Məşhur braziliyalı keçmiş futbolçu Roberto Karlos dopinq ittihamı ilə üz-üzə qalıb
Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə Almaniyanın ARD kanalı çıxış edib.
Telekanalda yayımlanan bir sənədli filmdə Braziliya yığmasının oyunçularının qadağanedici maddələrdən istifadə etdiyi və məsələnin kökünün DÇ-2002-yə qədər uzandığı bildirilib.
Filmdə həmçinin oyunçulara yasaqlı maddələrin təsirini dağıdan və bu cür testlərdən yayınmanın yolunu öyrədən bir həkimdən bəhs edilir ki, Roberto Karlosun bu həkimin klinikasından çıxarkən çəkilən görüntülərindən bəhs edilib.
Hətta sözügedən həkimin WADA-nın siyahısında olan dərmanların satışını təşkil etdiyi və bunun futbolçu kimi görünən jurnalistlər tərəfindən çəkildiyi, çəkiliş zamanı həkimin müştərilərindən birinin də Roberto Karlos olduğunu etiraf etməsi filmdə yer alıb.
Məsələ ilə bağlı açıqlama verən futbolçu belə birhəkimi tanımadığını, hüquqlarını məhkəmədə arayacağını bildirib.
pia.az