Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəna Səfərəliyevanın təşkilatı fəaliyyətini dayandırdı


"Transprency International" təşkilatının Azərbaycan milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatı fəaliyyətini dayandırıb


Bu barədə publika.az-a təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva məlumat verib.

Onun sözlərinə görə, artıq təşkilat 2 aydır ki, maliyyə problemi ilə üzləşib: “2 aydan çoxdur ki, 2012-ci ildə USAİD tərəfindən ayrılan 1 milyonluq qrant vəsaitini götürə bilmirik. Həmin vəsait bizə 4 illik müddət üçün ayrılıb. İndi də bank həmin vəsaiti geri qaytarıb. Buna görə də faktiki olaraq təşkilatımız fəaliyyətini dondurub, maliyyə çətinliyi yaranıb. Biz banka müraciət etmişik, ancaq bir dəfə texniki səbəblərdən vəsaiti götürmək imkanı olmayıb. İndi isə yenə də problem yaranıb, bank ayrılan vəsaiti USAİD-ə qaytarıb”.

R.Səfərəliyeva deyib ki, 2012-ci ildə ayrılmış 1 milyonluq qrant vəsaiti "Şəffaflıq Azərbaycan" layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulub. R.Səfərəliyeva deyib ki, bu məsələdə hökumətin heç bir günahı yoxdur: “Çünki bizim təşkilatın hesabı dondurulmayıb, rəsmi sənədlərimiz qaydasındadır. Bizim çətinliyimiz bankdan asılı olan məsələdir”.

Virtualaz.org xatırladır ki, indi həbsdə olan Leyla Yunusun Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən “Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda “Şəffaflıq Azərbaycan” İB-nin hesabına köçürülüb. L. Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb. Qeyd edək ki, “Şəffaflıq Azərbaycan” İB-nin fəaliyyəti bir ara Milli Məclisin iclasında da müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Şəffaflıq Azərbaycan” İB-nin boykot edilməsi təklifi ilə çıxış edib.

O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında “Şəffaflıq Azərbaycan” İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: “Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.

Rəna Səfərəliyeva isə APA-ya açıqlamasında bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirmişdi.

Qeyd edək ki, jurnalist Eynulla Fətullayevin rəbərlik etdiyi virtualaz.org və haqqın.az saytlarında dərc olunan araşdırmalarda L. Yunusun həm də “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” adlı qeyri-hökumət təşkilatı və onun sədri Mətanət Əzizova vasitəsilə son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən aldığı bə bank hesabından çıxardığı bildirilirdi.

O da vurğulanırdı ki, vəsait “Şəffalıq Azərbaycan” İB-nin “UniBank”dakı hesabına daxil olub. Vəsait Fransanın “Societe Generale” bankı, Amerika bankları “Citibank” və “Wells Fargo Bank”, Avstriya bankı “Raiffeisen Bank” və alman bankı “Commerzbank”dan köçürülüb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar