Xəbər xətti

22 MAY

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

18:00 Pakistanda şiddətli istilər - 65 ölü

17:56 “Dəniz Səki başqası ilə eşq yaşayırdı” – Keçmiş nişanlısı

17:52 İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

17:48 Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

17:43 Rəngli sular zob yaradır

17:38 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:33 Putin Venesuela prezidentinə yardım əli uzatdı

17:28 Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

17:23 Jirinovskidən ilginc təklif

17:16 Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir?

17:11 “Azərbaycan hekayələri” kitabı Londonda

17:06 Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

17:01 MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

16:56 “Vicdan haqqı” finala hazırlaşır

16:51 “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

16:47 Ciddədə təyyarə sərt eniş etdi - Yaralılar var

16:41 İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

16:36 DİM I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

16:30 ETSN Daşkəsəndə reyd keçirib

16:25 Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

16:20 “Bakcell” karyera sərgisinə qatılıb

16:15 “Azərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb”

16:10 Beyləqanda ağır qəza - hərbi qulluqçu həlak oldu

16:03 “Putinin adamları” İtalyada hökumət formalaşdırır

15:56 “Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

15:51 “Bu sektorun imici o qədər korlanıb ki...”

15:46 Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

15:40 Marinski teatrında kütləvi zəhərlənmə

15:33 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

15:28 Azərbaycan-Serbiya işgüzar görüşü keçirildi

15:23 Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...

15:16 Gürcüstanın Azərbaycana qarşı xəyanəti...

15:11 Qrizmann qərar verməkdə çətinlik çəkir

15:06 “Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir”

15:01 “Mətanət İsgəndərli oxumasa yaxşıdır”

14:55 Fələstin İsraili beynəlxalq məhkəməyə verib

14:50 Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub

14:45 ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

14:40 Paşinyan və Sarkisyan Gürcüstana gedir

14:35 DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

14:30 Boru xətti tankın lüləsinə çevriləndə...

14:25 Rusiyada əks-sanksiyalar haqqında qanun qəbul edildi

13:58 Traktor aşdı: ağır yaralılar var

13:54 Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

13:49 Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk dəfə

13:44 Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

13:39 Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev

13:34 Maştağa sakini özünü asdı

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu

12:26 “Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var”

12:22 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:17 “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib”

12:13 AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

12:08 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:04 Monqolustanın baş naziri Rusiya səfərindən imtina etdi

11:59 Ərə getməyə hazırlaşan aktrisa son qərarını verdi

11:55 Trampın “tvit”lərində davamlı səhvlərin sirri açıldı

11:50 Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

11:46 Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:41 Ağcabədidə nəvə babasının evindən oğurluq edib

11:36 Abramoviçdən gəlirlərinin qanuni olmasının sübutu tələb olundu

11:31 Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə müzakirə ediləcək

11:27 Rusiya avtomobillərinin istehsalı dayandırılır

11:23 Beren Saat və Kənan Doğulu ayrılıb?

11:18 Naxçıvan əhalisinin sayı açıqlanıb

11:14 İki qırmızı vərəqə alan yeganə oyunçu

11:09 Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

11:05 Qəzalı binalar sökülən zaman toz normadan artıq olub - Nazirlik

11:01 Əfqanıstanda terrorçularla qarşıdurmada 20 polis əməkdaşı həlak olub

10:57 Təranə Qumral məhkəməyə çıxarılacaq

10:53 Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

10:49 London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı



ƏDƏBİYYAT

...

Rəsul Rza Əli Kərimi necə küsdürdü?

Tarix 10.01.18, 12:06

Font ölçüsü : - / +
bitmap-img6

Şair Kələntər Kələntərlinin “Bu səfər bitən deyil” kitabından bir xatirəni təqdim edirik


Belə deyirlər ki, dünyada hər Otellonun öz Yaqosu, hər Faustun öz Müfistofeli, hər Motsartın da öz Salyerisi var. İndi nə edəsən, hansı xainin, hansı iblisin, hansı paxılın, xəbisin, namərdin, hansı istedad qatilinin yaxasından yapışasan; Əli Kərimin Yaqolarının, Mefistofellərinin, Salyerilərinin sayı bir nəfər, beş nəfər deyildi. Özləri də adi, sıravi adamlar yox, istedad sarıdan piyada olsalar da, ədəbi aləmdə dərin kök sala bilmiş; vəzifəli, imkanlı, döşləri ordenli, medallı, layiq olmaya-olmaya fəxri adlara layiq görülmüş əqidə möhürlü əqidəsizlər idilər.

Onlar o zaman da, indi də mövcud olan, çox çətin açılan dəmir qapıları, meşin qapıları istədiyi vaxtda təpiklə açdığı halda Əli Kərim öz doğmaca qapısını çəkinə-çəkinə, qorxa-qorxa, əlləri əsə-əsə açırdı. Çünki cibi də, əli də boş olduğundan öz halal ailəsinin üzünə çıxmağa, gözünə görünməyə utanır, xəcalət çəkirdi. Jurnaldakı iş yerini (“Azərbaycan” jurnalı – red.) itirəndən sonra, nəinki özünə münasib, heç münasib olmayan, poeziya aləmində tutduğu yerinə yaraşmayan ən adi, ən aşağı bir iş də tapa bilmədi. Hara getdisə, hər yerdə qılaflı adamlarla, məkrli baxışlarla üz-üzə gəldi. Yalandan “can, can” deyən iki-üç nəfər tapılsa da, işverən, başını birtəhər dolandırmağa imkan yaradan olmadı. Ola bilsin ki, həmin vaxtlarda bu şeirini yazıb:

Məgər ürəyimin bu zamanında,

Sən məni heç atıb getməlisənmi?

Mənim kədərimə, dərdimə bir an

Yad baxıb əlvida etməlisənmi?

 
Nə olar, hər şeyi deyə bilmirəm,

Görünür, bunları həyat deyəcək.

Eh, təki sən sağ ol, bu soyuq tale

Məndən istəsə bir can istəyəcək.

Ayaq üstə yeriyə-yeriyə şam kimi əriyən, yana-yana kül olsa da tüstüsü görünməyən Əli Kərim mənəvi əzablar çəkə-çəkə, çəkdiklərini ağrı yüklü misralara düzə-düzə, anadan ürəkləri kor doğulmuş vicdanı qırıqların gözünün qabağında fəlakət girdabına düşdü. Son məcburiyyət qarşısında, cəbhələr yaran qəhrəmanı da qul edə bilən amansız ehtiyacla üz-üzə qalanda, ən axırda istədi ki, heç olmasa ali təhsilli həyat yoldaşını, üç oğul anasını bir işə düzəltsin. Bu məqsədlə də, bir gün qəti qərara gəldi ki, ensiklopediyaya – Rəsul Rzanın yanına xahişə getsin. Başqa çıxış yolu, ümid yeri qalmamışdı.

Onda ensiklopediya “Azneft” binasından bir tin yuxarıda, “Qubernat” bağı ilə üzbəüz köhnə bir binada yerləşirdi. İndi o bina sökülüb, yerində təzə, yaraşıqlı bir bina ucaldılıb. Mən onu həmin bağa qədər müşayiət etdim. Özüm skamyalardan birində oturub gözləməli oldum. O, canını dişinə tutub, könülsüz-könülsüz getdi. Arxadan baxanda hiss edirdim ki, ayaqları getsə də nə başı, nə də ürəyi getmək istəmir. Görünür, şairin duyğulu qəlbinə çoxdan dammışdı, əyan olmuşdu ki, üz tutduğu şair xahişinə əməl etməyəcək, sözünü yerə salacaq; elə də oldu.

Təxminən 20 dəqiqədən sonra kor-peşman, suyu süzülə-süzülə, canı üzülə-üzülə, əlləri qoynunda geri qayıtdı. Mən onun o anlardakı vəziyyətini – həm xarici görkəmini, həm də daxilində bir-birinə güc gələn təlatümləri, tufanları, fırtınaları; nəğməli könlünün çırpıntılarını, həyəcanlarını, sarsıntılarını, iztirablarını dilimə gətirib maddiləşdirməyə söz tapa bilmirəm. Deyirəm, nə pis ki, o anlardan bir şəkil də olsa yadigar qalmadı. O ətrafda, allahın bir fotoqrafı da tapılmadı. Handan-hana, artıq nə deyəcəyini qabaqcadan bilə-bilə dilimi güclə tərpətdim: nə oldu? Bircə kəlmə dedi: düzəlmədi. Güman edirəm ki, atamın, qardaşımın qatilinə də arzu etmədiyim həmin ağır dəqiqələrdə, faciəli, dəhşətli anlarda, şairin qəfəsdəki yaralı bülbül kimi çapalayan diş ağrılı qəlbində bu misralar yaranmışdı:

Söz dedim,

Sözümü yerə saldı.

Özünü itirdim,

Kitabı qaldı.

Oxudum.

Xoşuma gəldi:

Əvvəlki kimi alqışladım.

Həyatdakını yox,

Kitabdakı həmdəmi.
(kulis)

 pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru