Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqlayıb

“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Şəhərə və kluba hədsiz dərəcədə minnətdaram”


Apasport.az saytının məlumatına görə, bu sözlər Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldoya məxsusdu.
 
Bu gün “Real”dan “Yuventus”a keçən ulduz oyunçunun vida məktubu sabiq klubunun saytında yerləşdirilib: “Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm”.
 
Klubda və ətrafındakılara təşəkkür edən Ronaldo “Real”da keçirdiyi dövrü dəyərləndirib: “Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin  ürəyimi fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar