Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları bilindi

Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib


Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev tərəfindən bununla bağlı verilmiş əmrə əsasən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Ə.ƏIiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetidir.

Əmrdə qeyd edilir ki, hazırda həkim-mütəxəssislərin hazırlığını aparan klinik bazalara rezidentura təhsili üzrə metodik rəhbərlik cari tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinə həvalə edilsin. Siyahıda təsdiq edilən təhsil müəssisələrinin rəhbərlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Naxçıvan Dövlət Universitetinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi) ilə razılaşdırılmaqla həkim-mütəxəssislərin təhsil proqramlarına uyğun hazırlığının aparılması üçün müvafiq kadr potensialına və maddi-texniki bazaya malik olan səhiyyə və elm müəssisələri ilə müqavilə bağlamaq səlahiyyəti verilib.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar