Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir


Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil


TASS xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Georqadze bildirib.

M.Georqadze deyib ki, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixail Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M.Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar