Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev Cəmil Həsənlini savadsız və nadan adlandırdı


ABŞ-da mühacirətdə olan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevlə Milli Şura sədri Cəmil Həsənli arasında yarım aydır davam edən söz davası səngimək bilmir. Arada bu iki siyasətçinin arasındakı virtual müharibə səngisə də, son günlər yenidən alovlanıb. Buna səbəb C.Həsənlinin özünün facebook səhifəsində sabiq spikerə status həsr etməsidir


R.Quliyev mövqu ilə bağlı musavat.com-a açıqlama göndərib və bundan sonra Milli Şura sədrinə cavab verməyəcəyini bəyan edib.

Həmin açıqlamada sabiq spiker bildirir: “Mən bu “dünya şöhrətli’’ professoru həqiqətən tanımıram. Onun 2000-ci ildən 2010-cu ilə qədər deputat olmasından da xəbərim olmayıb. Məsələn, Hüseyn Abdullayev və ya İqbal Ağazadənin, həmçinin onlar kimi 3-4 adamın deputat olduqlarını bilirdim,. Çünki onlar bu rejimin çatışmayan cəhətlərini parlament iclaslarında kəskin tənqid edirdilər. Bu şəxs 10 il ya susub, ya da hökumətin siyasətini tərifləməklə məşğul olduğundan onu tanımaq şansım sıfıra bərabər idi. Belə olan halda qəfildən bu insanın guya 2005-ci ildə Londondan Bakıya gəlmək üçün ona kiminləsə sifariş göndərdiyimi və bunu qəbul etmədiyini elan etməsi onun psixikasının yerində olduğuna şübhə yaradır. Belə özündən müştəbehlərin ilğım vəziyyətlərinə düşməsi, keçmişdəki hadisələri istədikləri kimi görməsi və həqiqət kimi qəbul etməsi elmə məlumdur - bu, psixi xəstəlik formasıdır. Belə xəstələrdə bu proses inkişaf edir daim ilğımla yaşayırlar. Məsələn, mümkündür, o, yaxın vaxtlarda 2013-cü ildən prezident işlədiyini elan etsin və məni ölkəyə buraxmayacağını desin”.

“Onun yazdığı 12 kitab indiki hökumətin patronaji altında çıxıb. Bu kitabların giriş sözlərində indiki rejimin bayrağı dalğalanır”

R.Quliyev daha sonra bildirib ki, C.Həsənlinin yazdığı kitabların hamısı iki mövzuya həsr olunub: “O, ya 1918-20 illər Azərbaycanı barədə yazır, ya da 1945-46-cı illərdə dünyanın Güney Azərbaycanda toqquşması haqda. Sovet İttifaqının (əsas fiqura kimi M.C.Bağırovun üzərində dayanaraq) apardığı siyasəti vurğulayır. Hər iki kitab tendensioz yazılıb. Real tarixi faktların üzərində müəllif kobudcasına yanlış nəticələr çıxarıb. Birincisi, unutmamış qeyd etmək istəyirəm. Mənim kitablarımı sifariş etməyiblər, yazılmasına pul verməyiblər, mən bu kitabların satışından pul almışam. Professorun əgər belə bir gəliri olubsa, hökmən vergi deklarasiyasında göstərməli idi. Xahiş edirəm, 2005-ci ildən bu deklarasiyalarında yazdığı kitablardan nə qədər qazanc götürdüyünü açıqlasın. O, bunu heç vaxt edə bilməz. Çünki onun kitablarının satışından bir qəpik qazanc olmayıb. Kimlərinsə onun cibinə pul qoymasını isə, o qədər saf insan deyildir ki, vergi deklarasiyasında göstərsin”.

Rəsul Quliyev daha sonra yazıb ki, Azərbaycan Demokratik Respublikasının süqutunun səbəblərini anlamayan insanın bu mövzuda kitab yazması gülüncdür: “1946-cı ildə İrandan Sovet qoşunlarının ABŞ-ın ultimatumundan sonra çıxarılmasını Güney Azərbaycana aid etməsi isə savadsızlıq və nadanlıqdı. 1941-ci ildə Sovet və ingilis qoşunları İranı müvəqqəti işğal etmişdilər. 1944-45-ci illərdə Stalin 1828-ci ilin davamı olaraq İrandan yenə bir qədər torpaq qoparmaq üçün cənubu Azərbaycanın bir hissəsində bolşevik rejiminə bənzər bir rejim yaratmışdı və oradan qoşunlarını çıxarmaq istəmirdi. 1946-cı ilin əvvəlində Qərb qoşunlarını İrandan çıxardı və Stalinə ultimatum göndərdi. Stalin silah-sursatı yerli bolşeviklərə verərək tələm-tələsik İrandan çıxdı. Və hökumət qoşunları xalqın dəstəkləmədiyi bu rejimi çox asanlıqla devirdi, kommunistlərin bir hissəsi Azərbaycana qaçdı. Professor bu “tarixi” sözün əsl mənasında M.C.Bağırovun əfsanəvi qəhrəmanlıq dastanı kimi xalqa sırımaq istəyir. Ermənilərin Cənubu Azərbaycanı ələ keçirmələrinin Bağırovun necə qarşısını aldığını Məlik Məmməd nağılından da fantastik yazıb, özünü tarixçi adlandıran şəxs. O dövrdə SSRİ-nin öz qoşunlarını İrandan çıxarmaması mümkün deyildi. Bunu dövrün beynəlxalq şərtləri diqtə edirdi. Stalinin Güney Azərbaycanda yaratdığı rejimin də məğlub olacağı göz qabağında idi. Ancaq bu hadisələrin belə qurtaracağını məhdud ağıllı professorun qəhrəmanı Bağırov görə bilməzdi. Bütün həyatı boyu yazdığı kitabların qısa məzmunu bundan ibarətdir. Və bu yazılara görə özünü dünya şöhrətli alim adlandırmaq yox, xəcalət çəkmək lazımdır. Bu insanın 12 kitabı indiki hökumətin patronaji altında çıxıb. Bu kitabların giriş sözlərində indiki rejimin bayrağı dalğalanır”.

“Cəmil Həsənli deputat olduğu dövrdə Azərbaycanda iki dəfə referendum keçirilib. Bu referendumlar ərəfəsində o, ağzına su alıb, oturub, etiraz etməyib”
 
R.Quliyev C.Həsənlinin onu korrupsiyada ittiham etməsinə də münasibət bildirib: “Şan-şöhrətli şəxs Adam Smiti mənim mazut satmağımla əlaqələndirir. Aydın məsələdir, bu şəxsin Adam Smitin (XVIII əsrdə yaşayıb, Şotland alimidir) kim olduğunu bilmir. Nəzərinizə çatdırım ki, Adam Smit bazar iqtisadiyyatı, rəqabət nəzəriyyələrinin banisidir. Onun yazdıqlarını Cəmil Həsənli heç vaxt oxumayıb, oxuması da lazım deyil. Çünki 10 dəfə oxusa da onu anlaya bilməz.

O, məni korrupsiyada günahlandırır. Mən bilmək istəyirəm, bu insana orta məktəbdə oxuyanda “yalan danışmaq, böhtan atmaq olmaz” deməyiblər?! Məsələn, mənə deyiblər və mən heç vaxt yalan danışmaram, yalan danışanlardan zəhləm gedir. Görəsən bu adam anlayır ki, zavodların satdığı mallardan gələn valyutanın hamısını Moskva əlimizdən alırdı. Və şəxsən mənim gücümə bu valyutanın 4-5 faizi zavoda qaytarıldı (Moskvadan). Onun hesabına, hörmətli böhtançı cənab, 50 nəfərdən çox tələbə xarici ölkələrə təhsil almağa göndərildi, 100-lərlə insan SSRİ-də müalicəsi olmayan xəstəliklərdən müalicə almaq üçün xarici ölkələrə göndərildi. Talon dövründə 10 minlərlə vətəndaşımız ərzaq çətinliyi görmədi. Rəhbərlik etdiyim zavodun işçiləri o dövr üçün əlçatmaz sayılan texnika, aparatura ilə təmin edildi. Bu insan 10 il parlamentin üzvü olub. Onun deputat olduğu 2002-ci ildə referendumla ikinci şəxs kimi baş nazir müəyyənləşdirilib. 2-ci dəfə 2009-cu ildəki referendumda 2 dəfə prezident seçilmək məhdudiyyəti aradan qaldırılıb. Bu referendumlarla əlaqədar bu insanın parlamentdə bəlkə etiraz çıxışları olub? Xeyir, həmin Cəmil Həsənli ağzına su alıb, durub”.

“Bir neçə ildən sonra soruşsalar, mənasız keçirdiyiniz hansı vaxtlarınıza təəssüf edirsiniz, yüz faiz sizə baş qoşub vaxt itirməyimə təəssüf edəcəyəm”
 
Keçmiş spiker daha sona bildirib: “Gəl bu yazıq adama (Cəmil Həsənliyə-red.) başa sal ki, mən korrupsiya ilə yox, karbohidrogenlərin təzyiq altında zənginləşdirilməsi kimi mürəkkəb mövzu üzərində işləyirdim. Bu mövzuda 10-a yaxın ixtiram vardır. Mənim elm üzrə kolleqalarım o dövrün ən fundamental biliklərə sahib olan akademikləri Vahab Əliyev və Əli Əliquliyev idi. Bu gün mənimlə o dövrdə çalışan professorlar artıq akademiklərdir, cənab professor. Mən sizin kimi savadsız olsaydım, heç vaxt yuxarıda dediyim işləri görə bilməzdim. Siz özünüzə Gebbels ideologiyasını seçmisiniz, yəni nə qədər yalan bağırsan, bir o qədər çox xalq inanacaq. Mümkündür yalandan bağırmadansa, faktlara əsaslanaraq mənim harada, necə və nə qədər korrupsiya ilə pul yığdığımı izah edəsiniz. Və yaxud, deyəsiniz, filankəs mənə dedi. Əgər edə bilmirsinizsə, səsinizi ucaltmayın, müasir dünyada Gebbels ideologiyası işləmir”.

Rəsul Quliyev sonda yazıb: “Siz belə yaramaz çığır-bağır salmaqdansa, mənim nə vaxt hansı yazım və ya hansı çıxışımla Azərbaycana gəlmək xatirinə bu rejimi təriflədiyimi göstərin, bacarmırsınızsa, sürüşkənlik xarakteri nümayiş etdirməyin.

Bu yazı sizə həsr edilmiş axırıncı yazımdır. Bir neçə ildən sonra soruşsalar, mənasız keçirdiyiniz hansı vaxtlarınıza təəssüf edirsiniz, yüz faiz sizə baş qoşub vaxt itirməyimə təəssüf edəcəyəm. Ancaq bir şeyi bilmənizi istəyirəm, siz bu günə qədər heç kim olmusunuz, bir adam belə sizdən bir xeyir görməyib və ölənə qədər də belə qalacaqsınız, buna əminəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar