıldı. Biz sizə müraciət etdik. Bundan sonra icra başçısı bizə təzyiqləri artırdı. O və müavinləri müntəzəm bizi hədələməyə başladılar. Sizin adınızdan istifadə edib deyirlər ki, Prezident pul ayırıb, biz bu kəndə su aparacağıq. Biz o kəndə su aparılmasının əleyhinə deyilik, amma kəndin öz ərazisində xeyli su hövzəsi var. Hətta “Alaşa” çayı da oraya daha yaxındır. Görünən odur ki, Rövşən Bağırov bizimlə qərəzli davranır. 1500-dən çox sakini olan bu kəndləri məqsədli şəkildə susuz qoymaq istəyir. Hətta rayona gedib icra başçsı ilə görüşüb ondan xahiş də etdik. Dedi ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovla da danışıb, razılaşıblar. Biz Qorxmaz Hüseynova da müraciət etdik, Ekologiya Nazirliyinə də yazdıq. Rövşən Bağırov bu kəndləri köçmə təhlükəsi ilə üz-üzə qoyub. Hətta başçının müavini Habil Məlikov bizə dedi ki, siz yoldan yazandan sonra icra başçısı sizi “qara siyahı”ya salıb, acığa sizin suyunuzu aparacaq. Başçı özü də görüşdə bizə dedi ki, “siz mənim qara siyahımdasınız”. Yaxşı, bəs biz hara köçək? Sizə müraciət etdik ki, bizi Yardımlı rayonuna birləşdirin, bu da olmazsa, köçürün. Əks halda özümüz qaçqın düşəcəyik”.

Cənab Prezident!

Biz bu gün rəsmi qaydada yenə Sizə müraciət etdik. Mətbuat vasitəsilə də müraciətimizi işıqlandırmaq istəyirik. Bizi qəbul edib dinləməyinizi xahiş edirik. Düzdür, İcra Hakimiyyətində bizə deyirlər ki, sizin məktublarınız Prezidentə çatmayacaq. Məktubların qarşısını Prezident Adminstrasiyasında da olsa, kəsərik. Amma biz ümid edirik ki, siz bizi dinləyəcəksiniz. 

Bu gün icra başçısı kəndə polis göndərib bizi hədələmək istədi. O bilir ki, Sizə müraciətimiz nəticəsiz qalmayacaq. Hətta müavini dedi ki, “hara istəyirsiniz yazın, şikayət edin, icra başçısına kimsə bir söz deməz”. Bəs o zaman biz nə edək, hara müraciət edək? Bizdə olan məlumata görə, icra başçısı Şingədulanda salınan istirahət mərkəzində Rusiyada çalışan və həmin kənddən olan iş adamları ilə ortaqdır. Suyu da məhz o məqsədlə aparır. Hətta Şingədulan sakinləri deyirlər ki, bizim “haqqımız” icra başçısına çatıb, ona görə də suyu zorla olsa da, apararıq. Biz bilmək istəyirik ki, bu nə “haqq”dır? Sizin avqust ayında Lerik rayonuna səfəriniz gözlənilir. İcra başçısı dağılmış yolu yamamaqla məşğuldur ki, o eybəcərlikləri və korruspiya faktını görməyəsiniz. Amma təbii ki, bunu gizlətmək mümkün deyil. Hər şey ortadadır. Bizi narahat edən odur ki, vətəndaş öz dərdi, problemi ilə bağlı Prezidentə müraciət edəndə icra başçısı ondan qisas almalıdır? Necə 3 kəndi təhlükə ilə üz-üzə qoymaq olar?”, – deyə sakinlər bildiriblər.

Sözügedən kəndlərin sakinləri bildiriblər ki, yaxın zamanda kütləvi şəkildə ölkə başçısının qəbuluna gələcəklər: “Biz ümid edirik ki, Siz bu ədalətsiz qərarı durduracaqsınız və bizə Kərbəla müsibəti yaşatmaq istəyən məmurlara, məmur özbaşınalığına, korrupsiya faktlarına son verəcəksiniz. Bunun üçün səlahiyyəti nümayəndələrinizi əraziyə baş çəkməyə göndərə bilərsiniz. Əminik ki, onlar da durumu obyektiv qiymətləndirib sizə düzgün məlumat verəcəklər. Biz sizə güvənirik”.

Yazıdakı fikirlər sakinlərin ölkə başçısına rəsmi ünvanladıqları müraciətin surətindən götürülüb. (aztoday.az)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SOSİAL

design-img

Vernisaj

Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru