Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakı Avropa Birliyinə şərt qoydu



Azərbaycan Riqa sammiti ilə bağlı xüsusi rəyini Brüsselə nazir Məmmədyarov Moskvada ikən göndərdi: “Qarabağ məsələsində birmənalı mövqe ortaya qoyun!..”


Ötən həftə Riqada keçirilən Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Sammitində qəbul edilən yeganə sənəd yekun bəyannamə oldu. 

Bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüyü və suverenliyi dəstəklənsə də, Krımın Rusiya tərəfindən işğalı pislənsə də, əfsus ki, Azərbaycanın işğala məruz qaldığı əksini tapmadı, Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi xatırlanmadı, yalnız problemin Minsk Qrupu çərçivəsində nizamlanması təqdir edildi.

Bu səbəbdən haqlı olaraq narazı qalan Azərbaycan nümayəndə heyəti sənədi xüsusi rəy əlavə etməklə imzalayacağını bildirdi. Artıq xüsusi rəy açıqlanıb. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, AB-yə göndərilən rəsmi rəydə bildirilir: “Azərbaycan Respublikası avropalı tərəfdaşların ”Şərq tərəfdaşlığı"nın gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir. 

Azərbaycan AB-nin ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır. Amma Azərbaycan bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra “Şərq tərəfdaşlığı” ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir. 

AB-nin bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz. Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməyiblər. Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə AB-nin aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir".
XİN ardınca vurğulayıb: “Dağlıq Qarabağ münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən, Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir”.

 

Xüsusi rəy bu sözlərlə bitir: “Azərbaycan Respublikası Avropa Birliyi tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir”.

*****
Göründüyü kimi, yerində olan bir iraddır və əslində AB-nin əsas orqanı olan Avropa Parlamentinin iki il öncə Qarabağ münaqişəsi ilə bağlı qəbul elədiyi qətnamə ilə bütünlüklə səsləşir. Həmin qətnamədə Ermənistandan zəbt elədiyi əraziləri qeyd-şərtsiz tərk eləmək tələb olunurdu. Təəssüf ki, Avroparlament bu il saxta erməni soyqırımı ilə bağlı ədalətsiz bir sənəd də qəbil elədi - onun hüququ qüvvəsi olmasa belə. Bununla da Avropa Birliyi özünün Dağlıq Qarabağ məsələsində obyektiv münsif olmaq potensialına kölgə salmış oldu.

Qurumun Riqa sammiti unikal fürsət idi ki, həmin “kölgə” aradan götürülsün. Ona görə ki, Azərbaycanla hərtərəfli əməkdaşlıqda və inteqrasiyada maraqlı olan istənilən nüfuzlu təşkilat və ya dövlət məntiqlə, öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyini birmənalı dəstələdiyini bəyan etməlidir. Yalnız bundan sonra ayrı, ikinci dərəcəli məsələlər gündəmə gələ bilər.
Riqa bəyannaməsində BMT-nin Dağlıq Qarabağa dair qətnamələrinin əks olunması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin pislənməsi ən əvvəl ona görə lazım idi ki, Ermənistan adlı işğalçı şirniklənməsin. İkinci yandan, sirr deyil ki, Minsk Qrupu çərçivəsində gedən danışıqlarda da BMT qətnamələri faktiki unudulub. Bu isə erməniləri qane edir. Çünki həmsədrlərin hazırkı yanaşması problemin beynəlxalq hüquq əsasında, ədaləti çözüləcəyinə inamı azaldır.

*****
Kəsəsi, Azərbaycanın iradı, yaxud şərti haqlı və yerindədir. Bu iradın, yaxud şərtin xarici işlər naziri Elmar Məmmədyarov Moskvada səfərdə olarkən açıqlanması və Brüsselə göndərilməsi isə onun önəminə əlavə xallar qatır. İstisna deyil ki, bu da Bakının AB-yə başqa, özünəməxsus mesajıdır - Azərbaycanın uzun müddətə itirilə biləcəyi ilə bağlı xəbərdarlıq mesajı.

Son mesaj təbii ki, Rusiyaya da aiddir: Azərbaycanla ikitərəfli və çoxtərəfli (təşkilatlar çərçivəsində) əlaqələrin dərinləşməsini arzu edirsinizsə, Azərbaycanı AB-də və ya Avrasiya Birliyində görmək istəyirsinizsə, onda zəhmət çəkin, Qarabağ məsələsində birmənalı mövqe ortaya qoyun. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar