Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Pekindən islahat qərarı: Cəmi 8 nazir postu olacaq

Xeyli nazirlik və komissiyalar ləğv olunur


Pekində davam edən 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında hökumətdə struktur islahatları ilə bağlı plan qəbul olunub.

PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, martın 13-də qəbul olunan plan Dövlət Şurasındakı (Nazirlər Kabineti) mövcud olan bəzi qurumların birləşdirilməsini, ləğv edilməsini və ya yenilərinin yaradılmasını, habelə mövcud təsisatların səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.

Plana əsasən, Dövlət Şurası 26 nazirlik və komissiyadan ibarət olacaq, rəhbəri nazir statusu olan qurumların sayı 8-ə, nazir müavini statusunda olan təsisatların sayı isə 7-ə endiriləcək.

Bundan başqa Təbii Ehtiyatlar, Veteran Məsələləri və Fövqəladə İdarəetmə nazirlikləri yeni yaradılacaq qurumlardandır. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə Milli Turizm Administrasiyası birləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ləğv edilərək Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyi yaradılacaq.

Dövlət Şurasının nəzdində fəaliyyət göstərəcək yeni qurumlar arasında Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi və Dövlət Miqrasiya Administrasiyası da vardır.

Nəzarət Nazirliyi Çin konstitusiyasına edilən əlavə əsasında yeni yaradılan və birbaşa Ümumçin Xalq Nümayəndələri Yığıncağına tabe olan Dövlət Nəzarət Komissiyasına birləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar