Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robotlar insanları hansı peşələrdə əvəz edəcək?

Yaxın 10-15- ildə yeni yaranacaq ilginc peşələr


Elektrik alətləri daha  çox iş yükünü insanlardan aldığı üçün inkişaf edən texnologiya özü ilə bərabər insanlar üçün yeni və maraqlı iş sahələri gətirir. Bu alətlər günbəgün funksionallıqlarını artıraraq, insanların üzərindən daha artıq iş yükünü alır.

Modern industriya cəmiyyəti daha gəlirli inkişaf təcrübəsi üçün heç yorulmayan yeni işçilər əldə edərkən insanların etməli olduğu işləri də texnologiyanın inkişafına paralel olaraq mərtəbəli şəkildə elektron alətlərə verir.

Mərkəzi Amerikada fəaliyyət göstərən  “Cognizanta” firmasına  görə qarşımızdakı 10-15 il içərisində ölkədəki işlərin yüzdə 12 faizini robotlar həyata keçirəcək. Bəs işini robotlara “qapdıran” insanlar hansı işləri görəcək?

Doğrudur, robotlar işlərimizi əlimizdən alacaqlar. Amma onları yaradan texnologiya onlarla yeni iş sahəsini də özü ilə bərabər yaradacaq. “Cognizanta” görə, yaxın gələcəkdə insanların öz öhdəsinə götürəcəyi bir çox maraqlı iş sahəsi ortaya çıxacaq. Sənəddə yer alan məlumatlara görə, yeni yaranacaq peşələrdən bəzilərinin həyata keçməsi üçün xəyal gücü lazım olduğu halda, bəziləri üçün günümüz reallığından bir qədər irəliyə getmək yetərli olacaq.

Ağıllı robotlar dönəmindən sonra insanların öz üzərinə götürəcəyi başlıca yeni iş sahələri isə aşağıdakılardır:

Məlumat detektivi - Bu peşə internetlə bağlı nəsnələrdən gələn məlumatları analiz edərək, işlər və təşkilatlanmalar üçün proqnozlar verəcək. Məlumat detektivi günümüzə çox da uzaq deyil. Firmalar hal-hazırda milyonlarca dollar xərcləyərək, böyük informasiyaların potensialından faydalanmağa çalışırlar. Hazırda bu informasiyalar digital asistanlar vasitəsilə birbaşa insanların xidmətinə belə təqdim edilir.

Müşayiətçi - Gələcəkdə ortaya çıxacağı düşünülən bu iş biotexnologiya sayəsində çox uzun yaşayan insanların həyat keyfiyyətini artırmağı hədəfləyir. Orta yaş həddinin artması ilə, yaşlı insanların sayının da artması gözlənilir. Günlük müşayiətçilər texnologiya ilə çox da arası olmayacaq bu insanları gəzintiyə çıxaracaq və onlarla istədikləri mövzularda söhbətlər edəcək.

Kiber şəhər analizçisi - Kiber şəhərlərdə insanların hərəkətini təmin etmək üçün bu sahəni də bilmək lazım gələcək. Gələcəyin şəhərləri sahib olduqları milyonlarla sensorla yaşayan digital orqanizmlərə çevriləcəklər. Şəhərlərin enerji və nəqliyyat kimi olmazsa olmaz kommunal servisləri gələcəkdə sensorlar vasitəsilə çalışacaq. Gələcəyin şəhərləri, ayrıca vətəndaşların bioloji məlumatlarını, vətəndaşlıq məlumatlarını da toplayacaq. Əgər bir sensor lazımi səviyyədə işləməsə, şəhər analistinin onu təmir etməsi lazım gələcək.

Artırılmış gərçəklik macəraları ustası - Şekspirin 16-cı əsrdə etdiyinə bənzər bir işi öz üzərinə götürəcək bu ustalar 21-ci yüz ilin təcrübə iqtisadiyyatının qabaqcıllarından olacaqlar. Yeni nəsil əyləncə təcrübələri yaradacaq olan bu insanlar müştərilərin artırılmış gerçəklik ortamlarında təcrübədən keçirəcəkləri macəraların yazılışı, hazırlanması və həyata keçirilməsi üzərində mütəxəssisləşəcək.

Gümrahlıq danışmanı  - Şişmanlıq və qeyri-sağlam yaşayış tərzi modern insan cəmiyyətini təhdid edən sağlamlıq problemlərindən biridir. Fitbit və ona bənzəyən ağıllı qolbaqlar istifadəçilərin gümrahlıq durumunu müəyyənləşdirə bilsələr də, onları daha sağlam yaşamağa məcbur edə bilmirlər.

Gələcəyin gümrahlıq danışmanları bu cihazlardan toplanan məlumatlar əsasında müştərilərinin gümrah qalmaq üçün çabalamağa davam etməsini təmin edəcək və onları motivasiya edəcək.

Sağlamlıq texnoloqu - Bu pozisiyanın həqiqi bir işə çevrildiyi dünyada tibbi xidmətlər süni zəkanın yardımı ilə bütün insanlığa çatdırıla bilir hala gəlmiş olacaq. Xəstələr bütün şikayətləri üçün həkimlərə getmək yerinə, süni zəka alqoritmlərini tətbiq edən texnoloqlar tərəfindən ziyarət olunacaq və problemlərinə diaqnoz qoyulacaq.

Şose tənzimləyici - Nəqliyyat üçün sürücüsüz maşınların, insansız hava nəqliyyatının istifadə olunacağı gələcəkdə şoselərin də idarəçiliyi insanların üzərində olacaq. Şose tənzimləyiciləri yolların və hava yollarının effektli bir şəkildə idarə olunmasını təmin edəcək professionallardan ibarət olacaq.

Digital dərzi - E-ticarətin sürətlə inkişafı ilə birlikdə insanlar artıq alış-veriş etmək üçün fiziki olaraq mağazalara getmək məcburiyyətində deyil. Amma hələ də bəzi geyimlərin satın alınmadan öncə geyinilməsi, baxılması lazımdır. Gələcəkdə müştərilərinin bədən və ölçü məlumatlarına sahib olacaq e-ticaret şirkətləri, insanlara onlara birbaşa uyğun gələcək geyim məhsulları sata biləcək.

Fərdi xatirə kuratoru - Peşənin adına baxıb, təəccüblənməyin. Həqiqətən də belə bir peşə var. İnsanlar artıq daha uzun yaşadıqları üçün şüur və digər beyin mərkəzli səhiyyə xidmətləri bu inkişafı bir qədər arxadan izləyir. Bir çox yaşlı insan ömürlərinin son hissəsində keçmişini yada salmaqda çətinlik keçirir. Şəxsi xatirə kuratorları, gerçəklik texnologiyasından istifadə edərək, bu insanları keçmiş xatirələrindən ibarət virtual dünyalara daxil ediləcək. Məsələn, 80 yaşındakı yaşlı bir fərdin artıq xatırlamadığı, amma kuratorun yaratdığı uşaqlıq evi xatirəsini həqiqi bir şəkildə yaşaya biləcək.

Güvən müdiri - Gələcəkdə şirkətlərin bugünkündən çox daha şəffaf olmaları lazım gələcək. Buna yalnızca müştəri tələbinə görə yox, əvvəlkindən daha diqqətli davranan investorları qapıdan içəri salmaq üçün ehtiyac duyacaqlar. Güvən müdiri investorların şirkətlə bağlı sual işarələrini aradan götürəcək və investisiya etdiklərini düşündükləri şirkətləri təhlil etmələrinə imkan yaradacaq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar