Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov Azərbaycan çempionatında 300-cü oyununu keçirib


35 yaşlı müdafiəçi yubileyi qeyd edib


 Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu milli komandanın və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla yubileyi qeyd edib. 
“İnter”ə 1:0 hesabı ilə qalib gəldikləri ev oyunu Sadıqov üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə komandası üçün doğma “Azərsun Arena”da çatıb.

Ölkə çempionatının güclülər dəstəsində 2000/2001 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələr sayılmasa, o, 2001 - 2009-cu illərdə “Neftçi”də 125, 2009 - 2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidir. Onadək 16 oyunçu 300-cünü arxada qoyub. Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar