Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəssamlıq şikəst kimi ehtiyaclı yaşayır



Səbinə Tağıyeva yazır


Rəssamlıq bu şəhərdə əl-ayağı olmayan şikəst kimi ehtiyaclı yaşayır...

Gəncə istedadlar şəhəridir. Dünyaya nadir istedadlar bəxş edib. Gəncə deyəndə ilk ağıla gələn Nizami Gəncəvi olur, Məhsəti Gəncəvi olur. Baxdığım rəsm əsərləri də özünəməxsus rəng dili ilə bunları söyləyir. Gəncənin siması kimi...

Rəssamlıq - incəsənətin mənə görə ən yüksək zirvəsidir. Rənglərin işığında xəyallarının qanadından yapışırsan və səyahət üçün ayağın yerdən üzülür. Bu özü ayrı bir dünyadır. Bir əlin yaratdığı əsl Allah vergisi, möcüzədir. Çox zaman bu möcüzələrin çətin bir şəraitdə yarandığını görəndə insan iradəsinə, yaradıcılıq sevgisinə heyran qalırsan. Eynilə Gəncənin diqqət və qayğıdan uzaq düşüb az qala unudulan rəssam və heykəltaraşları kimi. Hətta gənc rəssamlar tanıyıram ki, heç olmasa bir balaca irəliləmək naminə Gəncəni tərk etməyi özlərinə borc bilirlər. Qocaman rəssamlar isə bütün bunlara rəğmən səssizcə boyalarına sığınırlar.

Yazıçı-publisist Nurəddin Babayev, rəssam-heykəltaraş Görüş Babayev kimi şəxsləri bəxş edən Babayevlər nəslinin bəxş etdiyi şəxslərən biri də Nazim Babayevdir. O, 1939-cu ildə dünyaya göz açıb. İlk rəssamlıq təhsilini Gəncə Rəssamlıq Məktəbində aldıqdan sonra Əzim Əzimzadə adına Dövlət İncəsənət İnstitutuna daxil olub. Sonra isə Gəncə Rəssamlıq məktəbinin direktoru vəzifəsinə təyin edilib. Bu vəzifədə ikən bütün rəssamların arzuladığı kimi məşhur Leninqrad Rəssamlıq Akademiyasında əlavə təhsil almağı düşünüb. Lakin dəfələrlə buna cəhd etsə də "Partiya tarixi" imtahanından kəsilib.

"Bilirsiz, Brejnevin vaxtında çinlilərə geniş imtiyazlar verilmişdi. Onlar istər təhsil, istərsə də işlə hər cür təmin olunurdular. Akademiyalarda da vəziyyət bu idi. Onları yerləşdirmək üçün biz azərbaycanlıları sıxışdırmaq  lazım gəlirdi. Altı imtahan idi, beşindən keçsəm də sonuncu "partiya tarixi"ndən kəsilirdim. İmtahan "Brejnev bu qurultayda nə dedi, nə haqda çıxış etdi?" kimi suallardan ibarət olurdu. Onun da çıxışı nə olacaqdı ki, təsərrüfat ,donuzçuluq, əkincilik və s. Gördüm Leninqradda alınmadı, Xarkova getdim. Yenə də eyni mənzərə... Amma sağ olsun, kəsildiyim vaxt  Rəssamlıq Akademiyasının rektoru Oreşnikov (SSRİ Xalq Rəssamı Viktor Oreşnikov) imtahan zalına gəldi, işimi (rəsmi) görüb çox bəyəndi. 

Vəziyyəti  bildikdə isə imtahan götürən müəllimləri tənbehləyib qiymətimi düzəltdirdi və növbəti imtahanda ayna qarşısında oturmuş qadının naturadan təsvirini bir neçə günə bitirməliydik. Ən gec başlasam da ən fərqli işləyən mən oldum. Oreşnikov xüsusilə maraqlanıb, şəkilə baxdı və əlini çiynimə vuraraq "Afərin Babayev" söylədi".

Aram-aram danışığına fasilə verdi bir az. Nazim Babayevin dərin qırışlarla örtülmüş üzündəki sakit  ifadə, baxışlarında o illərdə yaşadığı iftixar hissini həsrət  dolu canlandırmağa mane olmurdu: "Beləcə  qəbul  olundum. Amma Akademiyanı bitirə bilmədim.  Anamın vəziyyətinin yaxşı olmadığını biləndə Azərbaycana qayıtdım. Akademiyadan çağırış məktubları gəlsədə bir daha getmədim." 

Nazim müəllim darısqal, alaqaranlıq emalatxanasındakı soyuğu narazılıq  ifadə etməyən təbəssümü  ilə isidir. Dözməyib: " Nazim müəllim, bir Əməkdar Rəssamın belə şəraitsiz emalatxanada çalışmasını mən qəbul  edə bilmirəm" dedim... 70 ci illərdən bəri bir dəfə də olsun təmir görməmiş  bu  kiçicik emalatxananın  sınıq-salxaq qapı-pəncərəsindən içəri daxil olan işıq seli belə, nəm divarlardakı  kölgələri  qova bilmir. Rəssamlığın  yaxşı  gəlirinin olmadığını, bir əsərin ucuz başa gəlmədiyini nəzərə alsaq, özünün təmirə tam imkan etməyəcəyini anlamaq çətin deyil. 

Etirazımı  yenə təbəssümlə qarşıladı: " Buna da şükür. Mən narazı deyiləm. Çünki  Gəncədə emalatxanası olmayan rəssamlar var" dedi. Bu sadə, təvazökar, könülü tox insanın öz qayğıları  arasında  başqalarının  qayğısını  çəkməyinə  heyrət  edirəm. Sonra mövzunu dəyişib sırf  yaradıcılığından danışdı. Emalatxanasında  elə çox rəsm saxlamır. Görünür, şəraitsizliklə əlaqədardır. Nazim  müəllim dağlara, təbiətə vurğun bir insandır. Yaradıcılığının əsasını təbiət  qoynunda  yaradan  rəssam ailə qayğıları ilə əlaqədar ən gözəl əsərlərini dəyər-dəyməzinə yabançılara satır. Hətta  bu  rəsmlər  ayrı-ayrı adlar  altında  şəhərlər  dolaşır. Nazim müəllimin  öz  əsərlərinə  imza  atmamaq  kimi  bir xüsüsiyyəti  vardı  bu yaxınlaradək. Səbəbini  soruşduqda  sadəcə  rəsmlərdə  imzanı  sevmədiyini və onsuzda hər bir rəssamın  öz dəst-xəttinin  olduğunu, fərqləndiyini  bildirir. Bəlkə də  əsas  səbəb işinə  həddindən artıq  tələbkar  olan  rəssamın  əsərlərdəki  mövzu və  rənglərə daxil  olmayan ən balaca nöqtəyə  də  qısqanc  yanaşmamasıdır. Daha  çox  fırça zərbələriylə  "mazok"  üslubunda  işləyən  rəssamla  söhbət  əsnasında   naturalizm və  hazırda  məşhurlaşan  hiperrealizmdən  danışdıq. Düşündüyüm  kimi  bunu  sevmədiyini, adi bir  fotodan   fərqlənməyən  əsərə çəkilən zəhmətin az qala hədər olduğunu soyləyir. Nazim Babayevə görə, rəssam  əsərə  özündən  nəsə verməlidir, yeni bir rəng, duyğu, ruh... Nəysə ki bir  fərqlilik. Və mən onun bu  fikriylə  məmuniyyətlə  razılaşdım. 

Təkcə razılaşmadığım  isə Əməkdar Rəssamın  iş  şəraitidir. Gəncə rəssamları  üçün  yeni  bir  emalatxananın  tikintisi  ilə əlaqəli  bildiyimə  görə  əsrimizin  ilk  illərində  göstəriş  olub. Amma  hələ  də nə tikinti, nə tikinti  üçün  ərazi var. Rəssamlıq  bu şəhərdə əl-ayağı  olmayan  şikəst  kimi  ehtiyaclı  yaşayır. Ümüdvaram ki,  tezliklə  Azərbaycanın ikinci şəhəri  olan Gəncədə incəsənət və mədəniyyət  sahəsini  də canlandıracaq  islahatlar həyata  keçiriləcək və qocaman  Əməkdar Rəssam Nazim Babayev  də  bu  ada layiq olmayan  emalatxanadan daha işıqlı, geniş bir  emalatxanada  yaradıcılığını  davam etdirəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar