Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rezidenturaya müsabiqənin nəticələri elan olundu


Dövlət İmtahan Mərkəzi 15 iyul saat 16:00-dan etibarən 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib


PİA.AZ bildirir ki, nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727  nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir. 285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd edək ki, qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü sayını iyulun 17-dən etibarən aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını da (pdf formatında) iyulun 17-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 18-dən 24-dək olan müddətdə müvafiq quruma:


Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılmışdır.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apelyasiya Komissiyasına 17-18 iyul 2017-ci il tarixlərində saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar