Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rektor Akif Süleymanova qarşı şok ittihamlar


Azərbaycan Texnologiya Universitetnin rektoru Akif Suleymanov Universtetdə "at oynadır". Bu barədə Mia.az-ın elektron poçtumuna daxil olan məktubda qeyd olunur.


Məktubda bildirilir ki, Texniki Universitetdə kafedra müdiri işləmiş, 2013-cü ildən ATU-ya retkor təyin olan Akif Süleymanov adıçəkilən təhsil ocağını şəxsi mülkü kimi idarə edir: "Rektor necə deyərlər, öz texnologiyasını işə salıb. Universitetdə nəinki rüşvətxorluq, qanusuzluq kimi dövlətimzə zidd, neqativ hallar höküm sürür, hətta əxlaqsızlığn ən bariz nümunəsi də var. Beləki, 2014-cü dərs ilində Rektor "sakroşenni"adı altında 50-yə yaxın işcini qanunsuz işdən azad etmişdi. Onların yerinə yüngül əxlaqı qızları, tərbiyəsində ciddi qüsurları olan qadınları riyaziyyat kafedrasna, Magistratura şöbəsinə, Tədris şöbələrinə katibə, loborant ştatı ilə hərbirindən 2-3 min manat rüşvət alaraq işə götürüb".

Bundan əlavə, qeyd olunur ki, rektor qış-imtahan sessiyası ilə bağlı iclas keçirib, fakultə dekanlarna "tas"qoyb. "Təzə rektor təzə rüşvət cədvəli tərtib edib, 3 qiymətini 50 manata, 4 qiymətini 70 manata, 5 qiymətini 100 manatdan keçməlidir. Adi hesablama aparsaq, hər imtahan tələbələrdən ümumilikdə 50 min manat rüşvət yığılır. Tələbələrin 70%-ı aylıqdadır. Təzə işə götürülən işcilərin əmək haqqı 115 manat olduğu halda, onlar xarici maşında universitetə gəlirlər. Rektorun qəbuluna düşmək də müşkül məsələdir. Qəbuldan əvvəl gərək universitetin tədris işləri üzrə prorektorun "rentgenin"dən keçməli, ya da Akif müəllimin xanım-xatun köməkçisini görüm-baxım etməlisən. 20 ildir ki, universitetdə təsərrüfat işləri üzrə prorektor işləyən Aslan Quliyev və təsərrüfat şöbəsinin müdiri Natiq Nəbiyev rekorla əlbir olaraq təsərrüfat sistemini iflic edib. Təkcə idman zalnın təmirinə 90 min manat pul ayrılıb, o pulların bir qismi təmirə xərclənib, qalanı rektor və təsərrüfat işləri üzrə prorektor mənimsəyib". - deyə bildirilir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

mia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar