Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşt-Astara dəmir yolu layihəsinə dair müqavilə gələn ay imzalanacaq

İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq


 Bunu İranın Dəmir Yolları İdarəsinin nəqliyyat, proqramlaşdırma və iqtisadi məsələlər üzrə rəis müavini Nurullah Biravənd  eksklüziv açıqlamasında deyib.
 
N.Biravənd deyib ki, Azərbaycanİran arasında Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi haqqında razılıq əldə olunub və  bu layihənin maliyyələşdirilməsinə dair sənəd fevral ayında imzalanacaq. “Bu müqavilə orta müddətli fəaliyyət planlaşdırmasını əhatə edəcək. Azərbaycan Respublikası bu layihəni maliyyələşdirəcək və əlbəttə Rəşt-Astara layihəsinin sonrakı xərcləri İranın üzərindədir”.
 
N.Biranvənd deyib ki, Rəşt- Astara dəmir yolu layihəsi Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşməsi və eləcə də Cənub-Qərb nəqliyyat dəhlizi üçün önəmlidir. “Müqavilə imzalandıqdan sonra tender keçiriləcək və ticari müqavilə imzalanacaq. 2-3 ay sonra isə  layihənin icrasına başlanacaq”.
 
O, Astara-Astara dəmir yolu layihəsi ilə bağlı da məlumat verib: "Astara-Astara layihəsi ayrıca bir layihədir ki, bu layihə üçün də maliyyələşdirmə və icra müstəqil şəkildə davam etdirilir. Astara-Astara layihəsində Azərbaycan Astara stansiyasına birbaşa investisiya yatırıb və bütün məsuliyyət də Azərbaycan tərəfinin üzərindədir”.
 
N.Biravənd əlavə edib ki, İran Astara-Astara layihəsi çərçivəsində 15 il müddətinə istifadə icazəsini Azərbaycan tərəfinə verib: "Azərbaycan tərəfi İranın dəmir yolu yük daşımaları şəbəkəsi ilə il ərzində 2 milyon ton yükü həyata keçirməklə bağlı öhdəlik götürüb. Astara-Astara dəmir yolu xətti açılış üçün hazırdır. İndi Azərbaycan tərəfinin  koordinasiya işlərinin yekunlaşdırmasını gözləyirik. Düşünürəm ki, yaxın 2-3 həftə ərzində bu dəmir yolu üzrə ilk qatar hərəkət edəcək".(APA-nın Tehran bürosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar