Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Çunayev dünya çempionatına aparılmadı

Rusiyanın paytaxtı Moskvada güləş üzrə hərbçilər arasında XXXIII dünya çempionatı başlayıb


PİA.AZ  oxu.az-a istinadən xəbər verir ki, mayın 14-dən 20-dək keçiriləcək dünya çempionatında iyirmi ölkədən 330-dan çox idmançı iştirak edir.

Yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə hər birindən doqquz kişi, eləcə də, üç qadın güləşçi təmsil edir.

Sərbəst güləşçilərin heyətində Əfqan Xaşalov (57 kq), Pərviz İbrahimov (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Pənah İlyaslı (70 kq), Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq), Kənan Əliyev (86 kq), Asxab Həmzətov (92 kq) və Roman Bəkirov (97 kq) yer alıb.

Yunan-Roma güləşi üzrə yarışlara Ziyad Zeynalov (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq) və Türmən Eyyubov (97 kq) qatılıb.

Sona Tumarxanova (50 kq), Tatyana Varansova (53 kq) və Ceyla Nağızadə (65 kq) isə qadınların yarışında çıxış edəcəklər. Azərbaycan komandasının rəhbəri MOK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.

Qeyd edək ki, dünya çempionumuz Rəsul Çunayev belində zədəsi olduğu üçün son anda heyətdən çıxarılıb. Onu Ülvi Qənizadə əvəzləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar