Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Prosineçki: “İngilisləri öldürdük, Fransadan qisas alaq!”


"Bu oyunu izləmək xoş oldu. Xüsusən, ikinci hissəni və əlavə vaxtı. Biz ingilisləri öldürdük! Qoy, bütün Xorvatiya xoşbəxt və məmnun olsun"


PİA.AZ report.az-a istinadən bildirir ki,bunu Xorvatiya milli komandasının sabiq futbolçusu Robert Prosineçki Rusiyadakı dünya çempionatının yarımfinalında İngiltərə üzərində əlavə vaxtda əldə etdikləri 2:1 hesablı qələbə barədə danışarkən deyib. 

Hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Azərbaycan millisinin baş məşqçisi Xorvatiya yığmasını finalda Fransadan intiqam almağa çağırıb: "Biz indi birinci olmaq istəyirik. Gəlin, DÇ-1998-in yarımfinalındakı məğlubiyyətin qisasını alaq".

49 yaşlı mütəxəssisin fikrincə, hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək asan deyil. O, Xorvatiya yığmasının daha yaxşı formada və 120 dəqiqə mübarizə aparmağa hazır olması səbəbindən qələbə qazandığını bildirib.

Prosineçkinin sözlərinə görə, hazırkı nəsil Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcək: "Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır".

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, futbolçu kimi 1998-ci il dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yığması yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub. DÇ-2018-də iki komanda arasında final görüşü iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar