Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev cəbhə bölgəsində - Video


SOCAR prezidenti Füzulidə iki qəsəbəyə mavi yanacaq verilməsi mərasimində iştirak edib


PİA.AZ xəbər verir ki, Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində bu gün rayonun Qayıdış-10 və Qayıdış-11qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.

Bu münasibətlə keçirilən mərasimlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev sakinləri qəsəbələrinə təbii qazın verilməsi münasibətilə təbrik edib, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən tədbirdən danışıb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Mərasimdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişaf, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, 205 abonenti olan Qayıdış-10 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qayıdış-11 qəsəbəsində birpilləli sistem əsasında 6 min 544 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 202 mənzil sayğac və fərdi tənzimləyici ilə təmin olunub.

Rayonun Qayıdış-4, 5, 6, 7, 8, 9 qəsəbələrində küçə xətləri çəkilib, hazırda sayğaclaşdırma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində isə qaz xətlərinin çəkilişi davam etdirilir. Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulur.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar