Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır


Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir


Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

AzərbaycanRusiya Prezidentlərinin dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib”, - deyə H.Hacıyev vurğulayıb. 

XİN rəsmisi qeyd edib ki, il ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib. 

"Görüşlərin yekununda Bakı Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və dəstəyi təsbit olunub.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-ci ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı görüşünün ardınca 1 noyabr 2017-ci ildə Tehranda keçirilmiş növbəti Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə Bəyannamə qəbul olunub.

Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir" - məlumatda bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar