Xəbər xətti

18 FEVRAL

12:55 Doyunca yatmamaq beyinə ziyan vurur

12:55 İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü - Yenilənib

12:50 Sumqayıtda ağır qəza: 4 qadın yaralandı

12:44 Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

12:38 Azərbaycanda sərnişindaşıma xidmətlərinin qiymətləri 3% ucuzlaşıb

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb



ANALİZ

...

Rəsulzadəni ölümdən qurtaran Stalin onun ailəsinə niyə qənim kəsildi?

Tarix 09.02.18, 9:32

Font ölçüsü : - / +
bitmap-img6



Ramazan SİRACOĞLU, professor


Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə dünyanın siyasi mənzərəsi kaleydoskopik sürətlə dəyişdiyi bir dönəm idi. 28 may 1919-cu ildə çox məşəqqət və sərgüzəştlərdən sonra, nəhayət, Paris sülh konfransında “Böyük dördlər”in – Böyük Britaniya, ABŞ, Fransa və İtaliyanın – rəhbərləri ilə görüşə bilən Azərbaycan Xalq Cümhuriyyəti elçiləri onlardan umduqları qədər dəstək ala bilməmişdilər. O “Böyük dördlər”in başçıları bizimkilərə açıq-aşkar bildirmişdilər ki, xırda dövlətləri tanımaq, onlara dəstək vermək, onların dövlət mənafelərinə zidd gəlir,  Azərbaycan, Gürcüstan və Ermənistanın bir konfederasiya halında birləşmələri daha məqbuldur.

Həmin görüşdən tam bir ay sonra Versal sülh müqaviləsi imzalanmış, nəticədə, cümhuriyyətimizin siyasi hamisi Osmanlı dövləti Almaniya ilə bərabər məğlub dövlət elan olunmuşdu. Osmanlı dövləti adından Bağdadlı Məhmət Hadi Paşa tərəfindən 1920-ci ilin avqust ayının 10-da imzalanan  433 maddədən ibarət Sevr müqaviləsinə əsasən, türklər Qafqazda, Balkanlarda və Orta Şərqdə daha nüfuz sahibi ola bilməyəcəkdilər, qoşunlarının ümumi sayı maksimum  50 min əsgərdən ibarət  olacaqdı, 88-93-cü maddələrə əsasən, ermənilərin siyasi müstəqilliyi tanınacaqdı, Van, Bitlis, Ərzurum və Trabzon ərazilərində türk-erməni sərhədlərinin müəyyənləşdirilməsi Vudro Vilsonun (1913-1921-ci illərdə ABŞ-ın dövlət başçısı Woodrow Wilson) münsifliyi ilə həll olunacaqdı, Batumi tərəfdən ermənilərin Qara dənizə çıxışına imkan yaradılacaqdı və s.

Yeri gəlmişkən, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyində Türkiyə Böyük Millət Məclisi bu alçaldıcı Sevr  müqaviləsini ratifikasiya etməmişdir. ABŞ-ın o zamankı Prezidenti Vudro Vilson isə, 22 noyabr 1920-ci il qərarı ilə Van, Bitlis, Ərzurum və Trabzonun ermənilərə verilməsinə dair qərarı təsdiqləmişdi. 

Belə bir təlatümlü dönəmdə bolşevik Rusiyasi  iki dəfə – 02.01.1920 və 23.01.1920-ci ildə – Azərbaycan Xalq Cümhuriyyətinə cənub sərhədlərinin (A. Denikindən) təhlükəsizliyini təmin etməsi haqqında Q.Çiçerinin imzası ilə nota göndərmişdi. Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması (11.01.1920), görünür, şimal qonşumuzu çox qıcıqlandırmışdı. 17 mart 1920-ci ildə  V.İ. Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi, xüsusən də 16 mart 1920-ci ildə Osmanlı dövlətinin paytaxtı İstanbulun işğalçı müttəfiq dövlətlər tərəfindən (Böyük Britaniya, Fransa və Yunanıstan ) işğalı, demək olar ki, cümhuriyyətimizin siyasi müqəddəratını həll etdi.

“Batuma, türklərə yardıma gedirik” bəhanəsilə müqavimətsiz şəkildə Bakıya daxil olmuş bolşeviklər Həmid Sultanovun vasitəsilə əvvəlcə, Azərbaycan Kommunist Partiyası adından, daha sonra isə Çingiz İldırımın adından  Azərbaycan Demokratik Respublikasının Parlamentinə ultimatum  vermişdi.

27 aprel 1920-ci il saat 20.45 dəqiqədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145-ci – sonuncu iclasında – M. Rəsulzadə başda olmaqla  Məhəmməd Həsən Hacınski, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qardaşovdan ibarət fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti Əliheydər Qarayevlə Həmid Sultanovun gündüz saat 12-də təqdim etdikləri ultimatuma yeddi şərt daxilində iqtidardan getmək məsələsini müzakirə etməyə başladı. Əsas şərtləri Azərbaycanın suverenliyi və müstəqilliyinin  saxlanılması, milli hökumət və parlament üzvlərinin həyat və əmlaklarının toxunulmazlığının  təmin edilməsi idi.

M. Rəsulzadə, əslində, hakimiyyətin bolşeviklərə təslim edilməsini  istəmirdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası saat 23.25-də başa çatdı. Fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti AXC hökumətinin təhvil aktını imzalayıb salondan çıxanda Parlamentin “Hümmət” fraksiyasından olan Səmədağa Ağamalıoğlu “vəssalam, bazar bağlandı” deyə-deyə avtomobilə minib hökumətin təhvil aktını bolşeviklərin Çəmbərəkənddəki qərargahına apararkən, M.Rəsulzadə üçrəngli bayrağı eyforiyada olan bolşeviklər tərəfindən təhqir olunmaması üçün da özüylə götürmüşdü.  

28 aprel 1920-ci ildən 31 dekabr 1922-ci ilədək Ədliyyə komissarı, Əmək komissarı, “Kommunist” qəzetinin redaktoru, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Bakı quberniyasının Şamaxı qəzası üzrə fövqəladə komissarı, Hərbiyyə və Dəniz komissarı  kimi fəaliyyət göstərmiş Əliheydər  Qarayev və 28 aprel 1920-ci ildən 1 iyun 1921-ci ilədək Daxili İşlər Komissarı olmuş Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin elan olunmasının ilk anlarından M. Rəsulzadənin fiziki cəhətdən məhv edilməsinə çalışmışlar.

Bolşeviklər sözdə milli hökumət üzvlərinə toxunulmazlıq hüququ verəcəklərini vəd etsələr də, əsla öz sözlərini tutmadılar, elə ilk andalardan etibarən onlara qarşı repressiyalara başladılar. Məsələn, 29  aprel 1920-ci ildə sabiq baş nazir Nəsib bəy Usubbəylini Bakı vağzalında həbs etilər, bir gün sonra Bakının qubernatoru general-mayor Murad Girey Tlexas, Bakı polismeysteri polkovnik Rüstəm bəy Mirzəyevi, Bakı istehkam  rəisi general-mayor İbrahim ağa Usubovu zindana salıb qısa müddətdən sonra güllələdilər.

Bolşeviklərin  özbaşınalığına qarşı az sonra Azərbaycanda silahlı qarşıdurmanın artması da  bolşevikləri Milli hökumət üzvlərinə qarşı repressiv tədbirlər almağa tələsdirirdi. Məsələn, 25-31 may 1920-ci ildə Gəncədə Cavad bəy Şıxlıniski, Mirzə Məhəmməd Qacar və Cahangir Bəy Kazımbəyovun başçılığı, 6-18 iyun 1920 -ci ildə Zaqatalada Əhmədiyəvin və Molla Nafiz Əfəndinin rəhbərliyi, həmin ilin iyulunda  Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında, avqust ayında  Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında, 18 may- 4 iyun  1920-ci ildə  Göyçay qəzasının (Kürdəmir rayonunun)  Şilyan kəndində Nuh əfəndinin rəhbərliyi ilə silahlı üsyan baş vermişdir. Şilyan üsyanı amansızlıqla yatırıldıqdan sonra  5 iyun 1920-ci ildə həmin kənddə qurulmuş “hərbi məhkəmə” 5 üsyançını həqarətlə “yovşan hökuməti” qurmaqda ittiham edərək barələrində güllələnmə hökmü çıxarmış və hökm dərhal yerinə yetirilmişdi…

Gündən-günə artan təqiblərdən və həbsdən qurtulmaq məqsədilə M. Rəsulzadə gizli yollarla Azərbaycanı tərk etmək qərarına gəlir. Məlum səbəblərə görə şimala getmək olmazdı, 1911-ci ildə isə İrandan deportasiya edilmişdi, ermənilər tərəfinə getmək intihara bərabərdi, bircə ümid Gürcüstan tərəfə çıxıb oradan Türkiyəyə keçə bilməyə qalmışdı. 28 aprel 1920-ci ildə Azərbaycanı sovetləşdirən bolşeviklər hələlik Gürcüstanı tutmamışdılar. Polyaklarla savaşda ağır durumda olan bolşeviklər Antantanın dəstəklədiyi Gürcüstan Demokratik Respublikası ilə Moskvada (7 may 1920-ci il) sülh müqaviləsi  bağlamaqla kifayətlənmişdilər. Yeri gəlmişkən, sonralar sovet Azərbaycanının rəhbəri olacaq “əziz Sergey Mironıç" – S. M. Kirov – 1920-ci ilin yayında RSFSR-in Gürcüstandakı daimi nümayəndəsi vəzifəsinə gətirilmişdi. Bolşeviklər özlərini  bir az möhkəmləndirən kimi, 25 fevral 1921-ci ildə Gürcüstanı da sovetləşdirdilər.

M. Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi sayəsində qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəki ağanın evinə pənah gətirir. Burada ağa öz oğlu ilə bərabər M. Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi).

M. Rəsulzadəni həbs etmək üçün Novxanaıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Nəsrulla oğlu Əliabbas ) M. Rəsulzadənin Lahıcda olduğunu əlaqədar təşkilata bildirib. M. Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) “sayıq” bolşeviklər tərəfindən həbs olunur və Bakıya gətirilir.

1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M.Rəsulzadə ilə çox  səmimi dost olan Heydər xan Əmioğlu (Tarıverdiyev) təlimat almaq üçün Bakıdaydı (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). Məhəmmədəmin Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur.  İ. V. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin Sədri N. Nərimanova təcili şifroqram göndərir: “До моего приезда  не трожьте  М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920  (Mən gələnədək M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)".

Şifroqramı alan N. Nərimanov  Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ. Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi “Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N. Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M. Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədilədir.

M.Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M. Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ. Stalinə kim çatdırmışdır.

M. Rəsulzadə ilə İ. Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadəgil İ. Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən  qurtarmışdılar. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13- 31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ. Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıcısı A. Kazbeqinin 1882-ci ildə yazmış olduğu “Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M. Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun “buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə, 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu Kobanı bıçaqlamaq ("şoşqalamaq") istəyəndə M. Rəsulzadə Kobanı ani ölümdən qurtarıb. Qoçu Məşədi Kazımın Rəsulzadələrə böyük sayqısı olduğundan, M. Rəsulzadənin sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə ) Koba “Qudok” qəzetində çap olunmuş məqaləyə görə jandarmeriyaya gətiriləndə M.Rəsulzadənin atası ona zamin olmuş və  Koba 30 mart 1910-cu ildə  Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi.

Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ. Stalin 2 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S.Pankratovun kabinetində M. Rəsulzadə ilə İ. Stalinin tarixi qarşılaşması səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin M. Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca “Tanımadın? Mənəm – Koba, yəni, Stalin.” deyir. M.Rəsulzadə isə “Mən Kobanı tanıyıram, Stalini yox” – deyərək, onunla qucaqlaşır.

Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış ) düşünür ki, M. Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə Stalinlə bərabər Kremldə işləməli, buradan bir yolluq getməlidir. Burada qalarsa, İ. Stalin gedən kimi, onlar bir şey düşünüb M. Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da “bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.

M. Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ. Stalinin əmri ilə S. Pankratov ona ayrıca bir otaq ayırır. M. Rəsulzadə bu hissəni özünün məşhur “Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 9 noyabr 1920-ci ildə  İ. Stalin və M. Rəsulzadə  Bakını tərk edirlər.

M.Rəsulzadə 1922-ci ildə İ. Stalinlə məsləhətləşmədən, gizli şəkildə SSRİ-ni tərk edir və uzun sərgüzəştlərdən sonra 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtarmış İ. Stalinə məktub yazır.

Qeyd etmək lazımdır ki, M.Rəsulzadənin  İ. Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Türkiyədə  “Yeni Kafkasya” dərgisin 5-ci sayında nəşr etdirməsi İ. Stalini son dərəcə hiddətləndirmişdir. İ.V.Stalin 16 sentyabr 1923-cü ildə Azərbaycanın siyasi rəhbəri S.M. Kirova (1921-1926 ) – surətləri Xalq Komissarları Şurasının Sədri Q. Musabəyova, Bakı Partiya Komitəsinin katibi R. Axundova, Bakı Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1926-1929-cu illərdə  Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub ) L. Mirzoyana, Zaqfederasiya Xalq Komissarları Şurasının Sədri M. Oraxelaşviliyə – M.Rəsulzadə ilə bağlı xüsusi teleqram göndərmişdi. Həmin teleqramda tələb olunurdu ki, adları qeyd olunan məsul şəxslər Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Həyətinin sədri Məhəmmədəmin Rəsulzadəyə qarşı total ittiham və qaralama kampaniyası başlatsınlar, onu  “siyasi reneqatlıqda (xəyanətdə ), türklərin özlərinin milli mənafeyinə qarşı çıxmaqda, mülkədarların torpaqlarının yoxsullara paylanmasını gerçəkləşdirməməkdə, müsəlman şərqinin İngiltərənin müstəmləkəsində qalmasına şərait yaratmaqda, mart qırğınında Azərbaycan Purişkeviçi olmaqda, Şamxor talanına təşkilatçılatçılıqda günahlandırsınlar.”

Məhəmmədəmin Rəsulzadəni ölümdən qurtarmış İ. Stalinin hiddətinə səbəb M. Rəsulzadənin məktubda yazdığı son cümlələr olmuşdu: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.”

Ömründə heç nəyi və heç kimi unutmayan, çox şeyə qadir kindar İ. Stalin öz rəqiblərini, hətta öz anasını belə bağışlamağı əsla bacarmırdı. Xəstə anasına son dəfə baş çəkmək üçün 1935-ci ilin 29 oktyabrında Tbilisiyə gəlmiş İ. Stalin ondan ayrılan məqamda “Keke, (anası Yekaterina Geladzeyə belə müraciət edərmiş) məni o zamanlar niyə o qədər əzişdirirdin?”– deyə soruşanda anası da “Soso, (anası yeganə övladını belə çağırarmış) o zaman səni o qədər əzişdirməsəydim, sən indi belə olmazdın”- söyləmişdi.

Qeyd edək ki, İ. Stalin nə anası öləndə, nə də dəfn olunanda (4 – 8 iyun 1937-ci il) Tbilisiyə getdi. İ. Stalin, anası haqqında təhqiramiz bir ifadə işlətmiş L. Trotskini bütün dünya boyu təqib etdirib, nəhayət, uzaq Meksikada öldürtmüşdü ( 21 avqust 1940).

M.Rəsulzadənin 1923-cü ildə “Yeni Kafkasya” dərgisində nəşr olunan məktubu ilə “Azerbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve şimdiki Vaziyyeti” əsəri faktik olaraq, İ. Stalinin 1913-cü ildə nəşr olunmuş “Marksizm və milli məsələ” doktrinasınının cəfəng ideya olmasını sübut edirdi. Qeyd olunan əsərlə XX əsr marksistləri arasında şöhrət tapmış, dünya siyasəti zirvəsinə yüksəlmiş İ. Stalin heç vəchlə M. Rəsulzadənin fikri ilə razılaşmadı, acığını onun ailəsindən aldı. M.Rəsulzadənin evində dəfələrlə duz-çörək kəsmiş “bığlı oğlanın”  eqosu ona 13 noyabr 1920-ci ildə Temirxanşurada “İncil”dən gətirdiyi sitatı da unutdurdu: “"И делай справедливое и доброе пред очами Господа, дабы хорошо тебе было – Rəbbin nəzərində ədalətli və xeyirli olanı et ki, sənə yaxşı olsun”.

Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadə də sabiq ruhani seminaristinin qarşısında borclu qalmamış, Qurani-Kərimlə cavab vermişdi: إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا –“Yaxşılıq və pislik edərsənizsə, özünüzə edərsiniz.”  فَإِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ  –  “Gerçəkdən də ALLAH yaxşı iş görənlərin əməyini boşa çıxarmaz.”  

O hadisələrdən yüz ilə yaxın vaxt keçir. Kimin daha ədalətli və uzaqgörən olduğunu əlahəzrət zaman özü müəyyənləşdirmiş, "İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL" fikri bütün dünyanın qəbul etdiyi ideyaya çevrilmişdir.


pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru