Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Riqa sammitində Azərbaycan heç bir sənəd imzalamayacaq


Elxan Şahinoğlu: “Ankara üzərinə düşəni edir, Türkiyənin Azərbaycanla hərbi təlimlərinin artması təsadüfi deyil”; Üzeyir Cəfərov: “Silahlı Qüvvələrimiz təmas xəttində ayıq-sayıqlığı bir an belə zəiflətməməlidirlər”


Zahid Oruc: “Azərbaycan Riqa sammitinin Qarabağda müharibəyə səbəb olacaq şərtlərinə heç vaxt getməyəcək”

Mayın 21-22-də Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin sammitinin Azərbaycan üçün hansı sonuc vəd etdiyi gündəmin suallarındandır. Məsələ burasındadır ki, Avropa Azərbaycanla assosiativ saziş olmasa belə, hansısa sənədin imzalanmasına cəhd göstərir. Lakin Rusiya Riqa sammitini özünə qarşı təhlükə sayaraq postsovet məkanından hansısa ölkənin saziş imzalamasına sürpriz hazırlığında olduğunu nümayiş etdirməkdədir. 

Düzdür, rəsmi Bakı hər hansı sənədə imza atmaqda maraqlı deyil və ən azı, Ukrayna nümunəsi təhlükənin real olduğunu göstərir. Baxmayaraq ki, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa Bakıda olarkən “mən istərdim ki, Riqa sammitindən sonra AzərbaycanAvropa Birliyi arasında strateji tərəfdaşlıq sazişi imzalansın” demişdi. 

Lakin müşahidəçilər hesab edir ki, Azərbaycanın Rusiyanın maraqlarına cavab verməyən hansısa bir addımına Moskvanın adekvat cavabı ola bilər. Xüsusilə də Qarabağ cəbhəsində vəziyyətin dəyişə biləcəyini daha real hesab edənlər var. Ancaq fərqli düşünənlər, AvropaRusiyanın Azərbaycan uğrunda rəqabəti şəraitində Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələnin yaranacağını proqnozlaşdıranlar da var. Üstəlik, Riqada AzərbaycanErmənistan prezidentlərinin görüşünün keçiriləcəyi xəbəri də yayılıb. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu deyir ki, Avropa İttifaqının Azərbaycana marağı artıb: “Bakının Tiflis, Kişinyov və Kiyevdən fərqli olaraq Avropa İttifaqı ilə assosiativ saziş imzalamamasına baxmayaraq, Brüssel Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verir. Misal üçün, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Martın keçən həftə verdiyi açıqlamada iki mesaj diqqətimi cəlb etdi. Onun birinci mesajı belə idi ki, Avropa İttifaqı Cənubi Qaz Dəhlizi layihəsinə ”Türk axını" layihəsindən daha çox maraq göstərir. İkinci mesaj isə belə idi: “Avropa İttifaqı Azərbaycanla strateji əməkdaşlığa dair Bakıdan təkliflər gözləyir”. Hər iki mesaj Azərbaycan üçün əhəmiyyətlidir. Birinci mesajı belə başa düşmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan qazını Rusiya qazına əvvəlki tək alternativ görür və Rusiyanın qaz inhisarından qurtulmaq üçün TAP və TANAP-ın “Türk axını” layihəsindən daha əvvəl tamamlanmasını istəyir".



E.Şahinoğlu bildirdi ki, bu, Brüsselin rəsmi Bakının siyasətinə verdiyi dəstəkdir: “TAP, TANAP və ”Türk axını" boru xətlərinin hamısı Türkiyədən keçəcək. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ancaq Ankara Azərbaycan qazının daha tez Avropa bazarına çatdırılması məqsədilə “Türk axını” layihəsini gecikdirə bilməz. Ona görə də bu məsələdə daha çox Brüssel fəal olmalı, TANAP boru xəttinin reallaşması ilə bağlı bütün prosesləri sürətləndirməlidir. Malena Martın ikinci mesajı isə daha çox rəsmi Bakını tələsdirmək məqsədi daşıyır. Qeyd etdiyimiz kimi, Bakı Brüssellə assosiativ saziş imzalamayacaq". 

Politoloq deyir ki, Bakı bunun əvəzinə Brüsselə strateji əməkdaşlıq sazişi təklif edir: “Bu saziş assosiativ sazişi əvəz etməlidir. Ancaq Martın sözlərindən belə çıxır ki, rəsmi Bakı bu saziş üzərində təkliflərini hələ Brüsselə təklif etməyib. Ləngimə Avropa İttifaqını narahat edir. Əgər Bakı Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsini, vizaların yumşaldılmasını və ortaq azad iqtisadi zonanın yaradılmasını istəyirsə, strateji sənəd üzərində çalışmaları sürətləndirməlidir. Bu, TANAP layihəsinin reallaşması ilə bağlı prosesi də sürətləndirə bilər ki, bunda Azərbaycan hakimiyyəti maraqlı olmalıdır. Bakı ilə Brüssel arasındakı dərin əməkdaşlıq imkanlarının hərəkətə gətirilməsi Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Doğrudur, prezident İlham Əliyev xarici siyasətdə balansa üstünlük verir. Ancaq dövlət başçısının belə bir yanaşması da var ki, Azərbaycana harda xeyri varsa, o istiqamətə üstünlük veriləcək. Xeyir Avropadadır. Azərbaycan öz qazını uyğun qiymətə Avropa dövlətlərinə satacaq, Azərbaycan öz ordusunu NATO standartlarına uyğun formalaşdırır və s”. 

Bəs Rusiya bizə nə təklif edir?

E.Şahinoğlu: “Rəsmi Bakı Kremlə işarə etdi ki, əgər Rusiya hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təsir etsə, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlüyünü müzakirə edə bilər. Lakin Moskva bu addımı atmadı. Kreml hamını şantaj edir. Hazırda Türkmənistanı da şantaj edir ki, Aşqabad öz qazını Azərbaycan və Türkiyə üzərindən Avropaya satmasın. Yəni belə çıxır ki, Rusiya öz qazını Avropaya sata bilər, başqaları isə sata bilməz və ya öz qazını Rusiya üzərindən üçüncü ölkələrə satmalıdır. Rusiyanın Avropadakı qaz inhisarına son qoyulur və bu prosesdə Azərbaycanın da iştirakı var. Kremlin nə istəyib-istəməməsindən asılı olmayaraq Azərbaycan həm öz neftini, həm də qazını Rusiyadan yan keçməklə dünya və Avropa bazarına çıxarır və çıxaracaq. Sadəcə, bu prosesdə Azərbaycanın Avropa Birliyinin və Türkiyənin əməli dəstəyinə ehtiyacı var ki, Azərbaycanı və Türkmənistanı Kremlin təzyiqlərindən və təhdidlərindən qorusunlar. Ankara üzərinə düşəni edir, Türkiyənin Azərbaycanla hərbi təlimlərinin artması təsadüfi deyil. Bu təlimlər Ermənistanla yanaşı Rusiyaya da mesajdır ki, Azərbaycana qarşı təxribat keçirməyi ağlının ucundan belə keçirməsin. Avropa Birliyi də Kremlə ciddi siqnallar göndərməlidir ki, Moskva TAP, TANAP layihələrinə və Türkmənistan qazının Avropaya satışına maneə yaratmasın. Rusiya Krımı işğal edə, Ukraynanın şərqini qopara bilər, ancaq Azərbaycan, Türkmənistan, Avropa Birliyi və Türkiyə ilə eyni zamanda savaşa bilməz. Bu, Rusiyaya bütün mənalarda baha başa gələr”.



Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Rusiyanın mayın 21-22-də Riqada keçiriləcək sammitlə bağlı narahatlığı çox böyükdür: “Bu da səbəbsiz deyil. Baxmayaraq ki, Avropa İttifaqının rəsmilərinin bəyan etdikləri məqsəd və məramlarından biri də bu quruma daxil olan ölkələrdə sabitliyin və sülhün möhkəmlənməsinə kömək etmək niyyətini təsdiqləmək məqsədi ilə keçirilən sammitdir. Bildiyim qədər, bu tədbir zamanı AzərbaycanErmənistan prezidentlərinin görüşü də keçiriləcək. Amma mən bu görüşdən hansısa konkret nəticə gözləmirəm. Dağlıq Qarabağ məsələsini dalana dirəyən Minsk prosesi və ATƏT-in Minsk Qrupu heç nəyi ədalətli və beynəlxalq hüquq və normalar çərçivəsində həll etmək iqtidarında deyil. Riqada da bir daha bu məsələ dartışılacaq və sonda nəticəsiz bir görüş kimi tarixdə qalacaq”. 

Ü.Cəfərov deyir ki, bu münaqişə Avropa Birliyinin iştirak etmədiyi nadir proseslərdəndir: “Əgər bu belədirsə, onda hansı nəticədən danışmaq olar? Əksinə, mən bu sammitdən sonra konkret olaraq Rusiya tərəfinin münaqişəni alovlandırmaq və təxribat hadisələrinin artmasında maraqlı olacağını daha çox düşünürəm. Yəni rəsmi Moskvanın öz vassalı olan Ermənistandan maksimum istifadə edərək bizə Riqaya getdiyimizə görə bəzi sürprizlər hazırlaya biləcəyini düşünürəm. Ona görə də Azərbaycan Silahlı Qüvvələri təmas xəttində ayıq-sayıqlığı bir an belə zəiflətməməlidirlər. Düşmən onsuz da təxribat xarakterli hərəkətlərindən əl çəkmir. İndi havadarları vasitəsilə yeni, daha genişmiqyaslı təxribata əl atacaqlarını da diqqətdən qaçırmaq olmaz”.



Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc isə bildirdi ki, Vilnüs zirvəsindən fərqli olaraq hazırkı sammit ətrafında ajiotaj və beynəlxalq gərginlik duyulmur: “Görünür, tərəflər dolayısı olaraq qarşılıqlı maraqlarını hara qədər uzlaşdıracaqları barədə arxa planda razılığa gəliblər. Yəni Rusiya Ukraynada Qərbin qarşısını kəsib və sovet məkanından Baltikyanı ölkələr kimi daha 6 dövlətin qoparılmasına razı olmayacağını qəti şəkildə bildirib. İndi Avropa Birliyi məlum xətti keçməyə və Riqa sammiti ilə planlarını irəlilətməyə hazırdımı? Əslində ”Şərq Tərəfdaşlığı" Proqramının böhran keçirməsi fərqli coğrafiyalar, resurslar və bir-birinə zidd olan xarici siyasət hədəflərinə malik olan ölkələrin vahid çətir altında biləşdirilməsidir. Ona görə ziddiyyətlər qaçılmazdır və Rusiya haqlı olaraq məlum kursu öz adı ilə çağırır: Qərb tərəfdaşlığı proqramı çərçivəsində assosiativ sazişə imza atmış iki dövlətin ötən illərdə həyatında köklü dəyişiklər yoxdur. Keçmiş sovet xalqları Qərbdən gözləntilərini ala bilməlidir. Bu, regionda mövqeyini bərpa etməyə çalışan dövlətlərin işinə yarayır". 

Z.Orucun fikrincə, son sammitdə Azərbaycanın gözləntiləri Avropa Birliyi ilə strateji tərədaşlıq formatında müəyyən anlaşmalara getməklə qurumun Qarabağ daxil, ölkəmizin ərazi bütövlüyünü birmənalı tanıyan siyasi qərarlarını almaq istiqamətində olacaq: “Xatırlayın, vaxtilə Kiprlə bağlı yunan və türk icmalarının arasında 30 il davam edən münaqişəni durdurmaq üçün böyük bir plan hazırlandı. 

Sonuclar təkcə bir tərəf üçün uğurlu olsa da, Birlik göstərdi ki, dövlətlərarası savaşlara müdaxilə üçün əlində güclü rıçaqlar var. Elə isə Qarabağ üçün Avropanın köklü istəkləri, həll modeli nədən ibarətdir və bizi tərəfdaş kimi müxtəlif islahatlarla yanında görmək istəyən bu iqtisadi nəhəngin Cənubi Qafqazın arxitekturasına baxışı necədir? Azərbaycan Riqa sammitinin Qarabağda müharibəyə səbəb olacaq şərtlərinə heç vaxt getməyəcək. O cümlədən zirvə görüşünə yaxından himayə göstərən və məlum layihənin arxasında duran tərəflər zirvə görüşü vasitəsilə ölkəmizin xarici siyasət kursunu dəyişə bilməyəcəklər. Lakin cəhdlər olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar