Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ronaldonu bu 3 futbolçu əvəzləyə bilər


Ronaldonun "Yuventus" klubuna gözlənilən keçidi Real Madrid rəhbərliyini bu sual ətrafında düşünməyə vadar edir: portuqaliyalı ulduzu kim əvəzləyəcək?


PİA.AZ goal.az xəbər verir ki, artıq klubda potensial namizədlərin siyahısı hazırlanıb.

Birinci sırada PSJ-nin hücumçusu Neymar yer alır. Onun komanda yoldaşı Kilian Mbappe siyahıda ikincidir.

Maraqlıdır ki, hər iki hücumçu ilə bağlanan müqavilədə, onların klubdan vaxtından əvvəl ayrılacaqları təqdirdə nə qədər təzminat ödəyəcəkləri nəzərdə tutulmayıb.

Şübhəsiz ki, əgər PSJ Neymarın və Mbappenin satışını məqsədəuyğun saymasa, transfer baş tutmaya bilər.

"Real"ın siyahısında "Çelsi"nin belçikalı futbolçusu Eden Hazard da yer alıb. Həm Hazard, həm də onun yaxınları açıq şəkildə bildiriblər ki, "kral klubu"ndan gələn təklifi geri çevirməyəcəklər.

pia.az
Etiket:
loading...