Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev ona hiddətlənənlərə “Köpəyə ehsan”la cavab verdi


" O kəlamlar haram olsun sizlərə!"


Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin dini mövzuda Modern.az saytına verdiyi müsahibə sosial şəbəkələrdə və yerli mətbuatda kəskin tənqid edilir.

Rəsul Quliyev onu tənqid edənlərə, hiddətlənənlərə cavab verib.

Parlamentin sabiq sədri Modern.az saytına açıqlamasında deyib ki, XIX əsrin dahi şairi Seyid Əzim Şirvani hələ 150 il bundan öncə din liderlərinin İslamı bərbad vəziyyətə saldığını Azərbaycanın ilk satirik əsəri hesab edilən “Köpəyə ehsan”da ağlasığmaz dərəcədə effektli göstərib.

“Qısa məzmun: o dövrdə qudurmuş bir varlı adam ölmüş sevimli itini müsəlman qəbiristanlığında dəfn edir. Onun bu hərəkətini dinə hörmətsizlik kimi qəbul edən camaat narazılığını bildirir. Varlı adam da baş mollaya rüşvət verməklə ona camaatın qarşısında 
“İt demə,  o da dəxi birimiz, 
Belə ölmüşlərə fəda dirimiz” ... dedizdirir.

Cahillər mollanı yox, böyük şairi dinin düşməni hesab edir. Həmin o cahillər Seyid Əzim Şirvanini məsciddə namaz vaxtı basa-basa salıb öldürəndə, onun `Mən də müsəlmanam a Şirvanlılar` fəryadına da qulaq asmaq istəmədilər”.

Rəsul Quliyevin bildirdiyinə görə, Azərbaycanda cahillərin sayı nəinki azalıb, əksinə cahillik bir qədər də artıb.

“Bu yazını oxuyanlar əslində İslam dininin çox korrekt və qısaca nəyə görə başqa dinlərdən üstünlüyünü anlamalı idi. Təəssüf ki oxucularını itirmiş digər saytlar Modern.az-dakı müsahibəni əcaib başlıqlarla verib, diqqət cəlb etməyə çalışdılar. Əminəm ki, mənim müsahibəmi düzgün başa düşənlərin sayı cahillərdən 10 dəfələrlə çoxdur.

Mən təəssüf edirəm ki, beş köpükdən ötrü başqalarının `başını kəsənlər` yaxalarını cırıb “eh-vay dinimizi əlimizdən alırlar” deyə bağırışırlar. Məhəmməd peyğəmbərin dedikləri “düzgün ol”, “yalan danışma”, “paxıl olma”, “xeyirxah ol”, “bir tikə çörəyini acla bölüş” kimi kəlamlar haram olsun sizlərə!

Mən müsahibəmin heç bir cümləsinə görə peşman deyiləm. İstənilən yaxasını cıranın cahiliyini sübut etməyə xüsusi ağıl tələb olunmur. Sözümü Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki  kefli İskəndərin axırıncı monoloqu ilə qurtararmaq daha düzgün olardı. Nə isə...”.

Qeyd edək ki, Rəsul Quliyev müsahibəsində namazın klassik əhəmiyyətini itirdiyini, səmavi hesab edilən dinlərin heç birinin fövqəlbəşər olmadığını bildirib. O, İslam dinində islahatlar aparılmasının vacibliyini də önə çəkib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Taksilərə kamera qoyulması qərarına sərnişinlərdən reaksiya - Video

Valideynlərin nəzərinə: Uşaq oxumaq istəmirsə...

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Qadınların kişilərlə ünsiyyətdə tez-tez buraxdıqları 4 səhv

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə ediblər

Ən çox oxunanalar