Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir - Şok iddia

Azərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir


2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat-8 manat 50 qəpiyə satılan quzu əti isə 12-13 manata təklif edilir.

Son bir ildə Daxili İşlər Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının Bakıda və bölgələrdə keçirdikləri reydlər zamanı sağlamlığa yararsız tonlarla at və eşşək əti aşkarlanıb. Qeyri-rəsmi məlumatlara görə, son vaxtlar kafe, restoran, şadlıq sarayları və dönərxanalarda ucuz qiymətə alınmış leş ətlər, at-eşşək ətlərindən istifadə halları artıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, bu sahədə problem hələ də qalmaqdadır:

"Keçən ilin aprel-may aylarında Daxili İşlər Nazirliyi at, eşşək ətinin insanlara yedizdirilməsinin qarşısını alıb. Amma problem hələ də qalmaqdadır. Anormal haldır ki, həmin vaxt müvafiq qurumların rəsmiləri at, eşşək ətinin üzərində adı yazılmaqla əhaliyə satılmasında heç bir qəbahət olmadığını açıqladı. Qəribədir ki, bu kimi hallar aşkarladıqda həmin şəxslər cərimə edilib, buraxılır.
Ona görə Azad İstehlakçılar Birliyi daim təklif edir ki, Baytarlıq İdarəsi bu istiqamətdə mübarizəni Daxili İşlər Nazirliyi ilə birgə həyata keçrisin. Bu sahədə ən effektiv işi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Hazırda belə halların kökü kəsilməyib”.
AİB sədri qeyd edib ki, xüsusilə ətin bahalaşmasından sonra restoranlarda, kafelərdə, dönərxanlarda at-eşşək ətinin əhaliyə yedizdirilməsi halları artıb:

"Bu cinayətkarlar bilməlidir ki, at-eşşək əti Azərbaycan üçün ənənəvi qida deyil. Bu bizim düşmənlərimizin əlinə yaxşı imkan verəcək ki, desinlər azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyirlər. Bu anomal haldır, qarşısı alınmalıdır”.

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az-a bildirib ki, bu istiqamətdə nəzarət tədbirləri davam edir:

"Bu kimi hallar qeydə alındıqda laborator müayinələr aparılır və kütləvi informasiya vasitələrinə məlumat verilir. Hələ ki, bu istiqamətdə sabitlikdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar