Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Ağayev: “Büdcə kəsiri rekord həddədir”

“2017-ci il son 15 ildə ən yüksək büdcə defisitinin qeydə alındığı maliyyə ili olub”


Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq edilmiş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub.

 Rəqəmlərlə ifadədə 16 447 və 17 588 mln. manat təşkil edib.

 “Report” yazır ki, bunu maliyyə naziri Samir Şərifov yanvarın 11-də keçirdiyi müşavirədə deyib.

“Büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 mln. manat az vəsait daxil olmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz (359 mln. manat) çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdiyi məxaric sifarişləri dövlət büdcəsinin təsdiqlənmiş xərcləri çərçivəsində tam icra olunub”, – nazir bildirib.

S.Şərifov dövlət büdcəsinin kəsirinin təsdiqlənmiş yuxarı həddən 34 mln. manat az olduğunu da deyib: “İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiqlənmiş icmal büdcənin kəsiri 7,6 mlrd. manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən, həmin kəsir ÜDM-in 1,5 faizədək daralaraq 1 mlrd. manat təşkil edib”.

İqtisadçı Rövşən Ağayev isə meydan.tv-yə açıqlamasında deyib ki, yeni büdcə kəsiri rekordu köhnəni 3 dəfə üstələyib. İqtisadçının sözlərinə görə, büdcənin gəlirləri təsdiq olunandan 319 mln. manat, xərcləri 353 mln. manat, defisiti 34 mln. az icra olunub: “Əsas diqqətçəkən rəqəm budur ki, 2017-ci il son 15 ildə ən yüksək büdcə defisitinin qeydə alındığı maliyyə ili olub. Büdcə kəsirinin məbləği 1.141 mlrd. manat olub”.

İqtisadçı bildirir ki, bundan əvvəl büdcə kəsirinin ən yüksək məbləği 2010-cu ildə qeydə alınıb: “363 mln. manat. Sonrakı isə 2014-cü ildə olmuşdu – 308 mln.manat. Bu da, o deməkdir ki, ötənilki büdcə kəsiri rekord həddədir. Köhnəni 3 dəfə üstələyib”.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar