Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Roma məhkəməsindən TAP layihəsi ilə bağlı qərar


Roma İnzibati Məhkəməsi TAP layihəsinin inşasının dayandırmasına dair apellyasiya müraciətini rədd edib


Məhkəmə İtaliya hökumətinin zeytun ağacların köçürülməsinə dair qərarına qarşı Puqlia bölgəsinin irəli sürdüyü apellyasiyanın təmin olunmaması barədə qərar çıxarıb.

Qeyd edək ki, Latsio bölgə məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apuliya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Məhkəmənin qərarı TAP-ın Melendunyo şəhəri ərazisində tikintisinin dayandırılmasına səbəb olmuşdu.

Əlavə edək ki, cari ilin mart ayından etibarən zeytun ağaclarının köçürülməsinə başlayan TAP konsorsiumu təxribatlarla üzləşməkdədir. 

“5 ulduz” hərəkatı tərəfindən təsis olunan “No TAP” komitəsi ağacların köçürülməsinə qarşı çıxır. Martın 29-da baş tutan etiraz aksiyasında etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC - 20%, BP - 20%, “Snam” - 20%, “Fluxys” - 19%, “Enagás” - 16%, “Axpo” - 5%. (apa)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar