Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakıdan Britaniyaya cavab


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun Həsən Hüseynli ilə bağlı bəyanatına cavab verib


XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun açıqlamasını qətiyyətlə rədd edir və cavab olaraq bildirir ki, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və ya mühakimə olunmur: "Britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi Britaniya hökumətinin qanun aliliyinə olan münasibətin göstəricisidir. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir.
 
Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.
 
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Lidinqtonun sonuncu dəfə nə zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu xatırlamaq belə mümkün deyil.
 
Xarici İşlər Nazirliyi Britaniya Hökumətini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına həsr etməyə çağırır. Hesab edirik ki, nazir Lidinqton beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək, ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması , quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunmuşdur".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar